Icma.az
close
up
RU
İlham Əliyevi xalq niyə dəstəkləyir?

İlham Əliyevi xalq niyə dəstəkləyir?

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan dövlətinin və xalqının özünəməxsus xarakterik obrazı, mənəvi-siyasi duruşu vardır və bu, bir qürur simvoludur.
Bu qürur simvolunu əlimizdən almağa çalışan düşmənlərə Azərbaycan gəncliyi öz cəsarəti ilə cavab verdi.
Otuz il çəkən bu qürur həsrəti cəmi 44 günə geri qaytarıldı.
Bu gənclər, İlham Əliyev hakimiyyəti dövründə və ondan öncə — Heydər Əliyev hakimiyyəti dövründə yetişən gənclər idi.
Yaşamda formalaşan o gənclər idi – onları yetişdirən, ordu quruculuğunu beynəlxalq standartlara və Azərbaycan dəyərlərinə uyğun şəkildə həyata keçirən İlham Əliyev hakimiyyəti olub.
Uzun illər heç kim bilmirdi ki, belə bir ordumuz var. Heç kimin xəbəri yox idi ki, həmin ordunun nümayəndələri, zabitləri və əsgərləri erməni vandallarının, hərbi quldurlarının strateji, texniki və maddi-texniki bazasını, kəşfiyyat məlumatlarını, müdafiə taktikalarını illər boyu araşdırıb.
Onlar düşmənin hər gizli həmləsində dəqiq zərbələrlə sarsıdıcı cavab verirdilər.
Və nəhayət, 2020-ci ilin 44 günlük Vətən müharibəsində biz o sarsaq ideologiyanın daşıyıcılarını və himayədarlarını məğlub etdik.
Bəli, o gənclik qürurla, azad, xoşbəxt, başı dik və qalib kimi yaşamağa səs verdi və bundan sonra da səs verəcək!
Gənclər siyasəti dövlətimizin prioritet istiqamətidir.
Təhsillə, işsizliklə, vətənpərvərlik və milli dəyərlərlə bağlı, innovasiya və texnologiya ilə bağlı gənclər siyasəti proqramına daxil edilən islahatlar danılmazdır.
Zamanın, dövrün, bəşəriyyətin ümumi bəlaları olaraq bizə də sirayət edən, qarşısının alınması mümkün olmayan neqativləri görənlər isə yalnız “rəngli bayraqlı” gəncləri nəzərdə tuta bilərlər.
Siz o dəyərlərə xidmət edənlərdənsinizmi? Bu nə yanaşmadır?
Torpaq işğalda olanda, yalnız ondan istifadə edirdiniz. Rəngli bayraqların altında hakimiyyətin siyasi xəttini tənqid edirdiniz.Bu gün isə o məsələ kökündən həll olunub.
İndi isə o xoşbəxtliyi xalqa yaşadan gənclərlə manipulyasiya etmək fikrinə düşmüş spekulyantlara çevrilmisiniz.
Bizim təqaüdçülərimiz də, yaşlılarımız da, ziyalılarımız da bütövlükdə qürurlu gələcəyə səs veriblər. Onlar daima milli ideologiya strategiyasını ortaya qoyan, Zəfər möhürü ilə ölkəmizi dünya tarixinin şanlı və möhtəşəm səhifəsinə yüksəldən İlham Əliyev və onun komandasını dəstəkləyib. Bundan sonra da xalq həmişə ona etimad göstərəcəkdir.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 İyun 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see295

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see286

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see269

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see263

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see255

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see248

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see242

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see239

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see232

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see231

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see226

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see225

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see220

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see218

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see218

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see214

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see214

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see212

24 saatda “müalicə olunan” 35 illik xəstəlik 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI

19 Sentyabr 2026 17:03see203

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri