Icma.az
close
up
RU
Məhərrəm ayında baş yaranlar... İlahiyyatçıdan AÇIQLAMA

Məhərrəm ayında baş yaranlar... İlahiyyatçıdan AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Məhərrəm ayının mənəvi əhəmiyyətini və bu ayda nəyin doğru, nəyin yanlış olduğunu İslam qaynaqları əsasında izah etməyi özümə borc bilirəm. Mövzu tamamilə aktualdır və cəmiyyət üçün maarifləndirici cavab verilməlidir. Məhərrəm ayı və xüsusilə Aşura günü İslam tarixində böyük faciənin, Hüseyn ibn Əlinin (r.a) və ailəsinin şəhid edilməsinin ildönümüdür. Bu, matəm və dərd günüdür, lakin bu dərdi yaşamağın və yad etməyin İslamın qoyduğu sərhədləri vardır".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
O bildirib ki, qan tökmək, baş yarmaq, uşaqlara zərər vermək qəti olaraq haramdır və islam dininə zidd əməldir:
"Bunu edənlər bu dünyada nəsibi olmayan, savadı olmayan, beyni başı yerində olmayan, İran fars molla rejiminə aldanmış savadsız insanlardır. Qurani-Kərimdə (əl-Bəqərə, 195):
“Öz əllərinizlə özünüzü təhlükəyə atmayın.”
Hədisdə: “Nə özünüzə zərər vurun, nə də başqasına zərər verin.” (İbn Məcə, Əhməd)
Bu dəlillər açıq şəkildə göstərir ki, öz bədəninə zərər vermək, qan çıxarmaq və bu kimi davranışlar İslamın haram buyurduğu əməllərdir. Üstəlik, azyaşlı uşaqların belə tədbirlərə
aparılması onların psixoloji və fiziki sağlamlığına zərər verdiyi üçün daha böyük məsuliyyətdir. Bu cür hallar valideyn məsuliyyətinin pozulması, Allah qarşısında cavab verilməsi deməkdir. Uşaqlarını həmin mərasimlərə aparanların hamısını həkimə aparıb qan analizi və ümumi DİN tərəfindən onlara tədbir görülməlidir. Uşaqları bu cür yanlış inanclara sürükləyənlərin valideynlərini məsuliyyətə cəlb eləmək lazımdır. Çünki, bunlar hamısı İran xüsusi xidmət orqanlarına qulluq edib Vətəninə xainlik edən valideynlerdir. Bunları həmin əməllərə cəlb edən insanların milli kimliyi dəqiqləşdirilməlidir. Əsl azərbaycanlı valideyn və onların övladları bu cür əməllərdən kənarlaşdırılmalıdır. 
Bəs nə etməliyik? 
İmam Hüseynin (r.a) yolunu, şəhidliyini yaşamaq və yad etmək istəyənlər üçün daha savablı və məqbul yollar var".
İlahiyyatçı Məhərrəm ayında edilə biləcək bir çox savab əməli sadalayıb: 
1. Qan vermək (təhlükəsiz şəkildə)
– Tibb müəssisələrində, qan banklarında könüllü qan vermək həm cəmiyyətə fayda, həm də əsl mənəvi xidmətdir. Bu, baş yarmaq deyil, həyat xilas etməkdir.
2. İmam Hüseynin əxlaqını yaşatmaq
– Hüseyn (r.a) ədalət, haqq, fədakarlıq, dua, namaz və əxlaqın təcəssümü idi. Onu yad etmək istəyənlər bu xüsusiyyətləri öz həyatlarına tətbiq etməlidirlər.
3. Xeyriyyə işləri
– Yetimlərə yardım, kasıblara yemək paylamaq, borclulara kömək, təhsil alan uşaqlara dəstək vermək – bunların hamısı Allah qatında daha əziz və savablıdır.
4. Uşaqları maarifləndirmək
– Övladlara dini dəyərlər baş yarmaqla deyil, sevgi ilə, öyrədici tədbirlərlə aşılanmalıdır. Aşura ilə bağlı yaşına uyğun hekayələr, xeyir işlərə təşviq və mənəvi dəyərlərin təlqini daha doğru yoldur.
Kimlərsə məcbur edirsə…
Heç kim valideyni və uşağı belə tədbirlərə məcbur edə bilməz. Bu, həm dini baxımdan günah, həm də qanuni baxımdan məsuliyyət yaradan bir zorakılıqdır. Bu cür məcbur edənlərə məsləhətimiz budur:
Siz öz sevginizi və dini duyğularınızı başqalarının bədəninə zərər verməklə yox, onların qəlbinə nəsihət və gözəl davranışla aşılayın.
Hüseyn (r.a) sizi bu yola deyil, haqq, mərhəmət və şəfqət yoluna çağırırdı.
Bir sözlə İmam Hüseynin (r.a) şəhidliyini yad etmək istəyənlər, onun əqidəsinə və amalına sadiq qalmalıdır: Haqqın yanında olmaq, zülmə qarşı durmaq, heç kəsə zərər verməmək və insanlıq üçün faydalı olmaq.
Uşaqları da bu mənəvi yolda savad, mərifət və şəfqət ilə böyütmək lazımdır – qanla, zorla və ağrı ilə deyil.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 İyul 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri