Icma.az
close
up
RU
İLHAM ƏLİYEV: Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb

İLHAM ƏLİYEV: Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

İndiyədək görülən işlər gələcək inkişafın əsas ilkin şərti olub. Çünki görülən işlər, sabit iqtisadiyyat, müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcək haqqında danışmaq çətin olardı.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Buna görə də biz həmin müsbət dinamikaya əsaslanmalıyıq. İqtisadiyyatın müxtəlif sahələrini təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi görməsinə və ölkəmizdə artıq əlverişli investisiya mühitinin formalaşmasına əsaslanmalıyıq. Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb. Bunun yarısını birbaşa xarici investisiyalar təşkil edir. Bütün bunlara əsaslanaraq, iqtisadi inkişafın ümumi tendensiyalarına uyğun hərəkət etməli, uzunmüddətli və dayanıqlı artımı təmin etmək üçün neft-qaz sektorundan kənardakı sahələrdə mövcud potensialımızdan istifadə etməliyik”, - Prezident bildirib.
“Mən bir neçə əsas prioriteti qeyd edərdim. Onlardan biri bərpaolunan enerjidir. Biz nəhəng potensiala malikik. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 giqavat təşkil edir. Bundan əlavə, quruda yerləşən günəş və külək elektrik stansiyaları artıq fəaliyyət göstərir. Məqsədimiz elektrik enerjisinin istehsalında təbii qaz istehlakını minimuma endirmək və qənaət olunan qaz ehtiyatlarını ixraca yönəltməkdir. Qarşıdakı beş ildə bərpaolunan enerji layihələri hər yerdə olacaq. İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi, şübhəsiz ki, logistika və nəqliyyatdır.
Biz uzun müddətdir ki, bu istiqamətdə çalışırıq: fiziki infrastruktur yaradır, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdırır və qonşu ölkələrlə əməkdaşlıq edirik. Çünki Azərbaycanın açıq dənizə çıxışı yoxdur və qonşularımız olmadan bu işi yalnız ölkə daxilində həyata keçirə bilmərik. Ənənəvi təchizat zəncirlərinin bəzilərinin böhranla üzləşdiyi mövcud siyasi vəziyyət nəzərə alınarsa, bu sahə iqtisadiyyatın digər mühüm hərəkətverici qüvvəsinə çevriləcək”, - Prezident İlham Əliyev qeyd edib.
“Bu, yerli və xarici investisiyalar üçün böyük fürsətdir. Elektrik enerjisi istehsalı gücü də, şübhəsiz ki, mühüm əhəmiyyət daşıyır. Biz bu məsələyə iki istiqamətdən yanaşırıq. Birincisi, həmin enerjidən süni intellekt və məlumat mərkəzləri də daxil olmaqla, ölkə daxilində maksimum dərəcədə necə istifadə etməkdir. İkincisi isə elektrik enerjisinin necə ixrac olunmasıdır.
Bizdə elektrikötürücü xətlər var, lakin onların gücü kifayət etmir. Buna görə də hazırda yeni elektrikötürücü xətlərin yaradılması və mövcud xətlərin genişləndirilməsi üzərində işləyirik. Bu da gələcək iqtisadi inkişafın mühüm hissəsini təşkil edəcək. Böyük potensiala malik sahələrdən biri də mədən sənayesidir. Bir neçə gün əvvəl mədən sənayesi ilə bağlı dövlət proqramı qəbul edilib. Bu, dörd ili əhatə edən qısamüddətli proqramdır və sahədə böyük fəallıq yaradacaq. Bunlar inkişafımızın əsas istiqamətləridir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
“Əlbəttə, hamının bildiyi, lakin bəzən açıq şəkildə dilə gətirilməyən əsas məsələni — neft və qazı da unutmamalıyıq. Xüsusilə nəzərə alsaq ki, bu il çoxsaylı müqavilələr imzalanıb və bu gün də yeni müqavilələr imzalanacaq. Buna görə də neft-qaz sektoru iqtisadiyyatımızda dominant mövqeyini qoruyacaq və yenidən investisiyaya yönəldiləcək sərvətin formalaşdırılmasını davam etdirəcək”, - Prezident İlham Əliyev qeyd edib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Sentyabr 2026 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri