İlham Əliyev və bir sıra ölkələrin liderləri Ağdamda Qarabağ atlarının Zəfər şousunu izləyiblər
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Prezident İlham Əliyev və ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin dövlət və hökumət başçıları Ağdam şəhərindəki İmarət Kompleksində Qarabağ atlarının Zəfər şousunu izləyiblər.
Oxu.Az xəbər verir ki, atlılar musiqi sədaları altında əllərində quruma üzv ölkələrin bayraqları ilə meydana daxil olaraq dövrə vurub və qonaqları salamlayıblar.
Daha sonra rəqqaslar Azərbaycan milli rəqslərini ifa ediblər.
Tədbirdə iştirak edən dövlət başçıları, həmçinin Azərbaycan mədəniyyətini, incəsənətini və milli dəyərlərini daha yaxından tanımaq imkanı əldə ediblər.
Qeyd edək ki, iyulun 4-də Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü keçiriləcək.
İlham Əliyev və bir sıra ölkələrin liderləri Ağdamda Qarabağ atlarının Zəfər şousunu izləyiblər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 03 İyul 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















