Icma.az
close
up
RU
İlham Əliyevin dövründə beləsi olmamışdı: qərar gözlənilir Bu şəxs nazir ola bilər

İlham Əliyevin dövründə beləsi olmamışdı: qərar gözlənilir Bu şəxs nazir ola bilər

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir ilə yaxındır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas postu boş qalıb. Muxtar Babayev 2025-ci il fevralın 5-də vəzifədən azad edildikdən sonra hələlik quruma yeni təyinat olmayıb.

Uzun müddət bir nazirliyin rəhbərsiz qalması idarəetməyə, qərarların qəbul edilməsinə və icrasının effektivliyinə necə təsir göstərir? Yeni təyinat niyə gecikir? Bu nazirlik gələcəkdə ləğv edilə bilərmi?

Globalinfo.az-a danışan Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradov deyib ki, nazir və nazir müavinlərinin təyinatı birbaşa Prezidentin səlahiyyətlərinə daxildir.

O qeyd edib ki, hazırda bu işi icra edən sabiq nazirin birinci müavini Rəşad İsmayılovdur:

“Ekologiya Nazirliyinin tabeliyində geniş qurumlar fəaliyyət göstərir və hər birinin özünəməxsus funksiyaları var. Hazırda nazir postu boşdur, lakin birinci müavin həm öz vəzifələrini, həm də nazirin səlahiyyətlərini icra edir. Bu, əslində idarəetmədə yeni model deyil. Ölkə başçısı bir çox hallarda hər hansı vəzifəli şəxsi azad etdikdən sonra həmin posta dərhal yeni təyinat etmir, vəziyyəti müşahidə altında saxlayır. Birinci müavinlər sanki sınaq müddətində fəaliyyət göstərirlər. Yəni verilən tapşırıqları necə yerinə yetirdiklərinə, idarəçilik və qərarvermə bacarıqlarına əsasən qiymətləndirilirlər”.

Rövşən Muradov

Deputat bildirib ki, Prezidentin son təyinatlarına baxsaq, bu tendensiyanın müxtəlif dövlət strukturlarında da müşahidə olunduğunu görmək mümkündür:

“Məsələn, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2024-cü ilin sentyabrında Milli Məclisə seçkilərdə iştirak etdikdən sonra onun vəzifəsi uzun müddət, təxminən bir ildən çox boş qaldı. Yalnız ötən gün ölkə başçısı həmin vəzifəyə təyinatla bağlı qərar verdi. Bu da onu göstərir ki, bəzi hallarda prezident konkret təyinat verməzdən öncə namizədlərin fəaliyyətini və idarəçilik potensialını diqqətlə izləyir.

Son illər bu yanaşma bir çox hallarda özünü doğruldub. Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə əvvəlcə birinci müavin kimi fəaliyyət göstərib, daha sonra nazir təyin olunub. Eləcə də Dövlət Gömrük Komitəsinin indiki sədri Şahin Bağırov uzun müddət birinci müavin vəzifəsində çalışıb, sonra sədrlik postuna gətirilib. Yəni adətən, səlahiyyətləri müvəqqəti icra edən şəxslər sonradan əsas vəzifəyə təyin olunurlar. Rəşad İsmayılovun timsalında da bu praktika eyni qaydada tətbiq edilir. O, əvvəllər Şəhərsalma və Tikinti Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb. Daha sonra Prezidentin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birinci müavin təyin edilib və hazırda nazirin səlahiyyətlərini icra edir. Bu, həm onun idarəçilik bacarığının, həm də dövlətə sədaqətinin sınaqdan keçirilməsi kimi dəyərləndirilməlidir”.

Rövşən Muradov qeyd edib ki, nazirin vəzifədə olması həm təşkilati, həm də psixoloji baxımdan mühüm amildir:

“Nazirliyin başında konkret şəxs dayandıqda strukturda aydın idarəçilik mexanizmi formalaşır, işçilər arasında qeyri-müəyyənlik azalır. Amma birinci müavin səlahiyyətləri icra etdiyi hallarda, təbii ki, müəyyən gözləmə və ehtiyatlı davranış ab-havası yaranır. İşçilər arasında “kim nazir olacaq” sualı aktual qalır və bu da bəzi qərarların qəbulunda ehtiyatlılığı artırır. Bununla belə, birinci müavinlər çox zaman daha məsuliyyətli və diqqətli işləməyə çalışırlar. Çünki anlayırlar ki, bu, onların gələcək karyeraları üçün bir imtahandır. Hər hansı səhvə yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətli icra etmək, səmərəli idarəçilik göstərmək onların gələcək taleyini müəyyənləşdirə bilər. Konstitusiyaya əsasən, kimlərin nazir və ya digər yüksək vəzifələrə təyin olunacağı yalnız dövlət başçısının səlahiyyətində olan məsələdir. Bu səbəbdən də hər bir belə qərar həm şəxsi keyfiyyətlərə, həm də dövlətin maraqlarına uyğun şəkildə verilir”.

Millət vəkili əlavə edib ki, nazirin olub-olmamasından asılı olmayaraq, prezidentin tapşırıqları icra olunur:

“Nazirliyin işinin effektivliyi birbaşa həmin tapşırıqları həyata keçirən vəzifəli şəxslərdən, o cümlədən birinci müavindən asılıdır. Uzun illər dövlət qulluğunda olduğum üçün bu idarəçilik mexanizminin necə işlədiyini yaxşı bilirəm. Deyə bilərəm ki, əsas məsələ şəxsin tutduğu vəzifədən çox, onun dövlətə yanaşması, məsuliyyət hissi və fəaliyyətinin nəticəsidir. Əlbəttə, hər bir nazirliyin başında ideal nazirin olması daha məqsədəuyğundur. Çünki bu, həm strukturun işini koordinasiya edir, həm də dövlət siyasətinin icrasında şəffaflıq və aydınlıq yaradır. Amma indiki halda, birinci müavin səlahiyyətləri icra etdiyi müddətdə əsas məsuliyyət onun üzərində qalır və o, bu etimadı doğrultmağa çalışır”.

Hüquqşünas Əkrəm Həsənovun fikrincə, yeni nazir təyinatının gecikməsinə səbəb adekvat kadrın tapılmasında yaranan çətinlikdir:

Əkrəm Həsənov

“Bu, İlham Əliyevin prezidentliyi dövrü üçün qeyri-adi haldır. Məsələn, Heydər Əliyevin dövründə bəzi nazirlər vəzifəyə uzun müddət təyin olunmazdı və icraçı şəxs funksiyaları yerinə yetirərdi. Hazırkı ölkə başçısının iş üslubu isə fərqlidir. Ola bilər ki, həqiqətən də bu nazirliyin ləğvi məsələsi gündəmdədir. Fikrincə, bəzi nazirliklərin ləğv edilməsi məqsədəuyğundur. Çünki ölkədə ehtiyacımız olmayan xeyli qurum var”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see294

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see195

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see173

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see173

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see167

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see154

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see141

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see136

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see135

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see135

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see130

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see123

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see121

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri