Prezident İlham Əliyevin Gürcüstana səfəri xüsusi əhəmiyyət kəsb edir
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
"Ölkələrimiz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan və Gürcüstan arasında dövlətlərarası münasibətlər bütün sahələr üzrə dinamik inkişaf tendensiyası əsasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Keçən dövr ərzində rəsmi Bakı və Tbilisi uzunmüddətli maraqlar fonunda Cənubi Qafqazın iqtisadi arxitekturasını formalaşdırmaqla regionu əhəmiyyətli enerji və ticari keçid nöqtələrindən birinə çevirmişdir. Bakı-Tblisi Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı - Tblisi - Qars kimi meqa layihələr bizləri eyni niyyət və maraqlar üzərində cəmləşdirən möhkəm dayaqlardır. Sevindirici haldır ki, bu ritorika hər keçən gün daha da möhkəmlənir və yeni təşəbbüslərlə zənginləşir. Bu mənada, cənab Prezident İlham Əliyevin Gürcüstana səfəri xüsusi əhəmiyyət kəsb edir".
Bunları Newscenter.az-a siyasi şərhçi Pərviz Mirizadə Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfərini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, qlobal və regional prosesləri göz önünə gətirdikdə ölkələrimiz yeni siyasi-iqtisadi çağırışlarla qarşı-qarşıyadır:
"Ticarət yolları üzərində kəskinləşən rəqabət, ən son olaraq İrana qarşı hərbi əməliyyatlar kontekstində Hörmüz boğazı ətrafında yaranmış qeyri-müəyyən situasiya beynəlxalq müstəvidə iqtisadi risklər yaratsa da, Azərbaycan və Gürcüstan kimi qlobal dəhliz üzərində yerləşən ölkələr üçün yeni perspektivlər vəd edir. Yəni, strateji qərarlar yaranmış riskləri fürsətə çevirməyə zəmin yaradır".
Pərviz Mirizadə deyib ki, proseslərin müəyyən təhlükəsizlik tərəfləri də mövcuddur:
"Ən əsası regionda baş verən eskalasiya təhlükəsizlik qayğılarını artırır. Hesab edirəm ki, liderlər məhz bu tip situasiyalarda birgə hərəkət etməyin vacibliyini nəzərə alaraq risklərdən sığortalanmağı hədəfləyirlər".
Süleyman
Bu mövzuda digər xəbərlər:Prezident İlham Əliyevin Qazaxıstana səfəri mühüm strateji əhəmiyyət kəsb edir
23 Oktyabr 2025 10:02
Prezident İlham Əliyevin Əbu Dabi səfəri xüsusi əhəmiyyət daşıyır POLİTOLOQ DANIŞDI
04 Fevral 2026 13:38
Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri mühüm dönüş nöqtəsidir ŞƏRH
07 Aprel 2026 12:52
İlham Əliyevin Çinə səfəri strateji baxımdan mühüm əhəmiyyət kəsb edir
22 Aprel 2025 14:58
“İlham Əliyevin Ağdərəyə səfəri mühüm əhəmiyyət daşıyır”
14 Yanvar 2026 15:11
Baxış sayı:102
Bu xəbər 06 Aprel 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















