Icma.az
close
up
RU
İlham Namiq Kamal: Yeni mədəni strategiya gənc nəsillərin yaradıcılıq potensialını artıracaq

İlham Namiq Kamal: Yeni mədəni strategiya gənc nəsillərin yaradıcılıq potensialını artıracaq

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan Mədəniyyəti – 2040” uzunmüddətli strategiyası ölkənin mədəni irsinin qorunması və müasirləşdirilməsi baxımından yeni mərhələnin başlanğıcını qoyur.

Bu sənəd yalnız mədəniyyət sektorunun idarəetmə mexanizmlərini deyil, həm də sənətkarlıq, teatr, musiqi, kino, incəsənət təhsili və mədəni turizm kimi sahələrdə sistemli dəyişiklikləri özündə ehtiva edir.

Strategiyanın əsas məqsədi mədəniyyətin ictimai həyatdakı rolunu gücləndirmək, gənc nəsillərin yaradıcılıq potensialını stimullaşdırmaq və ölkənin beynəlxalq mədəni nüfuzunu artırmaqdır.

Eyni zamanda, bu strategiya mədəni irsin qorunması və innovativ yanaşmaların tətbiqi baxımından prioritet sahələrdə struktur dəyişikliklərinin reallaşmasına zəmin yaradır.

Azərbaycan mədəniyyətinə qayğı hansı səviyyədədir? Konsepsiya mədəniyyət sektorunda hansı əsas dəyişiklikləri sürətləndirə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Xalq artisti İlham Namiq Kamal deyib ki, mədəniyyət sahəsinə dövlət qayğısı uzunmüddətli xarakter daşıyır və bu siyasət həm ulu öndərimizin, həm də möhtərəm Prezidentimizin rəhbərliyi dövründə davam etdirilir: 

"Ölkəmizdəki teatr binalarının yüksək səviyyədə təmiri və abadlaşdırılması, aktyorlara illik mükafatların verilməsi, həmçinin görkəmli sənətkarlara Prezident təqaüdlərinin ayrılması mədəniyyətə göstərilən diqqətin praktik ifadələridir. Məsələn, İrəvan teatrının binası son dövrlərdə sanki yenidən tikilmiş kimi təqdim olunub ki, bu da mədəni irsin qorunması və modernləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir".

Onun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş uzunmüddətli mədəni strategiya mədəniyyət sektorunda sistemli və davamlı inkişafı təmin etmək məqsədini güdür:

"Bu Konsepsiya çərçivəsində teatr, kino, musiqi və digər sahələrdə innovativ layihələrin təşviqi, gənc nəslin mədəniyyətə marağının artırılması və mədəniyyət sektorunda idarəetmənin optimallaşdırılması kimi əsas dəyişikliklərin sürətləndirilməsi nəzərdə tutulur. Beləliklə, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ölkəmizdə mədəni inkişafın davamlılığını təmin edəcək, mədəniyyətin müxtəlif sahələrində keyfiyyət dəyişikliklərini sürətləndirəcək və dövlətin mədəniyyət siyasətinin elmi əsaslarla formalaşdırılmasına xidmət edəcək".

Xalq artisti əlavə edib ki, mədəniyyət sektorunda strateji dəyişikliklərin tətbiqi ilə bağlı yaxın zamanda yığıncaq keçiriləcək və “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının konkret bəndləri təqdim olunacaq.

O qeyd edib ki, hələlik sənədin detalları barədə konkret nəsə demək çətindir,  lakin vurğulayıb ki, bütün dəyişikliklər mədəniyyətin inkişafı və sənətkarlara dəstək baxımından müsbət nəticələr verəcək. Aktyor eyni zamanda bildirib ki, strategiyanın icrası ölkədə yaradıcı sahələrin stimullaşdırılmasına, regional mədəni mərkəzlərin gücləndirilməsinə və gənc istedadların önə çıxarılmasına şərait yaradacaq.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri