Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

10 gün ərzində 3 sammit İlham Əliyevin uğurlu siyasəti Azərbaycanı qlobal oyunçuya çevirir

10 gün ərzində 3 sammit İlham Əliyevin uğurlu siyasəti Azərbaycanı qlobal oyunçuya çevirir

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin yürütdüyü xarici siyasi kurs Azərbaycanı sürətlə qlobal oyunçular sırasına daxil etməkdədir. Bunu şərtləndirən ciddi əsaslar var və həmin əsasları son 10 günün 3 zirvə görüşünə nəzər salmaqla açıq görmək olar. 1.Avropa Siyasi Birliyinin Kopenhagen zirvə görüşü, 2.Türk Dövlətləri Təşkilatının Qəbələ sammiti, 3.Müstəqil Dövlətlər Birliyinin Düşənbə toplantısı.
Əslində, son illər dünya dövlətlərinin cəbhələşməsi fonunda ciddi dəyişikliklər baş verdiyindən və faktiki, sərhədlər silindiyindən bir ölkənin bir neçə təşkilatda təmsilçiliyi adi haldır. Ancaq burada əsas məsələ heç də çox sayda təşkilatın üzvü olmaq deyil, həmin təşkilata öz resurslarını təqdim etmək və nüfuzlu söz sahibinə çevrilməkdir. Azərbaycan dövləti aparıcı beynəlxalq strukturlarla əməkdaşlığı məhz bu meyarlar üzərindən qurur və konkret uğurlara imza atır.
“Avropa Siyasi Birliyi” və Azərbaycan
Artıq nəinki “Qoca qitə”, ümumilikdə, dünya miqyasında özündən söz etdirən “Avropa Siyasi Birliyi” bu gün dünyanın aparıcı ölkələrinin liderlərini bir araya toplayan platforma kimi tanınmaqdadır. Doğrudur, təşkilat müstəvisində müzakirə olunan məsələlər sonda hansısa qətnaməyə, yaxud bəyanata bağlanmır, ancaq hər bir halda birlik çərçivəsində planetin ən vacib məsələləri ətrafında gedən diskussiyalar beynəlxalq proseslərin axarını müəyyənləşdirməkdə əhəmiyyətli rol oynayır.
 

Qitə ölkələri arasında siyasi əlaqələndirmə formatı kimi tanınan “Avropa Siyasi Birliyi”nin məqsədi ümumi maraq doğuran mövzularla bağlı dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa məkanının təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Prezident İlham Əliyevin bu xarakterli müzakirələrə dəvət edilməsi birmənalı şəkildə, Azərbaycanın sözünə və təşəbbüslərinə Qərb tribunalarında verilən dəyərdən irəli gəlir.


İkinci tərəfdən, “Avropa Siyasi Birliyi”nin Azərbaycan liderinin də indiyə kimi qatıldığı zirvə görüşlərində ölkəmizin regional sülh və enerji təhlükəsizliyi ilə bağlı təşəbbüslərinə ciddi siyasi dəstək, süni şəkildə yaradılan ideoloji-təbliğati fonun dağıdılması tendensiyaları özünü açıq nümayiş etdirir. Sonuncu Kopenhagen sammitindən də ortaya çıxan budur ki, Qərb Azərbaycanın regional güc və Cənubi Qafqazda davamlı sülhün qarantı statusunu qəbul edir.
Bu faktor isə uzun illər Avropa ölkələri və ABŞ-də formalaşan neqativ stereotiplərin aradan qaldırılmasını şərtləndirir. Ən nəhayət, Prezident İlham Əliyevin mütəmadi şəkildə “Avropa Siyasi Birliyi” formatında görüşlərə dəvət alması Azərbaycan həqiqətlərinin qlobal arenaya çatdırılması, eləcə də, Ermənistan və onu dəstəkləyən dövlətlərin ideoloji-siyasi və hərbi şantajlarının iflasa uğradılmasında özünəməxsus rol oynayır.
Türk Dünyasinin birliyinə doğru
“Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur”. -  İlham Əliyev,  Azərbaycan Respublikasının Prezidenti  
Hələ ötən ilin fevralında, növbəti dəfə xalqın böyük əksəriyyətinin dəstəyi ilə dövlət başçısı vəzifəsinə seçilən Prezident İlham Əliyev andiçmə mərasimində səsləndirdiyi bu gün hər kəsin dilində əzbər olan “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz türk dünyasıdır” tezisi hazırda türk ölkələrinin birlik və əməkdaşlıq istiqamətində atdıqları prinsipial addımlarla real məzmun almağa başlayır. Sevindirici hal isə odur ki, türk dövlətlərinin institusional qurumlar yaratmasının flaqmanı rolunda məhz Azərbaycan çıxış edir. Prezidentin Türk Dövlətləri Təşkilatının sonuncu Qəbələ zirvəsindən verdiyi mesajlar artıq dünyada türkün gücünü ifadə edəcək güclü təşkilatın formalaşma ərəfəsində olduğunu göstərir.
Qlobal düzənin ciddi şəkildə pozulması, mövcud sülh və təhlükəsizlik institutlarının yaşadığı böhran, ikili standartlar ənənəvi təşkilatların himayəsi altında beynəlxalq problemləri, müharibə və münaqişələri qəti şəkildə həll etməyin mümkün olmayacağından xəbər verir. Üstəlik, qlobal nizamsızlıq vaxtaşırı türk dövlətlərinin də maraqlarına təhdidlər yaradır, dost və tərəfdaş ölkələrin daxili siyasətində xoşagəlməz izlər buraxır. Azərbaycanın üzləşdiyi 30 illik işğal bu tezisə ən real sübutdur.
 

Məhz bu kontekstdən Qəbələ sammiti zamanı Prezident İlham Əliyevin gələn il ölkəmizdə TDT üzvlərinin birgə hərbi təlimlərinin təşkili təşəbbüsü aktual səciyyə daşıyır və zamanla ayaqlaşır.


Bir sözlə, yeni geosiyasi reallıqlar TDT-nin strukturlaşmasını və hərbi komponentlərlə zənginləşməsini qaçılmaz zərurətə çevirir. Qəbələ zirvəsinin spesifik cəhətlərindən biri də o oldu ki, buradan verilən bəyanatlarla dünya ictimaiyyəti türk ölkələrinin həm iqtisadi, həm ideoloji, həm də mədəni sferada nə qədər mobil, nə qədər güclü olduğunu gördü. Formalaşan yeni baxış isə TDT-nin 12-ci zirvə görüşünün ən vacib uğuru sayıla bilər.
“MDB+” formatına keçid və Rusiyasayağı “perezaqruzka”
Azərbaycan Prezidentinin MDB dövlət başçıları şurasının Düşənbə sammitində iştirakını da ölkəmizin nüfuzu və diplomatik gücünün təsdiqi şəklində dəyərləndirmək olar. İlk növbədə, ona görə ki, rəsmi Bakı post-sovet məkanı üzrə əməkdaşlığa əsla barmaqarası yanaşmır və iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsinə dəstək verir. İkincisi, Azərbaycan MDB çərçivəsində bütün tədbirlərdə fəal iştirakdan, bu tədbirlərin bir qisminə ev sahibliyi etməkdən yanadır.
Şübhəsiz, Düşənbə sammiti zamanı “MDB+” formatının təsis olunması keçmiş sovet respublikaları arasında mövcud əməkdaşlıq potensialının daha operativ üzə çıxarılmasına, prioritet hədəflərin müəyyənləşdirilməsi üzrə effektiv qərarların qəbuluna gətirib çıxaracaq. Təbii ki, əməkdaşlığı qarşılıqlı maraq və səmimi notlar əsasında həyata keçirmək üçün üzv ölkələr arasında da etibarlı münasibətlər, inam və bərabərhüquqlu yanaşma vacib şərtdir.
Azərbaycan və Ermənistan arasında yekun sülhün imzalanmasına mane olan qüvvələrin aktivləşməsi fonunda tam inteqrativ və səmimi əməkdaşlıqdan danışmaq hələ tez olsa da, Düşənbədə Rusiya prezidenti Vladimir Putinin Prezident İlham Əliyevlə görüşdə verdiyi mesajlar, AZAL-a məxsus təyyarənin qəzaya uğraması səbəblərinə baxışı, kompensasiya və vəzifəli şəxslərin hüquqi məsuliyyəti barədə açıqlamaları Bakı-Moskva münasibətlərində, sözün əsl mənasında, “perezaqruzka”nın baş verdiyini söyləmək olar.
 

Beləliklə, Azərbaycan tərəfinin prinsipial mövqeyi, qlobal səviyyədə nüfuzu və siyasi gücü dünya liderlərindən sayılan Rusiyanın konstruktiv addımlar atması və Bakıya “barış əli” uzatmasının bir nömrəli səbəbi kimi dəyərləndirilməlidir.


10 gün ərzində 3 sammit, 3 zəfər
Prezidentin köməkçisi Hikmət Hacıyev də “X” sosial şəbəkəsində yazır:
“Prezident İlham Əliyevin 10 gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür. 1-2 oktyabr - Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr - Qəbələdə Türk Dövlətləri Təşkilatının sammiti. Türk dünyasının həmrəyliyi və birliyi; 9-10 oktyabr - Düşənbədə MDB Sammiti”.
Şübhəsiz, cəmi 10 gün ərzində Prezident İlham Əliyevin iştirak etdiyi tədbirlər Azərbaycanın beynəlxalq nüfuzu və diplomatik fəaliyyətinin sübutudur. Qlobal sülh və təhlükəsizlik məsələlərinə dair baxışlar, əməkdaşlıq təşəbbüsləri də göstərir ki, rəsmi Bakı indiki mərhələdə ilk olaraq barışı və sülhü təşviq edir, həmçinin, iqtisadi müstəvidə mövcud potensialdan tam istifadə etməyi zəruri sayır.
Beləliklə, avqustun 8-dən – Vaşinqton səfərindən başlayaraq son 3 sammit də daxil olmaqla Prezidentin ortaya qoyduğu təşəbbüs və təkliflərin ciddi rəğbət qazandığını, rəsmi Bakının geniş coğrafiyanı əhatə edən əməkdaşlıq formuluna qlobal dəstəyin xeyli artdığını göz önünə gətirərək bunu söyləmək olar: Azərbaycan qlobal düzəndəki yeri və rolunu tam dəqiqləşdirir, beynəlxalq məsələlərlə bağlı siyasətində milli maraqlara söykənən “yol xəritəsi”nə istinad edir. Bu faktor isə yeni uğurlar üçün başlanğıcdır.  
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Oktyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri