Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

İlhamə Abdullayeva Abşeron təhsilini “Vosmoy” bazarına çevirib Pul yığmaq, yeyinti, obyektlər...

İlhamə Abdullayeva Abşeron təhsilini “Vosmoy” bazarına çevirib Pul yığmaq, yeyinti, obyektlər...

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Abşeron təhsili ölkənin ən böyük bazarına çevrilib. Hər il rayonun müxtəlif məktəblərində pul yığılması haqda xəbərlər gəlir. Bu dəfə Xırdalanın 5 saylı məktəbində Müəllimlər Günü ilə bağlı hər valideyndən 30 manat tələb olunur. Anxeber.az yazır ki, bu barədə səs yazısı yayılıb. 

Səs yazısını “Xəzər Xəbər”in vatsap qaynar xəttinə göndərən şikayətçi iddia edir ki, sözügedən məktəbdə müəllimlər üçün ayrı, gül almaq üçün ayrı, hələ fond pulu adı altında 5 manat da əlavə yığılır. Bəzi şagird və valideynlər pul yığılmasını təsdiqləyiblər.

Bəzi valideynlər müəllimlərdən xəbərsiz, könüllü pul yığdıqlarını, bəziləri isə ümumiyyətlə pul yığmaqdan söhbətin belə getmədiyini dedilər.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, Xırdalanda yerləşən 5 saylı tam orta məktəbdə valideynlərdən pul yığılması ilə bağlı iddialar araşdırılır. Amma nəyi araşdırdıqları məlum deyil. Sadəcə, belə xəbərlər yayılanda məktəbdə pul yığılması müvəqqəti dayandırılır. Bütün hallarda Abşeron-Xızı Regional Təhsil İdarəsinin fəaliyyətini ortaya qoyan mənzərədir. Faktdır ki, idarə rəhbəri İlhamə Abdullayeva təhsil ocaqlarına ya nəzarət edə bilmir, ya da yığılan vəsaitlərdə özünün marağı var. Əks halda, Abşeron məktəblərində olan, rüsvayçılıqlar barədə tez-tez şikayətlər olmazdı. İlhamə Abdullayeva Abşeron təhsilinin başına gələndən rayon təhsilinin başına iş gəlib. Yəni başa bəla gəlib. Nəticədə rayonun təhsil müəssisələri Abşeron ticarət mərkəzinin yanında yalan olub. Bu da məhz regional təhsil idarəsinin fəaliyyətindən qaynaqlanır. Çünki ilk dəfə belə fakt üzə çıxmır, dəfələrlə olub.

Məsələn, təxminən 10 gün əvvəl Xırdalanın 7 saylı məktəbində pul yığılması xəbərləri yayılmışdı.

Valideynlər onlara məcburi şəkil satılmasından narazılıq etmişdilər. Belə ki, Bilik Günü ilə bağlı tədbirdə şagirdlərin şəkilləri çəkilib və məktəbin direktor əvəzi Yeganə Paşayeva sinif rəhbərləri vasitəsilə valideynlərə bildirib ki, hər biri dörd şəkil almalıdır.

“Hər valideyn üçün bu, 12 manat təşkil edir. Məktəbdə 1-ci siniflərin sayı yeddidir. Bu siniflərdə ümumilikdə 200-dən çox şagird təhsil alır. Əgər hər bir şagird bu ödənişi etməli olarsa, bu, 2400 AZN deməkdir. Hansı ki, 1 fotonun çap olunması cəmi 30-40 qəpikdir”, – deyə valideyn şikayətlənib.

Yəni İlhamə Abdullayeva şərait yaratmasaydı, belə rəzil vəziyyət olmazdı.

Başqa bir fakt - Abşeron rayonu, Xırdalan şəhəri, 9 nömrəli tam orta məktəbdə valideynlərdən pul yığıldığı iddia olunur. “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən valideynlər bu təhsil ocağında dərslər başlamamış təmir pulu yığımından təngə gəldiklərini iddia etmişdilər. 

Məlumata görə, 9 nömrəli tam orta məktəbin Valideyn komitəsinin sədri vəzifəsini icra edən Aygül adlı xanım bununla bağlı sosial şəbəkədə yaradılan qrupda valideynlərə pulu karta və ya nağd şəkildə təqdim etmələrini istəyir. 

Bir sözlə, Abşeron təhsili bazara çevrilib və sahibi də İlhamə Abdullayevadır...

Nəticədə bu təhsil bazarı onu varlandırıb. Abdullayevanın biznesinin olduğu da bildirilir. Bu haqda mətbuatda məlumatlar var. İlhamə Abdullayeva təhsili bazara çevirdiyi üçün övladına dəbdəbəli toy edib. Həmin zaman toy Bakının ən elit şadlıq saraylarından biri olan “lite Event Hall”da baş tutub. Üstəlik, idarə müdirinin İsveçrəyə getdiyi və oradan övladı üçün cehiz aldığı da məlumatlar sırasında idi.

Bundan başqa, Xırdalan şəhərindəki “Kristal -1” yaşayış kompleksində İlhamə Abdullayevanın şəxsi gözəllik salonu fəaliyyət göstərir.

Bu da faktdır ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2025-ci il üzrə iş planına uyğun olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb.

Aparılan yoxlamalar zamanı bəzi təhsil müəssisələrində dərnək və dərsdənkənar məşğələlərin təşkilində, dərslərin əvəzolunması ilə bağlı əməkhaqqının ödənilməsində, qruplarda komplektləşdirmənin aparılmasında, ştatların müəyyən olunmuş normalara uyğun saxlanılmasında, eləcə də qida təchizatında nöqsanlar aşkar edilib.

Bununla yanaşı, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə aparılan nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntuları və digər nöqsanlara görə 33 təhsil müəssisəsinin rəhbəri tutduğu vəzifədən azad olunub.

Bundan əlavə, İlhamə Abdullayeva, Bakı şəhərindəki məktəblərdə direktor vəzifəsində çalışan yaxın qohumları Arifə Balakişiyevanı Xırdalan şəhəri 1 saylı orta məktəbə, Gülnaz Kərimovanı Xırdalan şəhəri 2 saylı orta məktəbə direktor vəzifəsinə yerdəyişmə edib. Sevinc Allahverdiyevanı (Arifə Balakişiyevanın doğma bacısı) da Sumqayıt şəhəri 36 saylı orta məktəbə direktor əvəzi təyin edib. Bütün bu faktlar onun işdən azad olunmasını zəruri edir. 

AnXeber.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri