Icma.az
close
up
RU
İlham Əliyevin ŞƏT sammitində iştirakı nə vəd edir?

İlham Əliyevin ŞƏT sammitində iştirakı nə vəd edir?

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirakı, həm Azərbaycanın xarici siyasəti, həm də ölkəmizin iqtisadi və nəqliyyat imkanlarının daha geniş coğrafiyada təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu fikirləri Musavat.com-da Milli Məclisin deputatı Azər Badamov səsləndirib.
O qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı bu gün dünyanın ən böyük regional əməkdaşlıq platformalarından biridir: “Təşkilat 10 üzv ölkəni birləşdirir və bu ölkələr dünya əhalisinin 40 faizindən çoxunu, dünya ərazisinin təxminən dörddə birini və qlobal iqtisadiyyatın böyük hissəsini əhatə edir. Yəni söhbət kifayət qədər böyük siyasi, iqtisadi və geoiqtisadi potensiala malik bir platformadan gedir. Azərbaycanın ŞƏT-də dialoq tərəfdaşı kimi iştirakı ölkəmiz üçün yeni əməkdaşlıq imkanları yaradır. Xüsusilə nəqliyyat, logistika, enerji, ticarət, investisiya, rəqəmsal texnologiyalar və süni intellekt kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial var. Bu gün dünyada geosiyasi gərginliklərin artması fonunda təhlükəsiz və alternativ nəqliyyat marşrutlarının əhəmiyyəti daha da artır. Azərbaycan isə əlverişli coğrafi mövqeyə və son illərdə yaradılmış güclü nəqliyyat infrastrukturuna malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib. Burada xüsusilə Orta Dəhlizi qeyd etmək lazımdır. Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut ŞƏT ölkələri üçün də böyük əhəmiyyət daşıyır. Azərbaycanın bu dəhlizin əsas həlqələrindən biri olması ölkəmizə həm tranzit daşımalarını artırmaq, həm də ŞƏT məkanındakı böyük bazarlara çıxış imkanlarını genişləndirmək üçün əlavə üstünlüklər verir”.

Deputatın sözlərinə görə, enerji sahəsində də Azərbaycanın imkanları kifayət qədər genişdir. ŞƏT məkanında dünyanın aparıcı enerji ixracatçıları ilə yanaşı, böyük enerji istehlakçıları da yerləşir: "Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər enerji infrastrukturu layihələri ölkəmizin Avropanın və regionun enerji təhlükəsizliyində rolunu əhəmiyyətli dərəcədə artırıb. Ona görə də ŞƏT platformasında Azərbaycanın enerji imkanlarının təqdim edilməsi, yeni bazarların araşdırılması və gələcək enerji əməkdaşlığının istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da bu iştirakın xüsusi əhəmiyyəti var. Digər mühüm məqam Azərbaycanın ŞƏT ölkələrinin əksəriyyəti ilə ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasıdır. Azərbaycan həmin ölkələrlə həm siyasi, həm iqtisadi, həm də enerji və nəqliyyat sahələrində əməkdaşlıq edir. ŞƏT kimi çoxtərəfli platformalar isə bu münasibətləri daha geniş formatda müzakirə etməyə və yeni layihələr üçün imkanlar yaratmağa şərait yaradır.
Səfərin regional təhlükəsizlik və sülh gündəliyi baxımından da əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Ermənistanın Baş naziri Nikol Paşinyanın da dialoq tərəfdaşı qismində sammitdə iştirakı Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məsələlərin müzakirəsi üçün əlavə diplomatik imkan yaradır. Burada sülh gündəliyinin inkişaf etdirilməsi, regional kommunikasiyaların açılması, TRIPP layihəsinin həyata keçirilməsi, enerji və nəqliyyat layihələrinin reallaşdırılması, eləcə də regionda təhlükəsizlik və iqtisadi əməkdaşlığın gücləndirilməsi kimi məsələlər xüsusi əhəmiyyət daşıyır. Bütövlükdə hesab edirəm ki, Azərbaycanın ŞƏT-də iştirakı təkcə bir sammitdə iştirakdan ibarət deyil. Bu, Azərbaycanın malik olduğu geostrateji mövqeyin, nəqliyyat və enerji imkanlarının daha geniş beynəlxalq platformalarda təqdim edilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması deməkdir”.

A.Badamov diqqətə çatdırdı ki, Azərbaycan üçün ŞƏT böyük bazarlara çıxış, investisiyaların cəlb olunması, tranzit imkanlarının artırılması və enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platformadır: “Eyni zamanda Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və enerji layihələri ŞƏT ölkələri üçün də ölkəmizi mühüm tərəfdaşa çevirir. Bu baxımdan Prezident İlham Əliyevin Bişkekdə ŞƏT zirvə toplantısında iştirakı Azərbaycanın həm regional, həm də qlobal iqtisadi və siyasi əməkdaşlıq imkanlarını genişləndirmək baxımından strateji əhəmiyyət daşıyır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Avqust 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see314

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see256

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see242

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see231

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see228

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see215

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see212

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see204

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see187

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see184

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see172

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see171

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see167

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri