Icma.az
close
up
RU
İlahiyyatçıdan Azər Turana cavab: “Baş yarmaq ənənəsi...”

İlahiyyatçıdan Azər Turana cavab: “Baş yarmaq ənənəsi...”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şah İsmayıl Xətai haqqında davam edən müzakirələrə tənqdçi, publisist Azər Turan da qoşulub.

O, “Ədəbiyyat” qəzetində “Şah İsmayıl Xətai: 

İmtina etmək, yoxsa tarixi gizlin və gerçəklərinə baxmaq” adlı məqaləsində Səfəvilərin adına yazılan bir çox adət-ənənənin əslində, onlarla əlaqəsinin olmadığını iddia edib.

Bu, adətlərdən biri də Məhərrəmlik təziyələrində baş yarmaq ənənəsidir. 

Müəllif qeyd edib: 

“Məhərrəmlik təziyələrində baş yarmaq ənənəsini də səfəvilərlə bağlayırlar. Guya bu adət Azərbaycana İrandan, özü də məhz səfəvilər dövründə gəlib. Yanlış yanaşmadır. Təhrifdir və bunu təsdiq edəcək hər hansı bir qaynaq yoxdur. Söhbət aşura təziyədarlığından getmir, bu mərasimlərdə baş yarmaq kimi bidət, ziyanlı adətdən gedir.

Baş yarmаq bidəti İrandan bura deyil, burdan, Qarabağdan İrana sirayət edib. Məhərrəmlik ayinlərində - Aşura günü baş yarmaq kimi əməllərin məhz Azərbaycana, daha doğrusu, Qarabağa bağlı siyasi qaynağı var. İdeya Qarabağ xanının vəziri Molla Pənah Vaqifə məxsusdur. Bu, ən azı, 1770-ci illərə təsadüf edir.

“Şəbəgirdanlıq”ın tarixini tədqiq edən Yusif Vəzir Çəmənzəminli bu günə qədər populyar olmayan, təəssüf ki, heç bir kitabına da daxil edilməyən “Şəbəgirdanlıq” məqaləsində yazırdı ki, “Bizlərdə Aşura büsatını... şairimiz Molla Pənah Vaqifə isnad edirlər.

Ələmdarların Qarabağda məşhur olduğunu və oradan da bir çox yerlərə sirayət etdiyini nəzərə alsaq, Molla Pənah Vaqifə isnad olunanların bir qədər doğru olduğu meydana çıxar...”.

Azər Turan qeyd edib ki, baş yarmaq, zəncir vurmaq adəti əllişcə olan bir fanatizmin deyil, konkret bir siyasi situasiyanın yadigarıdır:

“Zatən xalq arasında da belə bir rəvayət var: “Bir gün İbrahim xan Şuşa şəhərində bir neçə adamı ölümə məhkum edir. Müqəssirlərin bağışlanması haqqında xanın eşikağası Molla Pənaha müraciət edirlər.

Şair müqəssirlərin qohumlarına ağ kəfənlər geyib başlarını xəncər ilə yara-yara xanın dərbarına (sarayına) gəlmələrini tövsiyə edir. O biri sabah ağköynəklilərin zikri xanı yuxudan oyadır, xan balkona çıxır və həyətdəki fəcib mənzərəni gördükdə Molla Pənahdan izahat tələb edir.

Şair tarixi vəqəni anlatdıqda xan qəşş eləyir və sonra dustaqların azad olunmasını əmr eləyir”. O zamandan başlayaraq “ağköynək dəstəsi” Aşura günləri xan sarayına gəlib zikr deyə-deyə başlarını yararlar.

Dustaqları bu vasitə ilə bağışlatmaq sonralar da Qarabağda bir adət olmuşdu...Sonralar bu adət tarixi qaynağını itirərək davam etdirildi. Deməli, baş yarmaq, zəncir vurmaq adəti əllişcə olan bir fanatizmin deyil, konkret bir siyasi situasiyanın yadigarıdır və bunun Kərbəla hadisəsi ilə, yaxud səfəvilərlə heç bir əlaqəsi yoxdur.

Yəni bunlar ki, əhli-beyt yolunda, hətta canlarına da qəsd edirlər, İbrahim xan onları necə əfv etməsin?! Ağköynəklər haqqında, baş yarmağın səbəbi barədə yeganə qaynaq Çəmənzəminlinin yazdığıdır və bundan da başqa hansısa mənbəyə təsadüf olunmur”.

“Cebeheinfo.az”-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, deyilən fikirlərlə razılaşmıram:

“Nə Azərbaycan, nə də İslam tarixində baş yarmaq ənənəsinin Azərbaycandan və yaxud İrandan, eləcə də Qarabağdan qaynaqlandığını təsdiqləyən fakt var. Bu ənənənin kökü İmam Hüseyn (ə.s.) şəhid olduqdan sonra ona xəyanət edən insanların peşmanlıq təzahüründən yaranıb.

İmam Hüseyni (ə.s.) çağırdılar, daha sonra ona xəyanət etdilər və o, şəhid oldu. Bundan sonra Təvvabin, yəni tövbə edənlər hərəkatı yarandı. Hərəkatın üzvləri öz peşmanlıqlarını göstərmək üçün həmin qılınclarla başlarını yarmağa başladılar. 

Yəni bu ənənə ilk dəfə İraq ərazisində yaranıb, daha sonra Səfəvilər dövründə İrana keçib. Çünki Səfəvilərin ideoloqları əsasən İraqdan və Livandan gətirilmiş molla və din xadimləri idi.

Həmin şəxslər Səfəvi ideologiyasını və məzhəb sistemini qurarkən, siyasiləşmiş məzhəb əsasında dövlətin əsas sütunlarını formalaşdırarkən bu cür ənənələri də həmin qaydaların içərisinə gətirib və burada təzahür etdiriblər.

Ona görə də baş yarmaq ənənəsinin Qarabağdan digər ərazilərə yayıldığını demək tamamilə yanlışdır. Əksinə, bu cür ənənələr Qarabağın özünə Səfəvilər dövründə gəlib”.

Gülər Həsənli
Cebheinfo.az”

Açar sözlər: baş yarmaq Tural İrfan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Avqust 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri