İLHAMƏ ABDULLAYEVA İŞDƏN ÇIXARILDI Yerinə sabiq nazir gəlir
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın işdən çıxarıldığı və Elm və Təhsil üzrə Dövlət Agentliyində müvafiq vəzifəyə təyin olduğu haqda məlumat yayılıb.
"AzPolitika" xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun bununla bağlı müvafiq əmr imzalayacağı gözlənilir.
Yayılan məlumatlara görə, İlhamə Abdullayevanın yerinə Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Elxan Nəcəfov gətiriləcək.

Abşeron-xızı Regional Təhsil İdarəsindən "AzPolitika"ya yayılan iddianın İlhamə Abdullayevaya aid olan hissəsini təsdiqləyiblər.
Lakin Elxan Nəcəfovun idarəyə yeni rəhbər təyin olunması ilə bağlı məlumat hələlik təsdiqlənməyib.
Əldə etdiyimiz məlumata görə, Elxan Nəcəfovun Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyinatı doğrudur və həftənin birinci günü onun kollektivə təqdim ediləcəyi gözlənilir.
Müşviq Tofiqoğlu
AzPolitika.info
Baxış sayı:64
Bu xəbər 19 Noyabr 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















