Icma.az
close
up
RU
İlham Əliyevin Gürcüstana səfəri sıradan bir diplomatik ziyarət deyil AÇIQLAMA

İlham Əliyevin Gürcüstana səfəri sıradan bir diplomatik ziyarət deyil AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər sadə ikitərəfli diplomatiya çərçivəsini çoxdan aşıb. Bu səfər həmin strateji tərəfdaşlığın ən yüksək səviyyədə bir daha təsdiq edilməsi deməkdir. Görüşlərdə vurğulandığı kimi, əlaqələr dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub. Prezident Əliyevin öz sözləri ilə desək, "Azərbaycan və Gürcüstan arasındakı münasibətlər bütün qonşular üçün nümunə ola bilər"".

Bu fikirləri Prezident İlham Əliyevin Gürcüstan səfərini Redaktor.az-a şərh edən deputat Naqif Həmzəyev bildirdi. O əlvə etdi ki, səfərin ən əhəmiyyətli iqtisadi göstəricilərindən biri ticarət dövriyyəsinin dinamikasıdır:

"Keçən il iki ölkə arasındakı ticarət həcmi 800 milyon dolları ötüb. 2025-ci ilin ilk rübündə isə artım tendensiyasının davam etdiyi bildirilir. Prezident Əliyev ilin sonuna ticarətin 1 milyard dollara çata biləcəyini proqnozlaşdırıb. Orta Dəhliz, Çindən Avropaya uzanan Transxəzər Dəhlizi məhz Azərbaycan və Gürcüstan ərazilərindən keçir. Bu coğrafi həqiqət iki ölkəni bir-birindən ayrılmaz tərəfdaşa çevirir. Görüşlərdə bu dəhlizdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Azərbaycan Prezidenti Orta Dəhlizi "əsas nəqliyyat damarı" adlandıraraq onun inkişafına əlavə səylər göstəriləcəyini bəyan edib. Səfərin diqqətçəkən ölçülərindən biri regional sülh kontekstidir. Görüşlərdə Azərbaycan-Ermənistan normallaşma prosesinin Cənubi Qafqazda sabitlik baxımından əhəmiyyəti xüsusi olaraq qeyd edilib. Prezident Əliyev sülhün yalnız sənədlər imzalamaqla deyil, ticarətin artırılması, iqtisadi əlaqələrin gücləndirilməsi ilə möhkəmləndiriləcəyini vurğulayıb. Bu prosesdə Gürcüstanın vasitəçi rol oynadığını da qeyd edib".

Deputatın sözlərinə görə, Gürcüstanın Avropaya inteqrasiya istəkləri ilə Azərbaycanın Avropa bazarlarına enerji ixracatı maraqları bir-birini tamamlayır:

"Prezident İlham Əliyevin Gürcüstana bu dövlət səfəri sıradan bir diplomatik ziyarət deyil. O, bir tərəfdən onilliklər boyu qurulmuş strateji tərəfdaşlığın yeni mərhələyə daşınmasını, digər tərəfdən isə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inteqrasiya üçün ortaq bir vizionu ifadə edir. Ticarət həcminin 1 milyard dollara doğru irəliləməsi, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və regional sülh prosesindəki birgə mövqe bütün bunlar bu səfərin həm tarixi, həm də gələcəyəyönlü mahiyyətini açıq şəkildə ortaya qoyur".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Aprel 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri