İldə bir dəfə müayinə lazımdır
Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.
ÜRƏYİNİZİ QORUYUN
Ürək bütün orqanizmin fəaliyyətindən cavabdeh olan əsas orqandır. Stress, aktiv həyat tərzi və fiziki yüklənmələr ürəyə təsir edir. Mütəxəssislər, heç bir əlamət olmasa belə, ildə 1 dəfə ürək müayinəsindən keçməyi məsləhət görür.
Ürək müayinəsi – ürəyin və damarların fəaliyyətini yoxlamaq üçün aparılan müxtəlif analiz və aparat müayinələrinin toplusudur. Bu müayinələr ürək xəstəliklərini erkən aşkar etməyə, risk faktorlarını müəyyənləşdirməyə və vaxtında müalicəyə başlamağa kömək edir. Əgər təngnəfəslik, yorğunluq, ürəkdöyünmə, döş nahiyəsində ağrı və ya təzyiqdə dəyişiklik hiss edirsinizsə – dərhal həkimə müraciət etmək lazımdır!
Bəs ürək müayinəsinə nə daxildir?
1. EKQ (Elektrokardioqramma) – ürək ritmini və fəaliyyətini qiymətləndirir.
2. ExoKQ (Exokardioqramma) – ürəyin strukturu və qan dövranını göstərir.
3. Qan analizləri: Ümumi qan analizi və biokimyəvi analiz (şəkər, xolesterin, trigliseridlər və s.).
4. Təzyiq ölçülməsi
5. Holter monitorinqi (sutkalıq EKQ – ritm pozuntuları üçün)
6. Stress testi (velotest və ya qaçış yolu ilə) – ürəyin fiziki yükləməyə reaksiyasını yoxlayır.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 May 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















