Icma.az
close
up
RU
Oğlum olsun 7 yaşına qədər saçını kəsdirməyəcəm İlahiyyatçıdan AÇIQLAMA

Oğlum olsun 7 yaşına qədər saçını kəsdirməyəcəm İlahiyyatçıdan AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Əhd eləmək odur ki, bir işi görəcəyinə və ya etməyəcəyinə dair Allaha söz verirsən.  Qurani-Kərimdə və hədislərdə əhdin şəri baxımdan yeri olduğu bildirilir. Allah buyurur: “Əhd bağladığınız zaman əhdə sadiq olun.” (İsra, 34) “Onlar əhdlərini yerinə yetirirlər və verdikləri sözə xilaf çıxmırlar.” (İnsan, 7)".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
O bildirib ki, burada vacib bir məqam var: 
"Əhdin özü şəriətə uyğun olmalıdır. Əgər əhd haram bir işə, yaxud mənasız, şəriətin məqsədlərinə zidd bir əmələ yönəlibsə, bu cür əhd etibarsızdır və yerinə yetirilməsi vacib deyil. 
Qəribə və məntiqsiz əhdlərə gəldikdə isə – məsələn, uşağın saçını 7 yaşa qədər kəsməmək kimi əhdlərdə əvvəlcə belə bir sual ortaya çıxır: bu əməl (məsələn, saç kəsməmək) dinə görə bəyənilən, vacib və ya müstəhəb bir əməldirmi? Əgər bu əhd bir bidətə, cəhalətə, ya da uşağın psixoloji və ya sosial durumuna zərər verəcək bir vərdişə çevrilirsə, o zaman bu cür əhd şəriətdə əsassız və etibarsız sayılır.
Uşağın oğlan və ya qız olmasından asılı olmayaraq, onu belə bir zahiri görkəmə məcbur etmək – xüsusilə də sosial və psixoloji zərərə səbəb olacaq şəkildə – İslamın hikmət və mərhəmət prinsipinə ziddir.
Peyğəmbərimiz (s) belə davranışlara qarşı çıxmışdır. Hədisdə bildirilir: "Hər kim bir əhd edərsə və onu yerinə yetirməkdə Allahın əmrinə qarşı gələrsə, o əhd yoxdur." (Əbu Davud, 3259)".
İlahiyyatçının sözlərinə görə, əgər bu əhdin nəticəsi uşağın cinsiyyətində şübhə oyadırsa, onu sosial narahatlığa salırsa və ya qeyri-etik görüntü yaradırsa, bu əhd qeyri-məqbuldur və yerinə yetirilməsi tələb olunmur:
"Əksinə, bu halda valideyn məsuliyyət daşıyır. Əhdin forması, məzmunu və niyyəti mühümdürƏgər bir şəxs “Əgər övladım oğlan olarsa, 7 yaşına qədər saçını kəsməyəcəyəm” kimi bir əhd edibsə, burada nə dini bir fayda var, nə də bu ibadət kateqoriyasına aiddir. Əgər saç uzatmaq haram olmasa da, belə bir forma və niyyətlə, onu Allaha bağlı əhd etmək, ciddiyyətsizlik və dinin adından sui-istifadə ola bilər.
Bu davranış daha çox adətə, bəlkə də müəyyən şəxsi inanclara əsaslanır, lakin şəri bir əsası yoxdur. Belə əhdlər, xüsusilə də başqaları tərəfindən gülüş hədəfinə çevriləcəksə, uşağa psixoloji travma verəcəksə, ümumiyyətlə dinin gözəl təbliği baxımından da zərərlidir.Bir sözlə  İslamda əhd etmək var, amma yalnız şəriətə uyğun olan əməllər üçün. Məntiqsiz, faydasız, zərərli və ya dinə zidd olan əhdlər keçərli deyil və yerinə yetirilməməlidir. Uşağın psixologiyasına, cəmiyyətin qəbul etdiyi normalara və dini ölçülərə zidd bir əhd – məsələn, oğlan uşağına 7 yaşına qədər saç kəsdirməmək – əsassızdır və dini cəhətdən etibarsızdır. Bu cür əhdləri tənqid etmək ədəblə və elmlə olmalı, insanlara dinin mahiyyəti düzgün izah olunmalıdır ki, gələcəkdə din adından belə səhvlər təkrar olunmasın".
Qeyd edək ki, sosial şəbəkədə görkəmindən oğlana bənzədilməyən iki uşaq gündəmə gəlib. Bəlli olub ki, onların atası övladları olarsa, 7 yaşlarına qədər saçlarını kəsdirməyəcəyinə dair əhd edib.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 İyun 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri