Icma.az
close
up
RU
İlham Əliyev məktəblərlə bağlı hansı anonsu verdi? AÇIQLAMA

İlham Əliyev məktəblərlə bağlı hansı anonsu verdi? AÇIQLAMA

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı məktəblərin tədris proqramına dəyişikliklər edilməli olduğunu bildirib.

Həmçinin kadr hazırılğına böyük diqqət göstərilməli olduğunu vurğulayıb: "Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir", - Prezident qeyd edib.

Məktəblərdə tədris proqramlarına dəyişiklik deyildikdə nə nəzərdə tutulur? Hansı dəyişikliklər edilməlidir?

Bu haqda açıqlama verən təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, İlham Əliyevin tapşırığına əsasən, növbəti dövr üçün artıq tədris proqramında şagirdlərin yeni texnologiyalar, süni zəka və rəqəmsallaşdırma ilə bağlı biliklərinin formalaşmasına qədər mövzuların yer alması böyük dəstək olub və düşünür ki, təhsil naziri tərəfindən də, eyni zamanda tabeli qurumlar tərəfindən də artıq tədrisin növbəti mərhələlərində bu məsələ yer alacaq:

“İbtidai təhsil pilləsində, həyat bilgisi dərsliyində və informatika dərsliyində bu mövzulara geniş yer verilməsi mümkündür. İbtidai təhsil pilləsində, eləcə də informatika dərsliyində bu mövzular tədris oluna bilər. Çünki hal-hazırda dövr bunu tələb edir. Demək olar ki, bütün sferalarda artıq rəqəmsallaşma istiqamətində müvafiq tədbirlər görülür. Hətta dünyanın elə ölkələri var ki, orada dövlət idarəçiliyində birbaşa süni zəkadan geniş istifadə olunur. Hətta yaxın zamanda Avropa ölkələrinin birində yayılan xəbərə əsasən, hansısa nazir fəaliyyətini birbaşa süni zəka vasitəsilə həyata keçirirdi”.

Ekspert Azərbaycanda da artıq rəqəmsal inkişafla bağlı şagirdlərin bilik və bacarıqların formalaşmasının, onlarda ilkin biliklərin yaradılması üçün müvafiq olaraq dərsliklərdə də məhz bu yöndə informasiyaların yer almasının vacib olduğunu bildirib:

“Bununla paralel olaraq düşünürəm ki, həm rəqəmsal inkişaf üzrə, həm də elm və təhsil nazirliyi istiqamətində, yəni hər iki nazirlik tərəfindən xüsusilə təhsil müəssisələrində maarifləndirmə və təşviqi xarakterli işlərin aparılması, şagirdlərin maarifləndirilməsi də bu istiqamətdə mühüm töhfə vermiş olar”./sfera.az

Oxunub 24

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Fevral 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri