Icma.az
close
up
RU
İlahiyyatçıdan deputata Kəbə CAVABI: “Kadırov da həyətində belə bina tikdirib, nə olsun?”

İlahiyyatçıdan deputata Kəbə CAVABI: “Kadırov da həyətində belə bina tikdirib, nə olsun?”

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda yeni Kəbənin yaradılması təklif edilib. 

Bu təkliflə deputat, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev çıxış edib.

O, partiyanın mətbuat xidmətinin suallarını cavablandırarkən deyib ki, Naxçıvanda yerləşən Əshabi-Kəhfdə Məkkədəki Kəbənin - islamın ən mühüm məscidinin (Allahın evinin) eynisini tikə bilərik: 

"Səudiyyə Ərəbistanı hər il Kəbənin örtüyünü dəyişir və köhnə örtüyü bir müsəlman ölkəsinə bağışlayır. Dost ölkə kimi xahiş edə bilərik ki, birini də bizə bağışlasın. Müsəlmanlar Allah qarşısında bərabər olsalar da, Məkkədə Kəbənin içərisinə ziyarət üçün yalnız xüsusi imtiyazlı şəxslər buraxılır. 

Əshabi-Kəhfdəki ikinci Kəbəyə isə hamı buraxılmalıdır. Bu zaman bütün müsəlmanların imkanı olar ki, yeni Kəbənin içərisinin necə olduğunu görsün və ziyarət etsin. Biz yeni Kəbəni bütün müsəlmanlar arasında tanıda bilərik". Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında ilahiyyatçı Elşad Miri Kəbənin örtüyü ilə bağlı maraqlı məqamlara toxunub.

Onun sözlərinə görə, Peyğəmbərin dövründə Kəbənin örtüyü olmayıb və insanlar onun adi daşlardan ibarət olduğunu açıq şəkildə görə bilirdilər:

“Bir məqama xüsusi olaraq toxunmaq istəyirəm. Orada Kəbənin örtüyündən bəhs edilir. Əslində, ilk dövrlərdə, yəni Peyğəmbərin dövründə Kəbənin örtüyü olmayıb. O zaman insanlar onun adi daşlardan ibarət olduğunu açıq şəkildə görürdülər. Sadəcə olaraq, bu gün Kəbəni örtüklə örtür, qızılı saplarla və naxışlarla bəzəyirlər ki, daha ecazkar, daha ehtişamlı görünsün. 

Halbuki, onun əsl mahiyyətini anlamaq üçün üzərindəki parçanı kənarlaşdırsaq, sadəcə daşlardan ibarət olduğunu görərik. Bu məsələnin digər tərəfi isə odur ki, Kəbədə istifadə olunan qızılı saplar və parçalar xarici ölkələrdən gətirilir. 

Məsələn, parçanın özü İtaliyadan, qızılı saplar isə Almaniyadan gətirilir. Daha sonra Məkkədə xüsusi atelyedə bu örtük bir il ərzində hazırlanır. Həcc mövsümündə zəvvarlar Arafatda olduqları zaman, orada insan sıxlığının az olduğu bir vaxtda Kəbənin örtüyü dəyişdirilir. Əvvəlki örtük isə hissələrə bölünərək müxtəlif yerlərə göndərilir”.

İlahiyyatçı deputatın bu fikirləri nə üçün dediyini anlamadığını bildirib: 

“Qüdrət bəy bunu niyə deyib bilmirəm. Onda, məsələn, sabah gedək hər hansı bir yerdəki hinduist məbədini başqa bir yerdə quraq və deyək ki, Azərbaycanda da bundan var. Bu, doğru yanaşma olmaz. Çünki dünyanın hər yerində müqəddəs sayılan yerlər mövcuddur, amma bu, o demək deyil ki, onların oxşarını hər ölkədə tikmək lazımdır. Binanın oxşarını tikə bilərsən.

Amma onun mənası olacaqmı? Məsələn, Ramzan Kadırov öz həyətində belə bir bina tikib. Hətta küveytli məşhur Mişari Rəşid ilə qızının klipində belə həmin binanı nümayiş etdirib. Amma bu, o demək deyil ki, həmin bina eyni özəlliyi daşıyır. Çünki Kəbənin məqsədi insanların ora gedib ətrafında dövr etməsi və onu müqəddəs bilməsi ilə məhdudlaşmır”. 

Elşad Miri qeyd edib ki,  Kəbənin fəlsəfəsi daha dərindir:

“Onun məqsədi müxtəlif dövlətlərin, xalqların nümayəndələrinin bir yerə toplaşıb beynəlxalq müzakirələr aparması, konqreslər keçirməsi, insanlığı narahat edən məsələlərin həlli üçün çalışmasıdır. Yoxsa bu gün istənilən yerdə ondan daha böyük, daha gözəl, daha möhtəşəm bir bina tikilə bilər. Amma mənası olacaqmı? Təbii ki, xeyr. Keçmişdə belə bir hal da olub. 

Rəvayətlərə görə, Yəmənin o dövrdəki hökmdarı Əbrəhə insanları Kəbədən uzaqlaşdırmaq məqsədilə Sənada böyük bir kilsə tikdirir. Ancaq o effekti ala bilmir. Buna görə də burdakı məqsədi  düzgün anlamalıyıq, söhbət binada, hər hansısa tikilidə deyil. Çünki o tikilinin hər bir özəllliyi yoxdur. Ona görə də biz bu məsələdə dərin və düzgün anlayışa sahib olmalıyıq. 

Məsələ təkcə binada deyil, çünki Kəbə memarlıq baxımından heç bir xüsusi üsluba malik olmayan, dörd divardan ibarət sadə bir tikilidir. Onun müqəddəsliyi və dəyəri insanların oraya toplanmasında və bəşəri məsələlərin həlli üçün məkan olmasındadır. Heç bu gün Naxçıvanda “Əshabi-Kəhf” adlandırılan yerin Quranda bəhs olunan “Əshabi-Kəhf”lə yaxından-uzaqdan əlaqəsi yoxdur”. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 May 2025 06:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri