İlham Yadullayev: “Rəqibin hər futbolçusu sanki iki nəfərin əvəzinə qaçırdı”
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Səbail"in müdafiə və hücum xəttində keyfiyyətli futbolçularının olduğunu bilirdik". Bu sözləri Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.
47 yaşlı mütəxəssis komandasının Birinci Liqanın 8-ci turunda "Səbail" ilə heç-heçə etdiyi oyunla bağlı fikirlərini bölüşüb:
"Hər qarşılaşmada 3 xal qazanmağı hədəfləsək də, çempionluğa oynayan belə komandalara qarşı əldə edilən 1 xalı da qənaətbəxş hesab edirik. Əlbəttə, meydana qələbə üçün çıxmışdıq, amma belə rəqiblərlə görüşlərdə hər xalın əhəmiyyəti var. Hər iki komandanın qələbə qazanmaq üçün şansları oldu. İkinci hissədə rəqib azlıqda qalsa da, daha da aqressivləşdi və təzyiqi davam etdirdi. Say azlığına baxmayaraq, sona qədər mübarizə apardılar. Rəqibin hər futbolçusu sanki iki nəfərin əvəzinə qaçırdı. Biz də öz növbəmizdə yaxşı mübarizə apardıq və qalib gəlmək üçün çalışdıq. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Bu qarşılaşmanı unudub növbəti oyunlara hazırlaşmalıyıq".
Qeyd edək ki, MOİK - "Səbail" matçı qolsuz başa çatıb. 8 turdan sonra "Səbail" 13 xalla turnir cədvəlinin 5-ci, aktivində 15 xal olan MOİK isə 4-cü pilləsində qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 20 Noyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















