Icma.az
close
up
RU
İlham Əliyevin 8 yaşında çəkdiyi şəkil və yazdığı təbrik

İlham Əliyevin 8 yaşında çəkdiyi şəkil və yazdığı təbrik

Icma.az bildirir, Azpost portalına istinadən.

Azərbaycanın sabiq prezidenti Heydər Əliyevlə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Semyon Sviqunla dostluq əlaqələri uzun ilik tarixi olub.

Semyon Sviqun 1963-67-ci illərdə Azərbaycan DTK-sına rəhbərlik edəndə Heydər Əliyev onun müavini olub. Daha sonra Sviqun Moskvaya DTK-nın mərkəzi idarəsinə rəhbər işə gedib. Onun yerinə Heydər Əliyev təyin edilib.

Bu illər ərzində onları ailəvi dostluq münasibətlərini həmişə qoruyub saxlayıblar.

AzPost bildirir ki, general Sviqunun nəvəsi Violetta Niçkova bu dostluğun maraqlı xatirəsini paylaşıb. Violetta nənəsinin – Rozalina Sviqunun xatirələrindən paylaşımlar edib. Rozalina Sviqun Bakıda yaşadıqları illəri dəftərə köçürüb.

Burada Azərbaycanın müxtəlif rəhbər şəxslərinin Sviqunla əlaqələrindən, iş və gündəlik həyatdan bəhs olunur. Bu sırada Heydər Əliyevin və ailəsinin adı xüsusi hörmətlə çəkilir.

Violetta bildiib ki, SSRİ-də bütün bayram günlərində Sviqun çoxlu sayda təbriklər alıb. Ailə Heydər Əliyevin də həmin illərdə göndərdiyi təbrik məktublarını qoruyub saxlayıb.

Violetta yazıb ki,  1982-ci ilə qədər- Sviqun vəfat etdiyi ilə qədər babası ilə Heydər Əliyevin isti münasibətləri davam edib. Sviqun vəfat etsə də ailələr arasında əlaqələr kəsilməyib. Roza Sviqun və Zərifə Əliyeva daim bir-birilərini axtarıblar.

“Anam Violetta hətta bir dəfə balaca İlhamı Bakıda çimərlikdə xilas edib”-deyə o bildirib.

“Ailə arxivimizdə Əliyevlərin babama yazdıqları məktublar, teleqramlar bu gün də durur. Nənəmin Bakıda yaşadığı illərdə yazdığı gündəlikdə həmin dostluq münasibətləri barədə çoxlu maraqlı xatirələr var”-yazan Violetta həmin gündəlikdən bir maraqlı şəkli paylaşıb.

Onlardan biri Heydər Əliyevin oğlu, 8 yaşlı İlhamın Sviqunlar ailəsinə göndərdiyi şəkildir.

Balaca İlham çəkdiyi şəkildə qırmızı mürəkkəblə “Əziz və çox qiymətli Roza xalaya İlhamdan. 1969-cu il” yazıb.

Şəkildə SSRİ bayrağı əks olunmuş böyük hərbi gəmi və düşmənə atəş açan hərbçilər təsvir olunub. Havadan paraşütlə düşməyə cəhd edən və suyun içində məhv edilmiş düşmən görünür.

“İlham Əliyev və mən eyni ali məktəbi, MQİMO-nu bitirmişik. O zamanlar eyni dövlətdə doğulsaq da indi müxtəlif dövlətlərin vətəndaşlarıyıq”-yazan V.Niçayeva həmçinin Heydər Əliyevin müxtəlif bayramlarda Sviquna yazdığı təbrik məktublarını da paylaşıb.

Hərbi mövzuda şəkil çəkmək İlham Əliyevin bu peşəyə uşaqlıq marağını göstərir.

Prezident İlham Əliyev müsahibələrinin birində uşaqlıqda hərbçi olmaq istədiyini də etiraf etmişdi: “Uşaqlıqdan general olmaq istəyirdim. Xatırimə gəlir ki, atama 1967-ci ildə general rütbəsi vermişdilər. O zaman çox balaca idim. Amma yaddaşımda dərin iz buraxımışdı… Sonradan hərbçi olmağın əleyhinə deyildim. Amma Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil oldum. Moskvaya gələndə mənim hələ heç 16 yaşım olmamışdı…”-deyə dövlət başçısı xatırlamışdı.

Mərhum Heydər Əliyev 1967-69-cu illərdə Azərbaycan DTK-na sədrlik edib.

Bu təyinatda mühüm bir məqam var. Heydər Əliyevə qədər DTK-nın sədri postuna yalnız rus millətindən olan şəxs təyin olunurdu. Sviqun bu ənənəni pozaraq ilk dəfə azərbaycanlı təhlükəsizlik zabitini bu posta təyin olunmasını təklif edib.

H.Əliyev həmin ilin iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunub.

Semyon Sviqun 28 sentyabr 1917-ci ildə Ukraynada anadan olub. Odessa Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib, 1939-cu ilə qədər müəllim və məktəb direktoru işləyib, sonrakı taleyini dövlət təhlükəsizliyi orqanlarında xidmətə bağlayıb.

İkinci Dünya müharibəsinin iştirakçısı olan Semyon Sviqun müharibədən sonra Moldaviya SSR və Tacikistan SSR-in dövlət təhlükəsizlik komitələrində müavin və sədr vəzifələrində çalışıb. 1963-1967-ci illərdə isə o, Azərbaycan DTK-sına rəhbərlik edib.

SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Semyon Sviqun 1982-ci ilin yanvarında intihar edib.

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:342
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 Aprel 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri