Icma.az
close
up
RU
İlham Əliyevin bənzərsiz böyüklüyü: O, düşmənlərin də arzusunu reallığa çevirir...

İlham Əliyevin bənzərsiz böyüklüyü: O, düşmənlərin də arzusunu reallığa çevirir...

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yalnız və yalnız Azərbaycanın maraqları konteksində!

8 Noyabr zəfəri ilə 30 il müddətində düşmən işğalı altında qalan torpaqlara azadlıq bəxş edən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Prezident İlham Əliyevin istər diplomat, istərsə də sərkərdə kimi böyüklüyü bütün dünyaya məlumdur. Cəmi 44 gün içində erməni faşizmini darmadağın edərək regionda yeni status-kvo formalaşdıran Müzəffər Ali Baş Komadan, post-müharibə dönəmində verdiyi mühüm qərarlar, həyata keçirdiyi nəhəng layihələrlə də unikal lider olduğunu sübut etdi. Bu mənada İlham Əliyevin həm siyasətçi, həm də Ali Baş Komandan kimi böyüklüyünə dəlalət edən yüzlərlə fakt sadalamaq mümkündür. Lakin İlham Əliyevin əsl böyüklüyü onun sadəcə dostlarının deyil, həm də düşmənlərinin arzularını reallığa çevirməsidir. Bu, bəşər tarixində heç kimə qismət olmayan qeyri-adi, təkrarsız bir böyüklükdür. Hansı ki, bu böyüklük düşmənlərin özü tərəfindən də etiraf edilməkdə, təsdiqlənməkdədir.

İlham Əliyevin bu məziyyətini anlamaq, bunun necə bənzərsiz bir xüsusiyyət olduğunu dərk etmək üçün vaxtiylə Qarabağda qondarma “respublika” quran erməni separatçılarının aqibətinə nəzər salmaq kifayətdir. 5 il bundan öncə Ermənistanın bilavasitə himayəsi, beynəlxalq arenadakı anti-Azərbaycan qüvvələrinin dəstəyi ilə Azərbaycanın ünvanına hədyanlar yağdıran bu şəxslər, tanklarının Bakı küçələrini dolaşacağını vurğulayır, çaylarını ölkəmizin paytaxtında içəcəklərini söyləyirdi. Təbii, o vaxt heç kim, hətta bu cümlələrin müəllifi olan separatçıların özü də lovğalıqla söylədikləri bu iddiaların mümkünlüyünə inanmırdı. Lakin İlham Əliyev praktiki şəkildə sübut etdi ki, bu həyatda mümkün olmayan heç nə yoxdur və o, hər kəsin mümkünsüz hesab etdiyi xəyalları reallığa çevirməyi bacarır.

İlham Əliyevin bu təkrarsız bacarığının nəticəsidir ki, 44 günlük Vətən müharibəsindən qısa müddət sonra erməni cinayətkarlarının arzuları gerçəkliyə çevrildi. Müharibədə ələ keçirilən erməni tankları hərbi qənimət kimi Bakı küçələrini “seyrə çıxdı”. Bakıda çay içəcəklərini iddia edən separatçılar da arzularında olduqları çayı paytaxtımızda içdilər. Fəqət onlara bu “çay ziyafəti” dəmir barmaqlıqlar arxasında təqdim olundu. Bir sözlə, İlham Əliyev Azərbaycan xalqının düşmənlərinin də arzusunu reallığa çevirdi. Bununla sübut etdi ki, o, hər kəsin, hətta Azərbaycanın düşmənlərinin də xəyallarını gerçəkliyə çevirməyi bacarır. Təbii, yalnız və yalnız  Azərbaycanın maraqları konteksində...

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Noyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri