Icma.az
close
up
RU
Suverenliyimizin qarantı Müzəffər Ali Baş Komandan ŞƏRH

Suverenliyimizin qarantı Müzəffər Ali Baş Komandan ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Bu gün Suveren Azərbaycan Respublikasının hər bir vətəndaşı qürur dolu, sevincli günlərini yaşayır. Məhz ona görə ki, bir qərinəlik işğaldan sonra torpaqlarımız yağı düşməndən azad olundu, Müstəqil Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü təmin edildi. Həm də ona görə ki, müharibədən çıxmış ölkə olmaqla sarsımadıq, sınmadıq və bu gün respublikamız müstəqil, suveren dövlət olaraq mətin addımlarla irəliləyir, inkişaf edir və güclənir. Ulu Öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, Ümummilli Liderimizin görmək istədiyi ölkəyə çevirib. Sözün əsil mənasında Ulu Öndərin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək" ifadəsi tam reallığa çevrilib.

Bu gün Azərbaycan xalqı çox xöşbəxtdir. Biz bir nömrəli problemimizi həll etmişik. Erməni separatizminin kökünü kəsərək Qarabağı terrorçulardan təmizləmişik. Şuşada, Xocalıda, Xankəndidə, bütün Qarabağda dalğalanan üçrəngli bayrağımız hər bir Azərbaycanlı üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət mənbəyidir.

Belə ki, Azərbaycan torpaqlarının erməni qəsbkarlarının 30 illik işğalından sonra Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü. Xalqın yurd həsrətinə son qoyuldu. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi və İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi tarixə yazıldı. Möhtəşəm Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz və ondan üç il sonra-2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, ən əsası sonda zəfər çalan yalanlara deyil, real faktlara, tarixi həqiqətlərə söykənən siyasət olur.

Azərbaycan tarixində əlamətdar gün olan 15 oktyabr tarixində isə Azərbaycan bayrağının Xankəndində ucalması heç də təsadüfi deyil. Məhz 2003-cü ilin bu günündə cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdir və andiçməsi zamanı xalqa verdiyi vədlərin hamısı bu gün reallığa çevrilir. Xalqına verdiyi bütün vədləri yerinə yetirən, sözü imzası qədər keçərli olan Lider oktyabrın 15-də Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla xalqımıza Zəfərimizin təntənəsini yaşatdı, iki yüz illik məkrli planın - Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin qarşısını aldı.

Bəli, dövlət baş­çısının öz xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, hər bir azərbaycanlıya və ölkəmizin problem­lərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olaca­ğam" vədinin mütləq surətdə reallaş­dığını bir daha təsdiqləyir. Bu reallıq isə xalqımız tərəfindən sevilir, dəyərləndirilir və qorunur.

Prezident İlham Əliyev ilk öncə 20 illik fəaliyyəti dövründə demokrati­yanın milli kimliyimizlə uzla­şan bir sistem olduğunu dünyaya sübut etdi və intellektual əsaslara söykənən moder­nist cəmiyyət formalaşdıra bildi

Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Tək­cə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış Prezident İlham Əliyevin həyata keçirdiyi çox­şaxəli inkişaf strategiyalası və si­yasi müdrikliyi nəticəsində ölkəmiz hazırda bütün maraqların kəsişdiyi və milli maraqlarımızın öndə tutulduğu geopolitik məkana çevrilib.

Bu gün güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir Azərbay­canın qüdrətinə çevrilib. 2003-cü il 15 oktyabr prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan Azərbaycan dövləti möhtərəm Prezidenti­miz İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edir və çiçəklənir.

Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb, Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qo­yub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəy­liyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərin­ləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etmə­sinə imkan verəcək.

Qürurla deyə bilərik ki, əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Sözün əsil mənasında Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirdi, inkişafa yol açdı. Sözünə düz, vədinə sadiq-Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev isə xalqımızın sınmış qürurunu, tapdanan ləyaqətini özünə qaytardı, suverenliyimizi təmin etdi, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-Zəfərə çatdırdı.

Odur ki, qədirbilən xalqımız Ulu Öndərin xatirəsini daim əziz tutaraq hörmət və ehtiramla anacaq, Prezident İlham Əliyevə böyük inam və ümid bəsləyərək, dövlətimiz və xalqımız naminə gördüyü möhtəşəm işlərdə daim yanında olacaqlar.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri