Icma.az
close
up
RU
Qərb Gürcüstanı xəyanət bazarına çevirib

Qərb Gürcüstanı xəyanət bazarına çevirib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

QHT-lərə ayrılan pulun çoxu “agentlər”i ələ almağa, sabitliyi pozmağa xidmət edir

“Biz Gürcüstan hökumətinin hərəkətlərindən ciddi şəkildə narahatıq”. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib. Onun sözlərinə görə, bu səbəbdən ABŞ Gürcüstana müəyyən sanksiyalar tətbiq edib, yardımı və strateji əlaqələri dayandırıb: “Gürcüstan hökumətinin öz əhalisinə təzyiq göstərməsi və tutduqları demokratik, Avro-Atlantik inteqrasiya yolundan yayınması kimi hərəkətləri hələ də bizi ciddi narahat edir. Ona görə də Gürcüstan hökumətinin üzvlərinə qarşı yeni sanksiyalar tətbiq etdik, yardımı və onlarla strateji əlaqələrimizi dayandırdıq”. 
ABŞ konqresmeni Co Vilson isə qeyd edib ki, Gürcüstan “təcavüzkarlar oxunun – Çin Kommunist Partiyası, İran rejimi və hərbi cinayətkar Vladimir Putinin müdaxilə cəhdlərinə” baxmayaraq, ABŞ-nin etibarlı tərəfdaşı olaraq qalır. Amerikalı siyasətçi xatırladıb ki, gürcü hərbçiləri “Əfqanıstanda amerikalılarla çiyin-çiyinə döyüşüb, lakin indi Gürcüstan təhlükə ilə üz-üzədir”.
Bununla Vaşinqton Gürcüstanın siyasi həyatında baş verən proseslərdən razı qalmadığını açıq-aydın nümayiş etdirir. Avropa İttifaqı (Aİ) da eyni mövqe sərgiləyir. Aİ-nin genişlənməsi üzrə komissarı Marta Kos bildirib ki, bu qurum artıq Gürcüstan hökumətinə 100 milyon avronun ayrılmasını dayandırıb. Onun sözlərinə görə, bu məbləğin 8,5 milyon avrosu artıq vətəndaş cəmiyyətinin gücləndirilməsinə yönəldilib, eyni məqsədlə əlavə 7,5 milyon avronun ayrılması da nəzərdə tutulur. Kos yanvarın 14-də Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasında deyib: “Avropa Komissiyası artıq 100 milyon avrodan artıq maliyyələşməni dayandırıb. Bu vəsait Gürcüstan hökuməti üçün faydalı ola bilərdi. Biz bu vəsaitlərin təyinatını dəyişdirməyi düşünürük. Eyni zamanda vətəndaş cəmiyyəti təşkilatlarına və müstəqil mediaya dəstəyimizi davam etdiririk. Onlar üçün artıq 8,5 milyon avro ayrılıb. Bundan əlavə, informasiya kampaniyaları üçün daha 7,5 milyon avro ayırmağa hazırıq. Biz “Gürcü Arzusu” rəhbərliyinin yaydığı dezinformasiyaya münasibətimizi gücləndirməliyik”.
Onun sözlərinə görə, Gürcüstandakı hazırkı vəziyyət “Aİ-yə qoşulmağın asan proses olmadığını, geri çəkilmələrin mümkün olduğunu xatırladır və baş verənlər də məhz budur. Təəssüf edirəm ki, hökumət bunun əksinə hərəkət etməkdə davam edir. Gürcüstan xalqının Aİ-yə inteqrasiya lehinə seçimi konstitusiya öhdəliklərində təsbit olunub. İnsanlar hər gecə küçələrə çıxırlar, çünki açıq şəkildə bu seçimi qorumaq, yeni parlament seçkilərinin keçirilməsini istəyirlər”.
O, hakimiyyətin dinc etirazçılara, müxalifət nümayəndələrinə, vətəndaş cəmiyyəti təşkilatlarına və jurnalistlərə qarşı hərəkətlərini “tamamilə qəbuledilməz” adlandırıb. M. Kos daha sonra bildirib ki, diplomatik pasportlar üçün vizasız rejimin dayandırılması ilə bağlı qərar yanvarın sonuna qədər Aİ-yə üzv dövlətlər tərəfindən səsvermə yolu ilə qəbul ediləcək. 
Avropa Komissiyasının (AK) son məlumatlarına görə, 2019–2024-cü illərdə Aİ tərəfindən Gürcüstanda müxtəlif sektorlarda çalışan 170 QHT-yə 46,1 milyon avro məbləğində maliyyə ayrılıb və bu vəsaitlə 47 layihə həyata keçirilib. 
Yuxarıda qeyd olunanlardan aydın olur ki, Qərb Gürcüstanın daxili işlərinə müdaxilə edir, onun Rusiyaya yaxınlaşmasına mane olmağa, ölkədə sabitliyi pozmağa çalışır. Bu, həm Gürcüstan, həm də Rusiyada xoş qarşılanmır, sərt açıqlamalarla müşayiət edilir. Bununla bağlı bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya deyil, Qərb Gürcüstanın daxili işlərinə qarışır: “Böyük təzyiqlərə baxmayaraq, gürcü xalqı sabitliyin və ənənəvi dəyərlərin lehinə səs verib. Rusiyanın müdaxiləsi haqqında danışılması “oğrunun özünü ələ verməsi” vəziyyətinə oxşayır. Onlar bunu öz cinayətlərini ört-basdır etmək üçün edirlər”. 
Eyni zamanda, Zaxarova əmin olduğunu bildirib ki, gürcü xalqı təxribatlara boyun əyməyəcək və əslində kimin ölkə üçün real təhlükə törətdiyini özü müəyyənləşdirəcək.
Gürcüstan iqtidarından isə bildirilib ki, QHT-lərə ayrılan pulun 90 faizdən çoxu bu ölkədə agentləri gücləndirməyə, ölkədə sabitliyi pozmağa xidmət edir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib ki, müxalifət dövlət sisteminə qarşı sabotaj həyata keçirir, lakin bu, onların neytrallaşdırılması ilə nəticələnəcək.
Kobaxidze müxalifətin intihar vəziyyətində olduğunu da deyib. Baş nazir müxalifətin “tamamilə itkin düşdüyünü və təsirsiz olduğunu” deyərək, bu vəziyyətin ölkə üçün yaxşı olduğunu qeyd edib: “Hazırda çox yaxşı proseslər gedir. 2025-ci il “Kollektiv Milli Hərəkat” adlanan siyasi qüvvənin tamamilə neytrallaşdırılması ili olacaq. Bu, Gürcüstanın demokratiya sistemi və dayanıqlı inkişafı üçün çox vacibdir. Və ölkəyə sabitlik gətirəcək”.
 Hökumət başçısının qiymətləndirməsinə görə, hakim komanda ilə ikinci yeri tutan partiyanın nəticəsi arasında 5 dəfə fərq var, ona görə də təkrar seçkidən söhbət gedə bilməz: “Biz bu seçkidə çox böyük fərqlə qalib gəldik, bizim nəticə ilə ikinci olan partiyanın nəticəsi arasında təxminən beş dəfə fərq var. Ona görə də Aİ-nin belə mövqeyi məni təəccübləndirmir. Təbii ki, gürcü xalqının öz iradəsini çox aydın ifadə etdiyi bir şəraitdə yenidən seçkilərdən söhbət gedə bilməz”.
Beləlikə, Gürcüstan bütün təzyiqlərə baxmayaraq, öz maraqlarına uyğun daxili və xarici siyasət həyata keçirir. Qonşuları, o cümlədən Azərbaycanla da münasibətdə də bu siyasətə üstünlük verir. Azərbaycan da Gürcüstanda sabitliyin tərəfdarıdır. İki ölkə strateji tərəfdaş və dostdur. Gürcüstanın xarici işlər naziri xanım Maka Boçorişvilinin Bakıya ilk rəsmi səfəri də Tbilisinin Azərbaycanla əlaqələrə önəm verdiyindən xəbər verir. Səfər çərçivəsində nazir bir sıra görüşlər keçirib. İkitərəfli münasibətlərin bütün spektri, o cümlədən siyasi, ticari-iqtisadi, mədəni və humanitar məsələlər müzakirə olunub. Xarici işlər nazirindən sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə bu günə nəzərdə tutulan səfəri də 2 ölkə arasında münasibətlərin göstəricisidir. Səfər çərçivəsində Gürcüstan və Azərbaycan Respublikalarının Baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan–Azərbaycan iqtisadi əməkdaşlığının hökumətlərarası komissiyasının iclası keçiriləcək. Bu görüşlər ölkələr arasında münasibətlərin stimullaşdırılmasına, möhkəmlənməsinə kömək edəcək və təbii ki, yeni mərhələyə yüksəldəcək.

P.ƏFƏNDİYEV 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri