İlahiyyat İnstitutunda magistratura səviyyəsi üzrə yeni ixtisaslaşmalar açılıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) magistratura səviyyəsində islamşünaslıq ixtisası üzrə “İslam hüququ”, “Təfsir”, “Hədis”, “İslam tarixi” və “Kəlam” ixtisaslaşmaları açılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu il – 2025/2026-cı tədris ili üzrə magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrlar seçim zamanı dinşünaslıq ixtisası üzrə “Dinin sosiologiyası”, “Dinlərin tarixi”; islamşünaslıq ixtisası üzrə “İslam hüququ”, “Təfsir” və “Hədis” ixtisaslaşmalarını seçə bilərlər. İxtisaslaşmaların hər biri üzrə 2 plan yeri ayrılıb.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ödənişsiz əsaslarla qəbul həyata keçirir. İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 20 May 2025 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















