Icma.az
close
up
RU
İlham Əliyev Laçında açılış etdi Fotolar

İlham Əliyev Laçında açılış etdi Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına Laçın rayonunun enerji potensialı və stansiyaların fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası”na çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq, “AzərEnerji” ASC tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının su ehtiyatları əsasən ölkə ərazisində formalaşır. Belə ki, Kiçik Qafqazın ölkə daxilində Tərtərçaydan sonra ikinci ən böyük çayı hesab olunan Həkəriçay və onun qolları olan Hoçaz, Şəlvə, Zabux çayları üzərində indiyədək ümumi gücü 72,6 MVt olan 11 su elektrik stansiyası tikilib.

Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerjisisteminə ötürülür.

Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək.

Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq yaşıl enerji ilə təmin ediləcək.

***

Laçın rayonunun mürəkkəb dağlıq relyefində, dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşən 14,7 MVt-lıq “Ağbulaq-1” Su Elektrik Stansiyası ölkə energetiklərinin icra etdiyi ən çətin mühəndislik layihələrindən biridir. Stansiya yol infrastrukturu olmayan ərazidə inşa edilərək yerli mütəxəssislərin peşəkarlığını və böyük texniki imkanlarını göstərir. Layihə çərçivəsində müasir baş suqəbuledici qurğu tikilib, suyun stansiyaya çatdırılması üçün 4,8 kilometr uzunluğunda, 1200 millimetr diametrli derivasiya boru xətti çəkilib. Stansiyanın fasiləsiz istismarı üçün bütün zəruri infrastruktur yaradılıb.

“Ağbulaq-1”stansiyasında ildə 93,2 milyon kVt-saat ekoloji təmiz elektrik enerjisi istehsal olunacaq. Bu, hər il 21 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 37 min ton karbon emissiyasının qarşısının alınmasına və təxminən 37 min nəfərin elektrik enerjisinə olan tələbatının yaşıl enerji hesabına ödənilməsinə imkan verəcək.

***

Hoçaz çayı üzərində inşa edilən 14,25 MVt-lıq “Ağbulaq-2” Su Elektrik Stansiyası yalnız elektrik enerjisi istehsalı deyil, həm də regionun enerji infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Stansiyada bütün istehsal prosesi müasir avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə həyata keçirilir. Layihə çərçivəsində stansiyanın enerjisistemə etibarlı inteqrasiyasını təmin etmək məqsədilə 110/10 kV-luq, 16 MVA gücündə yeni yarımstansiya tikilib.

Stansiyanın su təminatı üçün 5,7 kilometr uzunluğunda derivasiya xətti çəkilib.

"Ağbulaq-2" SES ildə 87,3 milyon kVt-saat elektrik enerjisi istehsal edəcək. Bunun nəticəsində hər il 19,6 milyon kubmetr təbii qaza qənaət olunacaq, atmosferə 35 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq və təxminən 35 min nəfərin elektrik enerjisinə olan tələbatı yaşıl enerji hesabına təmin ediləcək.

***

Laçın rayonunda inşa edilən 4 MVt gücündə "Şeylanlı" Su Elektrik Stansiyası layihələndirilərkən ekoloji təhlükəsizliyin qorunması əsas prioritetlərdən biri olub. Çay ekosisteminin mühafizəsi məqsədilə balıqların təbii miqrasiyasına mane olmayan hidrotexniki həllər tətbiq edilib, istifadə olunan hidroaqreqatlar isə suyun təbii axınına və keyfiyyətinə mənfi təsir göstərmir.

Layihə çərçivəsində 1460 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib, mürəkkəb dağlıq relyefdə 4,8 kilometr uzunluğunda derivasiya xətti inşa olunub.

“Şeylanlı” SES-də ildə 19,4 milyon kVt-saat elektrik enerjisi istehsal ediləcək. Bu, hər il 4,4 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 8 min tondan çox karbon emissiyasının qarşısının alınmasına və təxminən 8 min nəfərin elektrik enerjisinə olan tələbatının yaşıl enerji hesabına təmin edilməsinə imkan verəcək. Stansiya regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, ekoloji tarazlığın qorunmasına və iqtisadi inkişafa da töhfə verəcək.

***

Qeyd edək ki, müasir texnologiyalar və beynəlxalq təcrübə əsasında qurulan, SCADA sistemləri ilə təchiz edilən bu üç su elektrik stansiyası ölkənin vahid enerji sisteminə inteqrasiya olunaraq il ərzində ümumilikdə 200 milyon kilovat-saatdan çox ekoloji təmiz elektrik enerjisinin istehsalına imkan verəcək. Nəticədə ildə 45 milyon kubmetr təbii qaza qənaət ediləcək, atmosferə təxminən 80 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq.















Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 İyul 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri