Icma.az
close
up
RU
Ayaqlara qulluğun VACİB QAYDALARI 8 MÜHÜM MƏSLƏHƏT

Ayaqlara qulluğun VACİB QAYDALARI 8 MÜHÜM MƏSLƏHƏT

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Ayaqları sağlam saxlamaq, əzələləri rahatlaşdırmaq və gərginliyi azaltmaq üçün nəmləndirici kremlərdən istifadə kifayət etmir.

Publika.az xəbər verir ki, mütəxəssislər ayaqlarda gərginliyi azaltmaq üçün gündə ən az bir neçə dəqiqə ayaqyalın gəzməyi məsləhət görür.

Oxucuları ayaq gigiyenası və ayaqlara düzgün qulluq qaydaları ilə tanış edirik:

1. Möhkəmləndirmə məşqləri

Əzələlər zamanla sıxlaşır, nəticədə ağrı və digər problemlərə səbəb ola bilir. Ağrıları məşqlərlə aradan qaldırmaq olar.

Ayaq barmaqlarınızı hərəkət etdirin, bir neçə dəfə büküb açın.

Ayaq barlaqlarınızla qələm qaldırın.

Ayaqlarınızın altına dəsmal sərin və onu irəli-geri hərəkət etdirin.

Ayağınızın altına tikanlı və ya tennis topu qoyaraq onu yuvarlayın.

Ayaq barmaqlarınızın ucunda qalxaraq yeriyin.

Çömbəlmə vəziyyəti alıb bir neçə dəfə tullanın.

Dabanların üzərində dayanın.

2. Pilinq məhsulları istifadə edin

Bədəninizin digər hissələri kimi, ayaqlarda da həddindən artıq ölü dəri hüceyrələri yığılır. Onlardan xilas olmaq üçün müntəzəm olaraq aşındırıcı müalicələr tətbiq etmək lazımdır.

Bədənin digər hissələrinə nisbətən ayaqlarda daha çox çirk, bakteriya toplanır, nəticədə isə dəridə qalın təbəqə əmələ gələ bilər.

Eksfoliyasyon (aşındırıcı) məhsullardan istifadə ölü dəri hüceyrələrinin və ayaqlarda çirkin nəticəsində qabar və döyənəklərin yaranmasının qarşısını alır.

3. Epsom duz vannası qəbul edin

Epsom duzu və uçucu yağlarla birlikdə hazırlanan vanna yorğun ayaqlar üçün mükəmməl terapiya üsuludur.

Bu vasitələrdən biri əzələləri rahatlaşdırır, digəri infeksiyalar və göbələklərin böyüməsini qarşısını alır.

Həftədə bir və ya iki dəfə epsom duzu ilə ayaq vannası qəbul etmək qabar və döyənəklərin yaranmasına mane olur, eyni zamanda ölü dəri hüceyrələrini parçalamağa kömək edir və dərini yumşaldır.

4. Nəmləndirici kremlər istifadə edin

Ani temperatur dəyişiklikləri, keyfiyyətsiz ayaqqabılar, çirkə məruz qalan ayaqlar pH səviyyəsinə təsir göstərir və dəridə çatlara, qaşınmaya, ya da qıcıqlanmaya səbəb olur.

Nəmləndirici kremlər və losyonlardan istifadə həddindən artıq dəri quruluğu və dəri zədələnməsinin qarşısını almaq üçün ən sadə yoludur.

Nəmləndiricilər dərini lazımlı qida maddələri ilə bəsləyir, eyni zamanda hüceyrə istehsalını artırır və dabanlarda ölü dərinin qarşısını alır.

5. Bir axşam masajı

Uzun və yorucu iş günündən sonra gərginliyi və ağrını yüngülləşdirmək üçün ayaq masajından daha yaxşı heç nə yoxdur. Pəncələri hər axşam masaj etməyi vərdiş halına gətirin. Bunun üçün sakitləşdirici yağlar tətbiq etməyi unutmayın. Hər axşam ayaqlara masaj etmək qan dövranını yaxşılaşdırır, dərini təzələyir, qabar inkişafı riskini azaldır.

6. Ayaqları yuxarı qaldırın

Ayaqlar və topuqlar uzun müddət eyni mövqedə (fərqi yoxdur oturaq, ya da ayaqüstə) qalanda adətən iltihablanır.

Ağrıdan xilas olmaq üçün ayaqları bir-bir 5 və ya 10 dəqiqə yuxarı qaldırıb divara söykəyib saxlayın. Bu, gərginliyi sakitləşdirir, iltihablanmanı azaldır və qan dövranını yaxşılaşdırır.

7. Ayaqqabı seçimi

Səhv ayaqqabı seçimi ağrıya səbəb olur. Həftədə ən az iki, ya da üç dəfə ayaqların hava almasına imkan verən ayaqqabılar geyinin. Ayaqqabıların içinin nəm olması müxtəlif infeksiyalara, ayaqlardan iy gəlməsinə, bakteriya və göbələklərin əmələ gəlməsinə səbəb olur.

İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsinin professoru Tahir Ögüt ayaq sağlamlığı üçün dikdaban ayaqqabının hündürlüyünün hansı ölçüdə olmasının vacibliyini açıqlayıb.

Onun sözlərinə görə, hündür ayaqqabılar xüsusilə baş barmağın deformasiyasına gətirib çıxarır.

"Ayaq sağlamlığı üçün dabanın hündürlüyü 4 sm-dən artıq olmamalıdır. Yüksək daban onurğa sütununu zədələdiyi kimi, ayaqlara da böyük zərər vurur.

Tamamilə düz ayaqqabı da məsləhət görmürük. Ayaqqabının dərisi yumşaq olmalı, ayaq özünü rahat hiss etməlidir", - deyə T.Ögüt qeyd edib.

8. Hər gün bir neçə dəqiqə ayaqyalın gəzin

Ayaqyalın gəzdikdə ayaqlardakı gərginlik azalır və beləliklə, alt ayaq əzələlərindəki ağrını yüngülləşdirir.

Bəs siz necə, ayaqlarınıza ehtiyac duyduqları qulluğu göstərirsiniz? Nə qədər gec deyil, bunları edin!

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 19 Oktyabr 2026 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri