İldə bu qədər məbləğdən çox pul köçürə bilməyəcəksiniz
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sabahdan elektron pul köçürmələrlə bağlı yeni qayda qüvvəyə minir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin cari il aprelin 21-də imzaladığı müvafiq qərara əsasən, elektron köçürülmə əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi müəyyənləşib.
İqtisadiyyat Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdi
Qərara əsasən, maliyyə institutlarının Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi 20 000 manat və ya ona ekvivalent xarici valyuta məbləği müəyyən edilib və müştərinin hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatına münasibətdə tətbiq ediləcək.
Öhdəlik daşıyan şəxslər bu Qərar qüvvəyə minənədək müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatların Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə 2027-ci il 31 dekabr tarixinədək təqdim olunmasını təmin etməlidirlər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 30 Sentyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















