Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri mühüm dönüş nöqtəsidir ŞƏRH

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri mühüm dönüş nöqtəsidir ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan–Gürcüstan münasibətləri Cənubi Qafqazda sabitliyin və regional əməkdaşlığın ən uğurlu nümunələrindən biri kimi inkişafını davam etdirir. Ötən əsrin 90-cı illərində hər iki ölkə bölgədəki münaqişələr və geosiyasi qeyri-müəyyənliklər fonunda əməkdaşlığı gücləndirmək, xarici bazarlara çıxışı genişləndirmək və regional sabitliyi təmin etmək məqsədilə birgə hərəkət etməyə ehtiyac hiss edirdi. Bu gün isə bu münasibətlərin artıq klassik ikitərəfli diplomatik çərçivəni aşaraq çoxölçülü strateji tərəfdaşlığa çevrildiyi açıq şəkildə görünür. Siyasi müstəvidə qarşılıqlı etimad, suverenlik və ərazi bütövlüyünə verilən güclü dəstək; iqtisadi sahədə isə artan ticarət dövriyyəsi və qarşılıqlı investisiyalar bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin dosenti, siyasi ekspert Bahar Özsoy bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfərini bu strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm dönüş nöqtəsi hesab etmək olar: “Bu səfər yalnız mövcud əməkdaşlıq istiqamətlərinin təsdiqi deyil, həm də yeni tərəfdaşlıq perspektivlərinin formalaşdırılması baxımından kritik əhəmiyyət kəsb edir.

Xüsusilə enerji və nəqliyyat layihələri kontekstində Gürcüstanın tranzit ölkə rolu ilə Azərbaycanın enerji təchizatçısı statusu bir-birini tamamlayan əsas elementlər kimi ön plana çıxır. Bu çərçivədə Bakı–Tbilisi–Ceyhan Neft Kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın karbohidrogen ehtiyatlarını Rusiya və İran xaricindəki marşrutlar vasitəsilə birbaşa dünya bazarlarına çıxarmağa imkan verib, Gürcüstana isə tranzit gəlirləri, enerji təminatında etibarlılıq və artan geostrateji əhəmiyyət qazandırıb.

Eyni zamanda, bu xəttlər Avropanın enerji təchizatının şaxələndirilməsinə töhfə verərək regional asılılıqları azaldıb və Cənubi Qafqazı qlobal enerji və ticarət şəbəkələrinin kritik bir hissəsinə çevirib.

Bu kontekstdə Gürcüstanın regional rolu yalnız enerji və nəqliyyatla məhdudlaşmır. Bu gün Azərbaycan ilə Ermənistan arasında birbaşa iqtisadi münasibətlərin olmadığı şəraitdə ticarətin Gürcüstan üzərindən həyata keçirilməsi Tbilisiyə Cənubi Qafqazdakı iqtisadi dövriyyənin fasiləsizliyini təmin edən mühüm vasitəçi rolunu verir. Bu, bir tərəfdən regional izolasiya risklərini qismən yumşaldır, digər tərəfdən isə dolayı yolla iqtisadi qarşılıqlı əlaqə kanallarını açıq saxlayaraq normallaşma prosesinə zəmin yaradan praqmatik funksiyanı yerinə yetirir.

Qarşıdakı dövrdə Azərbaycan–Gürcüstan münasibətlərinin daha da dərinləşəcəyi gözlənilir. Xüsusilə yaşıl enerji, Orta Dəhliz çərçivəsində logistika və nəqliyyat infrastrukturunun genişləndirilməsi, rəqəmsal iqtisadiyyat və üçüncü ölkələrdə birgə investisiya layihələri kimi sahələr yeni əməkdaşlıq imkanları təqdim edir. Bununla yanaşı, regional sülhün təmin edilməsi kontekstində Azərbaycan ilə Ermənistan arasındakı normallaşma prosesində Gürcüstanın oynadığı rol da diqqət çəkir.

Bu əməkdaşlıq sahələrinin genişlənməsi və gələcəkdə Ermənistanın da bu prosesə əlavə edilməsi Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasına, iqtisadi inteqrasiyanın güclənməsinə və bölgənin qlobal sistemlə daha möhkəm şəkildə inteqrasiya olunmasına töhfə verəcək. Beləliklə, iki ölkənin qurduğu bu tərəfdaşlıq modeli regionun gələcəyi baxımından müəyyənedici çərçivə təqdim etməyə davam edəcək”,- deyə Bahar Özsoy qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri