Icma.az
close
up
RU
İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi öz adını tarixə yazdırdı

İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi öz adını tarixə yazdırdı

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Tarix yaradan liderlər seçilmiş insanlardır. Prezident İlham Əliyev də tarix yaradan, daha doğrusu, bütöv bir dövrü, bir epoxanı yeniləyən, bir xalqın taleyini kökündən dəyişən, regionda yeni reallıqlar yaradan, ölkəmizi qalib ölkəyə və qlobal siyasətin fəal aktorlarından birinə çevirən böyük tarixi şəxsiyyətdir. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəmizin memarı olmaqla İlham Əliyev tarixdə şəxsiyyətin həlledici rolunu əyani təsdiqləmiş oldu.
Bütün xalqlar tarixin bu və ya digər mərhələsində müharibələrlə, işğallarla, ərazi itkiləri ilə üzləşir. Biz bu acı həqiqətin qorxunc mənzərəsini bu gün bir sıra postsovet ölkələrinin timsalında da aydın görə bilərik. Gürcüstan və Moldova uzun illərdir ki, öz ərazi bütövlüklərini bərpa etməyə heç cürə müvəffəq ola bilmirlər. Həmçinin Ukrayna da artıq dördüncü ildir ki, öz varlığını qorumaq uğrunda ölüm-dirim savaşı aparır. Bütün bunlar bir daha onu göstərir ki, işğalçını qovmaq, düşmən üzərində tam və qəti qələbəyə nail olmaq doğrudan da hər liderə nəsib olmur.
İlham Əliyev tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etməklə həm Azərbaycanı Cənubi Qafqazda və Avrasiyada əsas güc mərkəzlərindən birinə çevirdi, həm də ədalətsizliyə məruz qalan, ikili standartlarla üzləşən, işğalla barışmağa məcbur edilən xalqlar üçün yeni nümunə yaratdı, "heç vaxt işğalla barışmayın" çağırışını ucadan səsləndirməklə onlara ən doğru yolu göstərdi. 44 günlük İkinci Qarabağ müharibəsi beynəlxalq hüququn tələblərinin, BMT qətnamələrinin güc yoluyla icrasına yol açmaqla həm də dünya hərb tarixində xüsusi yer tutan bir müharibə kimi əhəmiyyətlidir. Prezident İlham Əliyev bu müharibədə yüksək sərkərdəlik keyfiyyətini təsdiqləməklə Müzəffər Ali Baş Komandan kimi öz adını tarixə yazdırdı.
Xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfərinin əsl qiymətini gələcək nəsillər verəcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu Zəfərin nəticəsində Azərbaycan qalib ölkəyə, xalqımız isə qalib xalqa çevrildi və eyni zamanda, regionda yeni reallıqlar yarandı. Dövlətimizin başçısının səsləndirdiyi məşhur "Biz çox böyük layları tərpətdik" ifadəsi məhz Azərbaycanın yeni geosiyasi reallıqların memarı olduğunu ortaya qoydu. Bu tarixi ifadə Azərbaycan liderinin strateji qərarlarının nəticəsi olaraq Cənubi Qafqazda mövcud düzənin, "status-kvo"nun və ənənəvi layların dəyişilməsini, 44 günlük müharibənin dünya miqyasında dərin geosiyasi dəyişikliklər yaratmasını nəzərə çatdırır.
Bu yeni reallıqlar mühitində biz bu gün öz tariximizin ən yeni mərhələsinə qədəm qoymuşuq. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərini həyata keçirir və Böyük Qayıdışı uğurla davam etdirir. Qarabağın dirçəlişi Azərbaycanın yeni inkişaf dövrünün rəmzinə çevriləcək. Prezident İlham Əliyevin bilavasitə nəzarəti ilə həyata keçirilən bu proses Qarabağı tezliklə ölkənin ən inkişaf etmiş regionlarından biri kimi önə çıxaracaq. Bu gün Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa-yenidənqurma işləri həm xalqımızın, həm də dövlət başçımızın qalibiyyət əzmini, qurucu xarakterini nümayiş etdirir.
Azərbaycanı digər ölkələrdən fərqli edən, üstün mövqeyə çıxaran bir məqam da xalqımızın və onun liderinin sarsılmaz Zəfər ruhuna sahib olmasıdır. İlham Əliyevin əzmkar və uzaqgörən siyasətinin nəticəsində doğma Vətənimizin təkcə ərazi bütövlüyü bərpa olunmayıb, həm də onun beynəlxalq arenadakı mövqeləri və nüfuzu daha da möhkəmlənib, regionda sülh və qarşılıqlı etimadın yeni bir mərhələsi formalaşıb. Azərbaycan Prezidentinin gördüyü işlər, irəli sürdüyü mühüm regional və qlobal təşəbbüslər dünya ictimaiyyəti tərəfindən geniş dəstək qazanır. Azərbaycanı yeni zəfərlərə doğru inamla aparan Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Dekabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri