Icma.az
close
up
RU
“AZƏRBAYCAN Aİ MÜNASİBƏTLƏRİ BƏRPA OLUNUR” “İlham Əliyevin 9 may paradında iştirak etməməsi təsadüfi deyildi”

“AZƏRBAYCAN Aİ MÜNASİBƏTLƏRİ BƏRPA OLUNUR” “İlham Əliyevin 9 may paradında iştirak etməməsi təsadüfi deyildi”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan xarici siyasətdə yeni bir mərhələyə qədəm qoyub və bu mərhələnin əsas xüsusiyyəti ölkənin daha proaktiv, təşəbbüskar mövqe tutmasıdır”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Azərbaycan - Qərb münasibətlərinin mövcud durumunu şərh edərkən bildirib.

“Azərbaycanın çoxqatlı geosiyasi kimliyi var”, – deyə o əlavə edib. O, xatırlaıb ki, ölkəmiz eyni vaxtda bir neçə siyasi-coğrafi məkanın – Avropanın, Yaxın Şərqin, Mərkəzi Asiyanın, Türk dünyasının, İslam aləminin və MDB məkanının bir hissəsidir. Politoloq vurğulayıb ki, bu məkanda baş verən istənilən siyasi hadisə Azərbaycana da təsir göstərir və rəsmi Bakı buna cavab vermək məcburiyyətində qalır.

Fərhad Məmmədov qeyd edib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri Azərbaycanın geosiyasi mövqeyini tamamilə dəyişib. Onun fikrincə, “Ərazi bütövlüyünün və suverenliyin tam bərpası Azərbaycanın təşəbbüskar siyasət yürütməsinə şərait yaratdı. Bakı artıq tam boy göstərməyə başlayıb”.

Politoloq bu kontekstdə Prezident İlham Əliyevin rolunu xüsusi qeyd edib: “Bu mərhələdə xüsusi rolu Prezident İlham Əliyev oynayır. Məhz onun şəxsi nüfuzu və liderliyi Azərbaycanın proaktiv siyasətinə zəmin yaradır”.

“Təzyiqlərə baxmayaraq Bakı irəli gedir”

Ekspert vurğulayıb ki, Azərbaycanın xarici siyasətdəki çevikliyi və prinsipiallığı bəzi qüvvələrin təzyiqləri ilə qarşılaşsa da, bu, ölkənin dayanıqlı və ağıllı diplomatik yanaşması ilə balanslaşdırılır: “Prezident İlham Əliyevə və Azərbaycana qarşı təzyiq kampaniyaları həyata keçirilib və davam edir. Bəzən bu kampaniyalar açıq-aşkar şantaj xarakteri daşıyır. Amma səbir, prinsipiallıq, düzgün diplomatik pauzalar və ardıcıl siyasət bütün maneələri aradan qaldırmağa imkan verir”, – deyə o əlavə edib.

Avropa ilə münasibətlərdə yeni səhifə

Fərhad Məmmədov qeyd edib ki, Albaniyada keçirilən Avropa Siyasi Birliyinin sammiti Azərbaycanın Aİ ilə münasibətlərində dönüş nöqtəsinə çevrilib. Onun fikrincə, “Azərbaycanla bəzi Avropa İttifaqı ölkələri, xüsusilə Fransa, Niderland və Lüksemburq arasında münasibətlər son vaxtlar gərginləşmişdi. Bu təşəbbüs Avropadan gəlirdi, Bakı sadəcə olaraq cavab verirdi”.

O əlavə edib ki, Aİ-nin ali nümayəndəsi Kaja Kallasın Bakıya səfəri və Albaniyada Prezident İlham Əliyevin Ursula fon der Lyayenlə görüşü münasibətlərin bərpa olunmasından xəbər verir: “Bu o deməkdir ki, Azərbaycan - Avropa İttifaqı münasibətləri tədricən bərpa olunur və onların dərinləşməsi üçün real perspektivlər yaranır”.

“Avropa Şurası Azərbaycanı itirmək istəmir”

Fərhad Məmmədovun fikrincə, Avropa Şurasının strukturları, xüsusilə bürokratik təbəqələr, Azərbaycanla münasibətlərin tamamilə pozulmasında maraqlı deyillər. “İlham Əliyevin Avropa Şurası rəhbərliyi ilə görüşü göstərdi ki, bu institutlar Azərbaycanla münasibətlərin deqradasiyasını dayandırmağa çalışır. Bu baxımdan PASE deputat korpusu ilə Avropa Şurasının digər institutları arasında fərq var”, – deyə o qeyd edib.

May ayı: aktiv diplomatiya dövrü

Politoloq bildirib ki, may ayı Azərbaycanın xarici siyasətində xüsusilə məhsuldar olub. O, bir neçə əsas məqamı vurğulayıb:

- “Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq daha yüksək səviyyəyə qalxdı”;

- “Avropa İttifaqı və İranla münasibətlər yenidən işə salındı”;

- “Bakıda Türkiyə-İsrail və Suriya-İsrail təmaslarının təşkili ABŞ maraqlarına xidmət edir”;

- “Pakistanın Hindistanla sərhəddəki eskalasiyada uğur qazanması Azərbaycan üçün də diqqətəlayiqdir”;

- “Vyetnam Kommunist Partiyasının baş katibinin Bakıya səfəri isə Azərbaycanın Cənub-Şərqi Asiyaya açılma strategiyasının başlanğıcı sayıla bilər”.

Rusiya və 9 may paradı: Bakı nə mesaj verdi?

Fərhad Məmmədov Azərbaycanın Rusiya ilə münasibətlərinə də toxunub. O hesab edir ki, Prezident İlham Əliyevin 9 may Qələbə Paradında iştirak etməməsi təsadüfi deyil və bu, ölkənin prinsipial mövqeyindən qaynaqlanır. “Burada yenə də Azərbaycanın prinsipiallığı, səbirli olması və doğru zamanlama bacarığı özünü göstərir”, – deyə politoloq vurğulayıb.

Fərhad Məmmədov sonda qeyd edib ki, Azərbaycanın xarici siyasəti çevik, çoxvektorlu və milli maraqlara əsaslanan bir xətt üzrə inkişaf edir. Bu siyasət ölkənin qlobal güc balansında getdikcə daha mühüm oyunçuya çevrilməsinə imkan yaradır.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 May 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri