Icma.az
close
up
RU
“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin “Zəfər” kitabı

“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin “Zəfər” kitabı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin xüsusi buraxılışı olan “Zəfər” kitabı nəfis tərtibatla çapdan çıxıb. 

Xüsusi buraxılışda yer alan materiallar 44 günün xronikasını – ­2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrü əhatə edir. Nəşrdə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident ­İlham Əliyevin müqəddəs savaşın ilk dəqiqələrindən Zəfər Gününədək möhtəşəm fəaliyyətindən bəhs edilir. 

Kitab Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi ağır artilleriya silahlarından şiddətli atəşə tutduqdan dərhal sonra – sentyabrın 27-də saat 12:45-də Azərbaycan xalqına müraciətinin mətni ilə başlayır. “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” – deyən Prezident İlham Əliyev bu müraciəti ilə Azərbaycanın igid oğullarını torpaqlarımızı işğaldan azad etməyə daha da ruhlandırdı, onları səfərbər etdi, xalqda qələbəyə inam yaratdı. 

“Zəfər” kitabında Azərbaycan Prezidentinin 44 gün ərzində müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə telefon danışıqları, videomüraciətləri, aparıcı xarici media orqanlarına müsahibələri, hər bir yaşayış məntəqəmizin azad olunduğu müjdə xəbərləri, sosial şəbəkə hesablarında paylaşımları xronoloji ardıcıllıqla təqdim edilib. Nəşrə 44 gündə rəşadətli Ordumuzun, qəhrəman əsgər və zabitlərimizin işğaldan azad etdikləri şəhər və kəndlərin, yaşayış məntəqələrinin, həmçinin erməni qəsbkarlarından götürülmüş qənimət silah-sursatların da siyahısı daxil edilib. 

Vətən müharibəsində qazanılan Zəfərin dördüncü ildönümü ərəfəsində təqdim olunan bu nəşr adi kitab deyil, bir dərslikdir - dövlətçilik, vətəndaşlıq, Vətənə sevgi və xidmət dərsliyidir!

Kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (­AZƏRTAC) materiallarından və arxivindəki fotolardan istifadə edilib.

Dövlətimizin başçısının 2020-ci il ­noyabrın 10-da xalqa müraciətində vurğuladığı kimi, hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. “Qarabağ Azərbaycandır və nida!” ifadəsi artıq bizim qələbəmizin rəmzidir: “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

Vətən müharibəsində qazanılan Zəfərin yaratdığı reallıqlar regionda bütün sahələrdə özünü göstərir. İşğaldan azad edilmiş ərazilərimizdə bu gün aparılan bərpa və quruculuq işləri, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla reallaşdırılması, Şuşada keçirilən beynəlxalq tədbirlər Azərbaycan dövlətinin gücünü, xalqımızın əzmini bütün dünyaya bir daha nümayiş etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri