Icma.az
close
up
RU
İlk dəfə “amansız isti gün” xəbərdarlığı elan etdilər

İlk dəfə “amansız isti gün” xəbərdarlığı elan etdilər

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Yaponiya rekord səviyyəyə çatan isti hava dalğası ilə mübarizə aparır. Ölkədə temperaturun 40 dərəcəni keçməsindən sonra meteoroloqlar yeni tətbiq edilən “amansız isti gün” xəbərdarlığını ilk dəfə elan ediblər.

“Qafqazinfo” xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, bu ilin aprel ayından qüvvəyə minən yeni təsnifata əsasən, 40 dərəcə selsidən yuxarı temperatur qeydə alınan günlər “kokuşobi”, yəni “amansız isti gün” kimi qiymətləndirilir.

Son günlər Qudzyo, Tadzimi və Toyota şəhərlərində termometrlər 40 dərəcəni keçərək tarixi rekordları yeniləyib.

Ölkə üzrə fəaliyyət göstərən meteoroloji müşahidə məntəqələrinin üçdə birindən çoxunda temperatur 35 dərəcədən yuxarı qalxıb. Həddindən artıq istilər nəticəsində Niiqata və Kanaqava şəhərlərində ölüm halları da qeydə alınıb.

İsti hava dalğası Yaponiyada gündəlik həyata, kənd təsərrüfatına və idman sahəsinə ciddi təsir göstərir. Bildirilir ki, yüksək temperatur düyü istehsalını azaldır. Bu səbəbdən fermerlər istiliyə daha davamlı məhsullara və avokado kimi qeyri-ənənəvi bitkilərin becərilməsinə üstünlük verməyə başlayıblar.

Ölkənin ən məşhur idman tədbirlərindən biri olan milli məktəbli beysbol çempionatının proqramında da dəyişiklik edilib. Yarışlar iştirakçıların sağlamlığını qorumaq məqsədilə səhər və axşam saatlarında keçirilir.

Alimlər xəbərdarlıq edirlər ki, istixana qazı emissiyalarının azaldılması istiqamətində ciddi addımlar atılmasa, qarşıdakı onilliklərdə məktəblərdə açıq havada keçirilən idman növləri tamamilə mümkünsüz hala gələ bilər.

Həddindən artıq istilər iş həyatına da təsirsiz ötüşməyib. Elektrik enerjisinə qənaət etmək məqsədilə həyata keçirilən “Cool Biz” proqramı çərçivəsində şirkətlər əməkdaşlara daha rahat geyimlərə üstünlük verməyi tövsiyə edirlər. Ənənəvi kostyum və qalstuk yerini getdikcə şort, polo köynək və idman ayaqqabılarına verir.

Bildirilir ki, iqlim dəyişikliyi Yaponiyada təkcə hava şəraitini deyil, həm də sosial və iqtisadi həyatın müxtəlif sahələrini köklü şəkildə dəyişməyə başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 İyul 2026 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri