İlham Əliyev Maya Sanduya məktub göndərib
Reyting.az saytına istinadən Icma.az xəbər verir.
Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik məktubu ünvanlayıb.
Reyting.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Moldova Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Moldova münasibətlərinin və əməkdaşlığının bugünkü inkişaf dinamikası məmnunluq doğurur. Biz qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk.
Əminəm ki, xalqlarımızın rifahı naminə Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq münasibətlərinin daha da genişləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın konstruktivlik zəminində bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
Bu mövzuda digər xəbərlər:İlham Əliyev surinamlı həmkarına məktub göndərib
25 Noyabr 2024 12:04
İlham Əliyev Mahmud Abbasa məktub göndərib
15 Noyabr 2024 11:54
İlham Əliyev Tailand Kralına məktub göndərib
05 Dekabr 2024 11:19
İlham Əliyev Finlandiya Prezidentinə məktub göndərib
06 Dekabr 2024 11:15
İlham Əliyev Avstriya prezidentinə məktub göndərib
26 Oktyabr 2025 11:29
Baxış sayı:77
Bu xəbər 07 Noyabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















