Icma.az
close
up
RU
İlham Əliyevin Vaşinqtondan sonra Türkmənistana səfəri TƏSADÜFİ DEYİLDİ

İlham Əliyevin Vaşinqtondan sonra Türkmənistana səfəri TƏSADÜFİ DEYİLDİ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və Ermənistan arasında 8 avqustda Vaşinqtonda imzalanmış bəyannaməsi və Zəngəzur dəhlizi üzrə razılaşma regionda yeni perspektivlər açıb.

Modern.az-ın məlumatına görə, Hudson İnstitutunun baş elmi əməkdaşı Lyuk Koffi hesab edir ki, məhz indi Transxəzər qaz kəmərinin reallaşdırılması üçün ən əlverişli zamandır.

"Eurasia Review" portalında dərc olunan məqaləsində Koffi yazır ki, Azərbaycanın Prezidenti İlham Əliyevin Turkmənbaşı şəhərinə səfəri və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdımuhammedovla görüşü təsadüfi deyil.

Onun sözlərinə görə, görüşdə tranzit və enerji əməkdaşlığı, həmçinin uzun illər müzakirə edilən Transxəzər qaz kəməri məsələsi gündəmdə olub.

Ekspert xatırladır ki, layihə 1990-cı illərdən gündəmdədir, lakin indiyədək geosiyasi maneələrə görə gerçəkləşməyib. Rusiya və İran ekoloji bəhanələrlə, yaxud Xəzərin hüquqi statusunu əsas gətirərək layihəni əngəlləməyə çalışıblar. Əslində isə, Koffinin fikrincə, onların əsas qorxusu enerji bazarında pay və təsir itkisi olub.

Koffi qeyd edir ki, hazırda Moskva Ukrayna müharibəsi ilə, Tehran isə daxili böhran və beynəlxalq təcridlə məşğuldur. Ona görə də hər iki tərəfin layihəni dayandırmağa nə resursu, nə də marağı qalıb.

“Avropanın rus qazından imtina etdiyi bir vaxtda Transxəzər kəməri Brüssel üçün həyati alternativdir. Azərbaycan bu layihəni gizli şəkildə təşviq edir, çünki o, ölkəni əsas enerji mərkəzinə çevirəcək və Cənub Qaz Dəhlizini tamamlayacaq. Turkmənistan isə əsasən Çinə satdığı qaz ixracını diversifikasiya etmək məcburiyyətindədir”, – deyə amerikalı ekspert yazır.

Koffi, həmçinin ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanmış sülh sazişindən sonra yaranmış diplomatik impulsu vurğulayır. Onun fikrincə, Vaşinqton bu fürsətdən istifadə etməli və Bakı ilə Aşqabadı Transxəzər layihəsi üzrə konkret plan hazırlamağa sövq etməlidir.

O xatırladır ki, 1990-cı illərdə Bill Klintonun dəstəyi ilə reallaşan Bakı-Tbilisi-Ceyhan layihəsi regionda sabitlik və Qərblə iqtisadi inteqrasiyanı gücləndirdi. Tramp da oxşar addım ataraq, Avropanın enerji təhlükəsizliyinə, ABŞ şirkətlərinin bazara çıxışına və regional sabitliyə töhfə verə bilər.

“Bu, bəlkə də 1990-cı illərdən bəri ən real şansdır. Əgər Transxəzər kəməri inşa olunsa, Avropanın enerji təhlükəsizliyi təmin ediləcək, Türkmənistan yeni gəlir mənbəyi qazanacaq, Azərbaycan isə Cənubi Qafqazın əsas enerji körpüsünə çevriləcək”, - o bildirib.

Elnur Əmirov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Sentyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri