Icma.az
close
up
RU
İlham Əliyev və Donald Tramp arasında yeni görüş ola bilər

İlham Əliyev və Donald Tramp arasında yeni görüş ola bilər

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 19–23-də dünyanın siyasi və iqtisadi elitası, maliyyə və texnologiya sahəsinin nəhəngləri Davosa toplaşacaq.

Davos Dünya İqtisadi Forumunun (World Economic Forum) dialoq mədəniyyətinə həsr edilmiş builki toplantısında dünyanın 130-dan çox ölkəsindən 3 000-ə qədər iştirakçı olacaq. Təxminən 400 yüksək səviyyəli siyasi lider arasında 65 dövlət və hökumət başçısı - prezidentlər və baş nazirlər yer alacaq.

Dünya liderləri niyə bu toplantıda iştirak etməyə bu qədər maraqlıdırlar?

"Cebheinfo.az" xəbər verir ki, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi “Yeni Sabah”a açıqlamasında bildirib ki, onları Davosa toplayan bu forum artıq yalnız iqtisadi müzakirə platforması deyil:

“İllik görüş dünya düzəninə real təsir göstərən mühüm qərar mərkəzlərindən birinə çevrilib. Açıq demək lazımdır ki, bir sıra beynəlxalq institutların, xüsusilə də BMT-nin qərar qəbuletmə mexanizmlərində yaranan ləngimələr və digər çatışmazlıqlar Davosun rolunu daha da gücləndirib. Son illərə qədər dünyanın ən böyük siyasi təşkilatı sayılan BMT-nin bir çox məsələlərdə təsir gücünü qismən itirməsi bu prosesi sürətləndirib.

Davos Forumunun əsas üstünlüyü çevik, bürokratiyadan uzaq və çoxtərəfli dialoq imkanları yaratmasıdır. Burada dövlət başçıları, transmilli şirkətlərin rəhbərləri, maliyyə mərkəzləri, texnologiya nəhəngləri və qlobal fikir liderləri eyni masa arxasında bir araya gəlirlər. Bu da bəzən rəsmi beynəlxalq təşkilatların illərlə müzakirə etdiyi məsələlərin Davosda qısa müddətdə irəli aparılmasına şərait yaradır. Bir çox hallarda burada səslənən ideyalar sonradan beynəlxalq siyasətin və iqtisadi qərarların əsas xəttini müəyyən edir, hətta dünyadakı hadisələrin gedişatına təsir göstərir. Üstəlik, bu təsir yalnız siyasət və iqtisadiyyatla məhdudlaşmır, elm və mədəniyyəti, digər sahələri də əhatə edir”.

Adəm İsmayıl Bakuvi qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Davos Forumunun daimi iştirakçılarındandır:

“Dövlət başçısı müntəzəm olaraq geniş tərkibli nümayəndə heyəti ilə forumun işində iştirak edir, tədbir çərçivəsində dünya liderləri və iri şirkətlərin rəhbərləri ilə səmərəli görüşlər keçirir.

Artıq gələn həftə keçiriləcək forumda da Azərbaycan Prezidentinin iştirakı təsdiqlənib. Dövlət başçısının “Avrasiyanın iqtisadi kimliyinin müəyyənləşdirilməsi” sessiyasında çıxış edəcəyi gözlənilir. Sessiyada Qafqaz regionunda yeni yaranan ticarət dəhlizləri, infrastruktur layihələrindən faydalanma, resurslar uğrunda rəqabət və digər mühüm mövzular müzakirə olunacaq. Bundan əlavə, forumda dünya liderlərinin geniş iştirakı nəzərə alınaraq müxtəlif formatlarda (D-8 çərçivəsi də ola bilər) görüşlərin keçirilməsi də istisna deyil.

Builki toplantıya dair maraqlı məqamlardan biri də odur ki, Davos Forumunun keçirildiyi müddət ərzində ilk dəfə ABŞ  ən geniş nümayəndə heyəti ilə təmsil olunacaq. Bu da Prezident Donald Trampın və onun administrasiyasının  Davos platformasına verdiyi əhəmiyyəti göstərir.

Məhz bu kontekstdə hesab edirəm ki, forum çərçivəsində dövlət başçılarının iş qrafiki imkan verərsə, Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ lideri Donald Tramp arasında birbaşa təmasların baş tutması real görünür. Bu, son illər strateji tərəfdaşlıq xəttində inkişaf edən Azərbaycan–ABŞ münasibətləri üçün mühüm impuls ola bilər.

Davos 2026 Forumunda Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakını nəzərə alsaq, üçtərəfli formatda müzakirələrin təşkili də istisna edilmir. Forumun əsas mövzusu dialoq mədəniyyətinə həsr olunduğundan, Zəngəzur dəhlizi, regional kommunikasiyaların açılması və Cənubi Qafqazda dayanıqlı sülh prosesinin irəlilədilməsi kimi məsələlərin qeyri-rəsmi müstəvidə müzakirə olunması mümkündür.

Əminliklə demək olar ki, son illər Davos Dünya İqtisadi Forumu sürətlə dəyişən beynəlxalq münasibətlər fonunda dövlətlərarası dialoqun, qeyri-rəsmi diplomatiyanın və strateji razılaşmaların formalaşdığı əsas qlobal məkanlardan birinə çevrilib. İnanıram ki, dövlət başçısı hər zaman olduğu kimi bu dəfə də dövlətimizin maraqlarını yüksək səviyyədə müdafiə edəcək və baş tutacaq görüşlər nəticəsində İsveçrədən ölkəmiz üçün mühüm siyasi və iqtisadi nəticələrlə qayıdacaq”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Yanvar 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri