Icma.az
close
up
RU
“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 140cı kitabı

“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 140cı kitabı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, həm də eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə – nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən, 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”.

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 140-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında nitqində söyləyib. Oxucu Azərbaycan Prezidentinin nitqinin tam mətni ilə bu kitabda tanış ola bilər.

Çoxcildliyin 140-cı kitabında toplanmış materiallar 2024-cü ilin sentyabr–oktyabr aylarını əhatə edir.

Yeni kitaba Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində keçirilmiş ADEX-2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində iştirakına dair informasiya daxil edilib. Oxucu bu kitabda dövlətimizin başçısının İqtisadi məsələlərə həsr olunmuş müşavirədə, habelə, Aşıq Ələsgərin abidəsinin açılış mərasimində çıxışlarının mətnləri ilə də tanış ola bilər.

Prezident İlham Əliyev sentyabr ayında Ağdam rayonuna, Xankəndi və Şuşaya səfər edib, aparılan bərpa-quruculuq işləri ilə tanış olub, bir sıra müəssisələrin açılışında iştirak edib, eyni zamanda, yeni müəssisələrin təməlini qoyub. Dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının və bu universitetin təmirdən sonra açılış mərasimində iştirak edib, müəllim və tələbə heyəti ilə görüşüb. Şuşada isə dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında, Şuşada Bayraq meydanının açılış mərasimində iştirak edib. Prezident oktyabr ayında isə Zəngilana və Cəbrayıla səfər edib. Dövlətimizin başçısı Cəbrayılda yaşayış kompleksinin açılış mərasimində olub və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim edib. Bütün bunlar haqqında informasiyalar yeni kitabda verilib.

Çoxcildliyin 140-cı kitabında Prezident İlham Əliyevin Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirakına və çıxışına, “Rossiya-1” televiziya kanalına müsahibəsinə, habelə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasına səfərinə və plenar iclasda çıxışına dair materiallar da toplanıb.

Oxucu bu kitabda Azərbaycan Prezidentinin Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına, “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təşkilatlarının rolu” mövzusunda Beynəlxalq Bakı Forumunun, Pre-COP29 tədbirinin və Azərbaycanda keçirilən digər beynəlxalq tədbirlərin iştirakçılarına müraciətlərinin mətnləri ilə də tanış ola bilər.

“Azərnəşr” tərəfindən buraxılan 140-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Dekabr 2024 01:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri