Zirvə görüşünün iştirakçıları İmarət də Qarabağ atlarının Zəfər şousunu izlədi
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı "İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının "Zəfər” şousunu izləyiblər.
Qaynarinfo xəbər verir ki, hərbi orkestrin ifasında milli musiqi nümunələrimiz, "Sərhədçi” rəqs ansamblının rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi igidlik və cəsarət nümunələri böyük maraqla qarşılandı. Şou müddətində süvarilərimiz yüksək peşəkarlıq nümayiş etdirdilər.
Sonra qonaqlar avtobusla Ağdam şəhərini gəzdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 İyul 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















