Icma.az
close
up
RU
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində Video Fotolar

İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində Video Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda gənc rəssam Kəmalə Cəfərovanın “L'Arte di Vivere” (“Yaşamaq da sənətdir”) adlı fərdi sərgisi təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, sərgi ziyarətçilərə estetik italyan üslubunda çəkilən rəsmlərlə tanış olmaq imkanı yaradıb. 

Londonda təhsil alan və hazırda yaradıcılığını Moskvadakı emalatxanasında davam etdirən Kəmalə Cəfərovanın sözlərinə görə, bu sərgidəki kolleksiyanın əsas mesajı hər bir problemin keçib getdiyini və həyata olan sevginin heç vaxt itməməli olduğunu unutmamaqdan ibarətdir. 

Beş yaşından rəsm çəkən K.Cəfərovanın təsvir etdiyi obrazlarda qocalıq həyatın son mərhələsi deyil, əksinə yaşamın ən dolğun, ən rəngli və ən sərbəst dönəmi kimi təqdim edilir.

Kəmalənin təsvir etdiyi qəhrəmanlar qocalmır, onlar rəqs edir, çimərlikdə günəşlənir, həyatdan zövq almağa davam edirlər. Gənc rəssamın fəlsəfəsinə görə, yaş insanın rənglərini solğunlaşdırmır, əksinə onları daha da dolğunlaşdırır.

Əsərlərində niyə məhz yaşlı insanlara üstünlük verdiyinə gəldikdə isə Kəmalə Cəfərova bildirib ki, rəsmini çəkdiyi hər bir şəxs üzərində keçmişdə yaşanmış bir ömür daşıyır, bu isə özlüyündə bir hekayədir: “Buna görə də mənim bütün qəhrəmanlarım artıq özlərində yaşanmış ömürlərini, hekayələrini, öz süjet xətlərini zərrə-zərrə əks etdirirlər”.

Kəmalənin yaratdığı obrazlardan biri də onun babası - tanınmış iş adamı, professor İlham Rəhimovdur. Oğulları ilə birgə sərgiyə qatılan və nəvəsinin rəsmi barədə danışan İ.Rəhimov bildirib ki, Kəmalə gələcəkdə insanları necə görürsə, o cür də kətan üzərinə köçürüb, insanların daxili dünyasını işıqlandırıb.

Onun sözlərinə görə, Kəmalənin rəsmlərinin hər birində bir fəlsəfi yanaşma, baxış mövcuddur. Professor həmçinin nəvəsinin onun barəsində çəkdiyi rəsmi aldığını da diqqətə çatdırıb.

Rəssamın anası Sevinc Rəhimova isə rəsm çəkməyin qızı üçün bir meditasiya olduğunu, əsərlərinin parlaqlıq və rəngarəngliklə diqqət çəkdiyini vurğulayıb.

Sərginin təşkili ilə bağlı təbriklərini çatdıran “Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhi Əliyeva isə gənc rəssamın bacarıqlarından bəhs edib və onun ilk sərgisinin hələ 6 yaşında olarkən baş tutduğunu bildirib: “Kəmalə 18 il sonra Azərbaycanda belə bir gözəl sərgi təşkil etdi. O, yaşlı insanları çox gözəl əhval-ruhiyyədə, rəngarəng çəkib. Görün onun daxili nə qədər gözəldir, necə zəngin bir övladdır. Mən çox sevinirəm ki, Kəmalə öz üzərində dayanmadan çalışdı və bu səviyyəyə gəlib çıxdı. Ümid edirəm ki, gələcəkdə onun səsi nəinki Azərbaycandan, xarici dövlətlərdən gələcək”.

Rəssam növbəti mərhələdə rəsmlərinin yarmarkalarda sərgilənəcəyini, gələcəkdə daha böyük auditoriyaya çata biləcəyinə ümid etdiyini söyləyib.

Günel İbrahimova

Fotolar/Video - Xəyal Vəlizadə

















Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Sentyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri