Icma.az
close
up
RU
Azərbaycan İlahiyyat İnstitutunda Məzun Günü qeyd olunub FOTO

Azərbaycan İlahiyyat İnstitutunda Məzun Günü qeyd olunub FOTO

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2024/2025-ci tədris ili üzrə Məzun Günü keçiriliB.

Sherg.az xəbər verir ki, tədbir Azərbaycan İlahiyyat İnstitutunun I kurs tələbəsi Elvin Qurbanovun Quran tilavəti ilə başlandı. Ardınca institutun bir qrup tələbəsi böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin "Allah" qəzəli əsasında hazırlanmış ilahini səsləndirdilər.

Tədbirin açılış nitqini Aİİ-nin rektoru Aqil Şirinov etdi. Rektor çıxışında institutun əsas məqsədinin tələbələrə dinin elmi əsaslarını öyrətmək olduğunu qeyd etdi. Bildirdi ki, institut tələbələrə islamı öyrədərkən bütövlük kontekstindən öyrətməyə çalışır ki, tələbələr islamı məzhəblərə bölərək öyrənməsinlər. O, həmçinin institutun xarici təhsil müəssisələri ilə 33 əməkdaşlıq memorandumu imzaladığını, 70 tələbənin isə təqaüdlə təmin edildiyini vurğuladı.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, dini konfessiyaların nümayəndələri və DQİDK yanında İctimai Şuranın üzvləri iştirak etdilər. Qonaqlar öz çıxışlarında məzunlara təbriklərini çatdıraraq onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

Tədbir çərçivəsində andiçmə mərasimi keçirildi və İnstitutu yüksək nəticələrlə başa vuran tələbələr – Zeynəb Xəlili, Şamxal Ağazadə, Günel Quliyeva, əcnəbi məzunlar İsmail Yavuz və İqbal Alıyev, eləcə də magistratura məzunları Aişə Cümşüdova və Abdulla Əliyev təltif olundular. Həmçinin institutun bir qrup müəllim heyəti DQİDK tərəfindən sertifikatla mükafatlandırıldı.

Tədbir xatirə fotosu ilə yekunlaşdı.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyun 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri