Icma.az
close
up
RU
İlham Əliyevin Trampın masasındakı yeri… Fotolar

İlham Əliyevin Trampın masasındakı yeri… Fotolar

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

İlham Əliyevin son iki həftə ərzində dörd sammitdə iştirakı (hətta onların birinə ev sahibliyi edib) əsla protokol xarakterli tədbirlər silsiləsinə aid deyil. Danimarkada Avropa Siyasi Birliyinin, Qəbələdə Türk Dövlətləri Təşkilatının, Tacikistanda Müstəqil Dövlətlər Birliyinin zirvə görüşlərinin ardınca Misirdə Sülh sammitinə qatılmaqla Prezident həm özünün, həm də dövlətinin qlobal miqyasda mühüm aktor kimi qəbul edildiyini bir daha təsdiqlədi.

Prezidentin köməkçisi Hikmət Hacıyevin təbirincə desək, bu, Azərbaycanın çoxşaxəli və çoxregional siyasətinin təzahürüdür. Göründüyü kimi, İlham Əliyev Azərbaycanın qüdrətini onun coğrafi ərazi miqyası ilə deyil, qlobal platformadakı nüfuz və ehtiram miqyası ilə müəyyənləşdirib.

Hər dörd tədbirdə dünyanın siyasi və iqtisadi düzənini müəyyənləşdirən əsas dövlətlərin rəhbərləri ilə keçirilən görüşlərin, həmçinin onlarla aparılan müzakirələrin mahiyyəti İlham Əliyevin və onun şəxsində Azərbaycanın beynəlxalq məkandakı mövqeyini, nüfuzunu və verilən önəmi aydın göstərir. Daha konkret desək, Türk birliyinin mühüm təminatçısı olan, MDB-də məlum fövqəlgücün təsirlərini minimuma endirən, Avropanın siyasi birliyinin perspektivi üçün “yeni dövlətlər”lə hesablaşmağın əsas şərt olduğunu qəbul etdirən İlham Əliyev indi də Yaxın Şərqin gələcək konfiqurasiyasının müəyyənləşməsində iştiraka çağırılıb.  

Haqlı olaraq “niyə məhz İlham Əliyev?” sualı doğur və cavabların da geniş bir silsiləsi yaranır…

Öncə vurğulayaq ki, “Sülh sammiti” dünya gündəminin əsas müzakirə mövzusudur və yeni dünya düzəninin necə formalaşacağı bu tədbirdə əldə olunan qərarlardan çox asılı olacaq. Hamını sammitin məqsədindən daha çox nəticələri maraqlandırır ki, bu barədə indi danışmaq çox tezdir. Əsas məsələ dini zəmində üçə bölünən dünyanın real güclərinin - İslam dünyasının, xristian aləminin və yəhudi icmasının bir masa ətrafında Yaxın Şərqin timsalında ümumi problemlərdən çıxış yollarını aramaları idi ki, bu da baş verdi.

İlham Əliyevin Sülh sammitinə ABŞ və Misir prezidentlərinin dəvəti əsasında Ermənistanın Baş naziri ilə birgə dəvət olunmasında avqust ayında paraflanan sülh sazişinin xüsusi rolu var. Nəzərə alaq ki, 200 illik münaqişənin və 30 illik savaşın bitmə prosesində İlham Əliyev sadəcə iki tərəfdən biri deyil.

O, sülhün tək memarıdır. Savaş meydanında qazandığı Zəfəri danışıqlar masasında zorla qəbul etdirmək imkanından və hüququndan imtina edərək ədalətli sülh çağırışı ilə 5 ilə yaxın diplomatik mücadilə verən və iki ay öncə prosesin sondan əvvəlki mərhələsini Ağ Evdə yekunlaşdıran Prezident beynəlxalq miyqasda da “ədalətli savaş və ədalətli sülh” konsepsiyasının müəllifi kimi qəbul olunur.

İlham Əliyevin çətin savaşdan gecikmiş sülhə keçidin təminatçısı kimi mükəmməl təcrübəsinə İsrail-Fələstin münaqişəsinin bitməsində və Yaxın Şərqin onilliklərdir həsrətində olduğu sülhə qovuşmasında istinad oluna bilər. Bu baxımdan Nikol Paşinyanın dəvətinin formal, İlham Əliyevin dəvətinin isə real zəmində səciyyələnməsi tam doğrudur.

Digər tərəfdən, Azərbaycan Qəzza problemində birbaşa iştirakçı və müşahidəçi olan, ancaq bir-biri ilə savaş və ziddiyyət aparan bütün tərəflərlə sağlam münasibət, etibarlı tərəfdaşlıq və inam yaradıb. İlham Əliyevin İsrail, Fələstin, ABŞ, ərəb ölkələrinin rəhbərləri ilə birmənalı dostluğu, sınaqdan çıxmış münasibətləri var.

Biri-birlərinə düşmən olan, ən yaxşı halda şübhə ilə baxan bütün tərəflər İlham Əliyevə əsl dost kimi yanaşırlar. İlham Əliyev Yaxın Şərqdə bütün düşmənlərin ortaq dostudur.

İsraillə ABŞ-dən sonra ən yaxın strateji tərəfdaş olan Azərbaycan həm də Fələstinə maddi, siyasi, diplomatik dəstəyini bütün platformalarda bəyan edir və onun müstəqil dövlət qurmaq tələbinin ən fəal dəstəkçilərindəndir. Türkiyə-İsrail münasibətlərinin normallaşmasında əsas faktorlardan olan rəsmi Bakı İsrail-Suriya əməkdaşlığının qurulmasını da təmin edən ilk ünvan oldu. Ölkəmiz həmçinin bölgənin qanlı münaqişə ocağı olan Suriyada enerji təchizatçısı olmaqla yanaşı, burada davamlı sülhün və inkişafın təminində vacib missiya daşıyır. Körfəz ölkələri, ərəb dünyası İlham Əliyevə tam güvənir, onun təşəbbüslərinə birmənalı dəstək verir.

Yəni Azərbaycanın postsavaş dövründə bölgədəki iqtisadi, siyasi, diplomatik gedişatda fəal rol oynaması nəzərdə tutulur.

Digər mühüm məqam isə ABŞ-nin qlobal və regional gündəliyinin reallaşmasında İlham Əliyevin və Azərbaycanın əsas aktorlar sırasında qəbul olunmasıdır. Nəzərə alaq ki, ABŞ Prezidenti yeni dünya düzənini formalaşdırmaq strategiyasında azərbaycanlı həmkarını, hətta birbaşa aid olmadığı regional müzakirələrdə də fəal iştiraka çağırır.

Trampın qurduğu masalarda İlham Əliyev yalnız fəxri qonaqlar sırasında oturmur, artıq taktiki addımların və strateji hədəflərin müəyynələşməsində mövqe sahibi kimi dinlənilir.

Qəzza üçün razılaşdırılan sülhün müəllifi, daha doğrusu, Yaxın Şərqin gələcək düzəninin qurucusu D.Tramp sahibi olduğu tədbirdə son iki ayda barəsində onlarla yüksək dəyərləndirmə mesajı verdiyi İlham Əliyevin də iştirakını məhz bu kontekstdə vacib sayıb. Burada bir zəruri xatırlatma edək ki, bu, ilk dəvət deyil. Hələ 8 il öncə – v ayında D.Tramp ilk prezidentliyi dövründə Ərəb-İslam dünyası ilə tanışlığına həsr olunan Ər-Riyad sammitinə də İlham Əliyevi dəvət etmişdi.

Azərbaycan Prezidentinin indi də Yaxın Şərqin gələcəyinin müəyyənləşməsində iştirakı yalnız ona olan hörmətdən irəli gəlmir və əsla simvolik məna daşımır. Burada daha dərin və həssas məqamlar var. İsrailin ən yaxın tərəfdaşı olan ABŞ ərəb, daha geniş anlamda isə İslam dünyasına öz planlarını, təkliflərini, niyyətlərini çatdırmaq və özünə inam yaratmaq üçün İlham Əliyevin müsəlman ölkələrindəki nüfuzundan bəhrələnmək istəyir.

ABŞ Prezidentinin perspektiv planlarının miqyası çox genişdir və onlar İslam dünyasını bütünlüklə əhatə edir. D.Tramp müsəlman aləmində qəbul olunmaq və itirilmiş etimadı bərpa etmək məqsədilə İlham Əliyev kimi liderləri etibarlı zəmanət kimi görür.

Azərbaycan Prezidentinin illər boyudur həyata keçirdiyi müsəlman-xristian-yəhudi sivilizasiyaları arasında yeni əməkdaşlıq formatı təsis etmək, icmalar arasında etimad mühitini yaratmaq, dini terrorizmə qarşı daha effektiv mübarizə aparmaq barədə fəaliyyət strategiyası artıq beynəlxalq platformanın əsas proqramlarından biri kimi qəbul olunur.

İlham Əliyev Sülh Sammitinə bu təcrübə ilə, bu sadə təkliflə, öz örnəyi ilə getmişdi...

Tarix isə sübut edir ki, real nəticələr sammitlərlə, çıxışlarla, çağırışlarla yox, məhz konkret fəaliyyətlə, mükəmməl nümunələrlə əldə olunur...

İlham Əliyevin həmişə etdiyi kimi…

Əməkdar jurnalist İxtiyar Hüseynli,

Xüsusi olaraq “Qafqazinfo” üçün

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri