Icma.az
close
up
RU
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.

Sherg.az xəbər verir ki, dövlət başçısının müraciətini Baş nazir Əli Əsədov oxuyub.

Mətndə deyilir:

"Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır.

İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir.

COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm.

Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir.

Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər.

COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın göstəricisidir və bu, heç də təsadüfi deyildir.

Azərbaycan ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişlərə qoşulmuş, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmış, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul etmişdir.

Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılaraq səmərəli institusional mexanizmlər və investisiya mühiti yaradılmışdır.

Hazırda “yaşıl enerji” layihələrinin həyata keçirilməsi, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində mühüm addımlar atılmaqdadır.

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.

İqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsi vacib amillərdən biridir.

Ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilmiş, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olmuşdur.

Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz.

Bəşəri problemlərin müzakirə olunduğu Dini Liderlərin Qlobal Sammiti kimi nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır.

İnanıram ki, bu Sammit səmərəli fəaliyyəti ilə ölkəmizin sivilizasiyalararası dialoq məkanı statusunu daha da möhkəmləndirəcək, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyimiz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaqdır.

Hörmətli dini liderlər!

Əminəm ki, taleyüklü problemlərə həsr olunmuş Sammit konstruktiv fikir mübadilələri şəraitində keçəcək, COP çərçivəsində dinlərarası əməkdaşlıq platformasının təsisatlandırılması imkanı müzakirə ediləcəkdir. Bunun üçün tolerantlıq və multikulturalizm diyarı Azərbaycan ən uyğun məkandır.

Bir daha sizə ən xoş arzularımı yetirir, bəşəriyyətin gələcəyi naminə xeyirxah fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Noyabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qriqoryan Şirvanzadə məktəbində səs verdi Divarların vəziyyəti müzakirə mövzusu oldu

07 İyun 2026 20:15see389

Naxçıvanda kanalda boğulan Elmir tanınmış dirijorun oğlu imiş FOTO

07 İyun 2026 14:39see299

Ermənistan seçicisi Paşinyanın sülh xəttinə və Avropaya inteqrasiya kursuna mandat verdi

08 İyun 2026 11:44see200

Bu şəxslərin beyni daha gec YAŞLANIR

08 İyun 2026 02:03see167

2026 cı ildə Avropa aviaşirkətlərinin mənfəəti azalacaq Uilli Uolş

07 İyun 2026 19:47see163

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

07 İyun 2026 19:45see161

Qonşulara pul verdilər, üç gün toy etdilər… Detallar

08 İyun 2026 03:07see160

Yeni “iPhone”lar belə GÖRÜNƏCƏK FOTO

07 İyun 2026 12:55see159

Media sənayesində əhəmiyyətli dəyişikliklər gözlənilir...

07 İyun 2026 20:55see158

Parkinqdə sürücülər əsassız yerə cərimələnirlər? Həll yolu nədir? FOTO

07 İyun 2026 18:28see156

Avropa çempionları bu gün Bakı turuna çıxır

07 İyun 2026 12:23see155

İmmunitetdən kənar faydalar: hanımeli bədən üçün nə edir?..

07 İyun 2026 20:44see154

Soçi aeroportunda izdiham: Təyyarələr uça bilmir Video

07 İyun 2026 16:52see152

Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı fəaliyyətini DAYANDIRDI

08 İyun 2026 01:48see150

İranın hücumları zamanı vurulan sərnişin təyyarəsi deyil AÇIQLAMA

08 İyun 2026 01:29see150

Ermənistan sülh gündəliyini fəal şəkildə davam etdirəcək Armen Qriqoryan

07 İyun 2026 19:19see150

Xoşbəxtlikdən indi Azərbaycanla sülh var PAŞİNYAN

07 İyun 2026 12:13see148

“Mediada oxudum” Emin Ağalarov atasının ikinci evliliyi haqqında

08 İyun 2026 02:48see146

Türkiyədə tanınmış aktrisa ərə gedir

07 İyun 2026 15:18see145

Simonyan: Ermənistanda seçkidən sonra qeyri sabitlik olmayacaq

07 İyun 2026 15:15see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri