Icma.az
close
up
RU
“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnkişaf - məqsədimizdir” çoxcildliyinin xüsusi buraxılışı - “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinin ilk dəqiqələrindən Zəfər gününədək möhtəşəm fəaliyyətindən bəhs edilir.

Kitab Azərbaycan Prezidentinin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi ağır artilleriya silahlarından şiddətli atəşə tutduqdan dərhal sonra - sentyabrın 27-də saat 12:45-də Azərbaycan xalqına müraciəti ilə başlayır. Dövlətimizin başçısı həmin müraciətdə tarixi ədalətin, beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu vurğulayaraq deyib: “Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir”. Müzəffər Ali Baş Komandanın “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” fikri isə ordumuzu, əsgər və zabitlərimizi səfərbər etdi, xalqımızı bütövlükdə qələbəyə köklədi.

“Zəfər. Tam və Qəti Qələbə” kitabına Azərbaycan Prezidentinin Vətən müharibəsinin davam etdiyi 44 gündə müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə telefon danışıqlarının mətni, videomüraciətləri, aparıcı xarici media orqanlarına müsahibələri, hər bir yaşayış məntəqəsinin azad olunması haqda müjdələri - tvitləri yer alıb.

Noyabrın 9-da “BBC News”a müsahibə verən Prezident İlham Əliyev bildirib: “Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdiririk və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir”.

Yeni nəşrdə 44 gündə işğaldan azad edilmiş şəhər və kəndlərin, yaşayış məntəqələrinin siyahısı xronoloji ardıcıllıqla təqdim olunub, həmçinin erməni qəsbkarlardan götürülmüş qənimət silah-sursatların adları verilib.

Bu kitabda Ağdamın, Laçının və Kəlbəcərin bir güllə atılmadan, heç bir itki vermədən Azərbaycana qaytarılması zamanı Prezidentin xalqa müraciətləri də yer alıb.

Oxucu yeni nəşrdə, həmçinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlaması, 23 saat 43 dəqiqə ərzində separatçıların tərk-silah edilərək ölkədən tamamilə çıxarılması və Azərbaycanın suverenliyinin tam bərpa edilməsi ilə bağlı məlumatlarla da tanış ola bilər. Sentyabrın 20-də Azərbaycan Prezidentinin xalqa müraciəti, eyni zamanda, Azərbaycanın daxili işlərinə qarışan qüvvələrə bir mesaj idi: “Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Həmin müraciətdə qeyd olunduğu kimi, o gün uzaqda deyil. Bu il Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Birləşmiş Ştatlara işgüzar səfər etdi. Bu kitabda Azərbaycan Prezidentinin həmin səfəri zamanı tarixə düşən çıxışı, görüş və danışıqları, eyni zamanda, Azərbaycan, Amerika Birləşmiş Ştatları prezidentlərinin və Ermənistanın Baş nazirinin Birgə Bəyannaməsi öz əksini tapıb.

Nəşrin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see251

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see221

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see211

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see175

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see168

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see160

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see153

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see142

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see141

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see138

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see138

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri