İlham Rəhimov, Qod Nisanov və Zarax İliyev “Samolyot”dan vaxtında tullandı...
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın ən iri tikinti şirkətlərindən biri olan “Samolyot” qrupu ciddi borc böhranı ilə üzləşərək hökumətdən 48–50 milyard rubl məbləğində güzəştli kredit istəməyə məcbur qalıb.
Globalinfo.az xəbər verir ki, bu məlumat investorlar arasında narahatlıq yaradıb və şirkətin səhmləri bir neçə gün ərzində təxminən 7 faiz ucuzlaşıb.
Şirkətin maliyyə çətinlikləri güzəştli ipoteka proqramının dayandırılması və kreditlərin bahalaşması fonunda dərinləşib. Yüksək faizlər borc yükünü artırıb, mənzil satışları isə azalıb. Nəticədə “Samolyot” əvvəlki sürətli böyümə modelini davam etdirə bilməyərək hökumətə müraciət edib.
Xatırladaq ki, 2021-ci ildə azərbaycanlı milyarderlər İlham Rəhimov, Qod Nisanov və Zarax İliyev şirkətin 10 faiz səhmini almışdı. Lakin onlar 2024-cü ildə paylarını tam sataraq layihədən çıxıblar. Mövcud vəziyyət fonunda bu addım risklərdən vaxtında yayınma kimi qiymətləndirilir.
Ekspertlər hesab edir ki, “Samolyot”un aqressiv kreditləşmə və sürətli genişlənməyə əsaslanan strategiyası bahalı maliyyə resursları və zəifləyən tələbat şəraitində dayanıqsız olub. Şirkətin hekayəsi Rusiyada tikinti sektorunun dövlət dəstəyindən getdikcə daha çox asılı hala gəldiyini göstərir.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 05 Fevral 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















