Icma.az
close
up
RU
Minsk qrupuna ildə nə qədər pul XƏRCLƏNİR...

Minsk qrupuna ildə nə qədər pul XƏRCLƏNİR...

Modern.az saytına istinadən Icma.az xəbər verir.

ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı müzakirələr intensivləşib. Bakı ilə İrəvan arasında razılaşmada ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb. Ermənistan ötən gün artıq prosesin başladığını açıqlayıb.

Modern.az-ın məlumatına görə, ATƏT-in icmal büdcəsində Minsk Qrupu üçün hər il 911 200 ABŞ dolları vəsaitin ayrılması nəzərdə tutulub.

Son illərdə faktiki xərclər nəzərəçarpacaq dərəcədə fərqli olub. 2018-ci ildən bəri bu qrupun fəaliyyəti üçün ayrılan vəsait hər il dəyişib.

2019-cu ildə Minsk Qrupu faktiki olaraq 366 553 dollar xərcləyib. 2020-ci ildə bu rəqəm 716 955 dollara yüksəlib. Xüsusilə 44 günlük müharibənin baş verdiyi həmin il Minsk Qrupu üçün ayrılan xərclərin ən yüksək həddə çatması diqqət çəkir. 2021-ci ildə isə bu məbləğ 328 423 dollar olub ki, bu da əvvəlki illərlə müqayisədə xeyli azdır.

Son illərin statistikasına baxsaq, Minsk Qrupunun xərclərinin artıb-azalması onun fəaliyyətinin səmərəliliyi ilə bağlı suallar doğurur. ATƏT-in 2022-2024-cü illər üçün icmal büdcəsi barədə dərc edilmiş hesabat hələlik mövcud deyil.

Xatırladaq ki, Minsk Qrupunun tarixi 1992-ci ilə gedib çıxır. Həmin ilin martın 24-də Helsinki şəhərində ATƏM-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirilirdi. Görüşdə Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. 1994-cü ildə ATƏT-in Budapeşt şəhərində keçirilən Zirvə Görüşündə həmsədrlik institutu yaradıldı.

Ancaq yaradılmasından keçən 30 ilə yaxın müddət ərzində Minsk Qrupu münaqişənin həllinə nail ola bilməyib. 2020-ci ildə Qarabağın işğaldan azad edilməsi ilə Minsk Qrupunun fəaliyyətinə de-fakto son qoyulub. Buna baxmayaraq qrup de-yure qalmaqdadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Mart 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri