Icma.az
close
up
RU
İlham Əliyevin müsahibəsi anti Azərbaycan dairələrə ünvanlanmış mühüm mesajdır Deputat

İlham Əliyevin müsahibəsi anti Azərbaycan dairələrə ünvanlanmış mühüm mesajdır Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə”yə müsahibəsində bildirib ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk demokratik respublika idi, lakin 1920-ci ilin aprelində Rusiya ordusu ölkəni işğal etdi. O qeyd edib ki, həmin ilin noyabrında Sovet Rusiyası Qərbi Zəngəzuru Ermənistana verərək Azərbaycanı iki yerə, əsas hissə və Naxçıvana bölüb. Prezident əlavə etdi ki, Sovet dövründə sərhəd problemi olmasa da, Ermənistanın təcavüzündən sonra bu əlaqə xətti bağlanıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirdi ki, İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində 1918-1920-ci illərdə baş vermiş tarixi hadisələri xatırlatması, xüsusilə də 1920-ci ilin aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğal edilməsinə diqqət çəkməsi beynəlxalq ictimaiyyətin gerçək faktlarla tanış edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

"Anti-Azərbaycan mövqeyli qüvvələr ölkəmizin Qərbi Azərbaycanla bağlı ritorikasını əssasız şəkildə ərazi iddiaları və işğal ambisiyaları kimi təqdim etməyə çalışırlar. Bu ilk növbədə həmin dairələrə ünvanlanmış bir mesajdır. Eyni zamanda, prezident açıq şəkildə qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq cəmi 23 ay mövcud ola bildi. Bolşeviklərin yalançı şüarları, guya xalqlara azadlıq vəd etmələri əslində bir riyadan ibarət idi. Onlar Azərbaycanın müstəqilliyini tapdaladılar, dövlətçiliyimizi əlimizdən aldılar. Bu tarixi həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması həm bugünkü siyasi reallıqların, həm də Ermənistanla sülh prosesində baş verənlərin daha düzgün qiymətləndirilməsi üçün əsaslı baza yaradır".

G.Ağamalı qeyd etdi ki, müsahibə zamanı tarixi faktlardan bəhs edilməsi, Rusiyanın bu zamana qədər Cənubi Qafqazda etdiklərinin məcmusu və bu gün də davam edən imperialist cəhdlərinin əks etdirilməsi idi. 

"Dövlət başçımızın xatırlatdığı kimi, sovet Rusiyasının qərarı ilə Azərbaycanın tarixi torpağı olan Zəngəzur Ermənistana verildi və bununla da ölkəmizin coğrafi bütövlüyü pozuldu. Nəticədə Azərbaycan iki hissəyə parçalandı: əsas ərazi və Naxçıvan muxtar bölgəsi. Bu isə Azərbaycan xalqına qarşı böyük ədalətsizlik idi. Bu gün Ermənistanın Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqəni bağlaması da həmin tarixi xəyanətin və davamlı təcavüz siyasətinin nəticəsidir.

Cənab Prezident İlham Əliyevin bu məsələlərə toxunması bir daha göstərir ki, Azərbaycan dövlətinin xarici siyasət xəttində tarixi yaddaş, ədalət və haqq prinsipləri daim ön plandadır. Bizim üçün milli maraqlar, tarixi həqiqətlərin qorunması və dünya ictimaiyyətinə çatdırılması həm ideoloji, həm də strateji zərurətdir. Bu gün güclü, qalib Azərbaycanın lideri olaraq Prezident İlham Əliyev tariximizin həqiqətlərini ən yüksək tribunalardan səsləndirir və bu, həm xalqımızın qürur mənbəyidir, həm də beynəlxalq ədalətin təmin olunmasına verilən dəyərli töhfədir", - deyə millət vəkili vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Avqust 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri