Icma.az
close
up
RU
Amansız “Aprel işğalı”

Amansız “Aprel işğalı”

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Xalq Cümhuriyyətinin faciəli süqutu

Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı, professor

Vətəndaş müharibəsindən qələbə ilə çıxaraq sosialist dövləti yaradan bolşeviklər keçmiş çar Rusiyasının sərhədlərini bərpa etməyi qarşıya məqsəd qoymuşdular. Bolşeviklərin Qafqazla və xüsusən də Azərbaycanla bağlı siyasəti çar Rusiyasının siyasətindən heç nə ilə fərqlənmirdi. Azərbaycan təcavüzkar Rusiyanın gözündə təkcə zəngin neft ehtiyatları, yüksək iqtisadi və aqrar potensialı olan bir bölgə deyil, eyni zamanda, Yaxın və Orta Şərqin mərkəz nöqtəsi kimi əhəmiyyət daşıyırdı. Bu baxımdan Azərbaycanı işğal etmək daim diqqət mərkəzində saxlanılmış və gündəlikdən heç bir zaman düşməmişdir.

1917-ci il noyabrın 2-də elan edilmiş “Rusiya xalqlarının hüquq Bəyannaməsində” göstərilirdi ki, keçmiş Rusiya imperiyasının subyekti olmuş xalqlara bərabərlik, suverenlik, öz müqəddəratlarını təyin edə bilmək və hətta, öz müstəqil dövlətlərini qurmaq hüququ verilir. Lakin sonra cərəyan edən proseslər onu göstərdi ki, bolşeviklərin xalqlara belə mütərəqqi hüquqlar verməsi pərdəsi altında başqa məqsədlər gizlənir. Bu, keçmiş imperiya əsarəti altında olan xalqların Sovet imperiyası təbəəliyinə girməsi yolunda bolşeviklərin apardığı incə siyasətin hiyləgər üsulundan başqa bir şey deyildir.

Sovet Rusiyasının xarici siyasətində ən vacib məsələlərdən biri Azərbaycanın işğal edilməsi idi. “Novıy mir” qəzeti 1920-ci il 13 yanvar tarixli “Tufan qarşısında” adlı məqaləsində Azərbaycanla bağlı yazırdı: “Burada Sovet hakimiyyətini bərpa etmək lazımdır... İnqilabi Rusiya təqvimi ilə desək biz oktyabrqabağı günlər içərisindəyik”. Bu ideoloji təbliğatın və ciddi xəbərdarlığın arxasında çox məkrli niyyət dururdu.

I Dünya müharibəsi və vətəndaş savaşı nəticəsində Rusiya iqtisadiyyatı tamamilə dağıdılmışdı və ona həyat verəcək Bakı neftini ələ keçirmək üçün Cənubi Qafqaza bolşeviklərin siyasi müdaxiləsi qaçılmaz oldu. Beləliklə, Qırmızı ordunun Cənubi Qafqaza, əsasən də Azərbaycana daxil olmaq təhlükəsi getdikcə reallaşırdı.

Bolşeviklərin hərbi uğurları onları Cənubi Qafqaz respublikalarına qarşı həlledici hücuma həvəsləndirirdi. Siyasi Büronun Azərbaycan, Ermənistan və Gürcüstanda Qafqaz Diyar Komitəsinə tabe olan Kommunist Partiyasının yaradılması haqqında qərarın verilməsindən bir gün əvvəl, yəni 1920-ci ilin 2 yanvarında Rusiya hökumətinin xarici işlər üzrə xalq kommisarı Georgi Çiçerin Azərbaycan xarici işlər naziri Fətəli xan Xoyskiyə radioteleqram göndərdi. Müraciətdə Rusiyanın cənubunda ağqvardiyaçıların ordusuna qarşı birlikdə mübarizə aparmaq təklif edilirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər naziri Fətəli xan yanvarın 6-da notanı aldı. Dövlət Müdafiə Komitəsi bununla bağlı iclas keçirdi. İclasa Nəsib bəy Yusifbəyli sədrlik edirdi. İclasda qərara alındı ki, G.Çiçerinin cavab notasında Azərbaycanın suveren dövlət olaraq Sovet Rusiyası ilə danışıqlar aparmağa hazır olduğu bildirilsin.

G.Çiçerinin müraciəti 1920-ci il 11 yanvarda Antanta Ali Sovetinin Azərbaycan dövlətinin de-fakto tanınması barədə qərarı ilə vaxt baxımından üst-üstə düşdü. Azərbaycanın böyük dövlətlər tərəfindən tanınması AXC rəsmi hakimiyyət orqanları tərəfindən də böyük sevinclə qarşılandı. Azərbaycanda çoxları hesab edirdi ki, Antanta Ali Şurası tərəfindən Azərbaycan dövlətinin müstəqilliyinin de-fakto tanınması respublikanı işğaldan və təcavüzdən qoruyan etibarlı təminat rolunu oynayar. Lakin Antanta dövlətlərinin və Sovet Rusiyasının niyyətləri lazımi səviyyədə qiymətləndirilmədi. Fətəli xan Xoyskinin cavab notasının mətninin məzmunu bunu sübut edir. Yanvarın 14-də G.Çiçerinə cavab notasında o, Rusiyanın daxili işlərinə qarışmaq ittihamlarını qəti şəkildə rədd etdi. O, Azərbaycanın Rusiyada müxalif siyasi qüvvələrin davam edən mübarizəsinə qarışmadığını bəyan etdi: “...Azərbaycan Hökuməti öz daxili həyatını qurmaq işində rus xalqının mübarizəsinə müdaxiləni yolverilməz hesab edir. ...Danışıqlar yolu ilə rus və Azərbaycan xalqları arasında hər iki dövlətin müstəqilliyi prinsipindən irəli gələn mehriban qonşuluq münasibətləri qurmağa hazırdır”.

Eyni zamanda, xatırlatdı ki, Azərbaycan xalqına qarşı daim təcavüz təhlükəsi törədən çar generalı Denikinə qarşı Azərbaycan artıq mübarizə aparır və bu mübarizənin uğurunu təmin etmək üçün qonşu Gürcüstan hökuməti ilə hərbi-müdafiə ittifaqı bağlamışdır. Xoyski Rusiya ilə mehriban qonşuluq münasibətlərinin qurulması barədə bərabərhüquqlu müqavilə bağlamağı da təklif etdi.

Azərbaycan hökuməti Antanta dövlətlərinin vədlərinə inanırdı. Onlar isə öz növbələrində yalnız verdikləri vədləri real yardımlarla təsdiq etməyə tələsmirdilər.

G.Çiçerin Zaqafqaziya istiqamətinə yönəlmiş xarici siyasətini daha da irəlilətmək naminə yanvarın 18-də Siyasi Büronun iclası zamanı çıxış edərək Cənubi Qafqaz ölkələrindən, heç olmasa Azərbaycanla sülh danışıqlarına başlamağı təklif etmiş, lakin bu təklif rədd edilmişdi. Büro üzvləri xarici işlər üzrə xalq komissarından F.Xoyskiyə ünvanlanmış növbəti notanın məzmunu ilə onları tanış etməyi istədilər. Qeyd olunurdu ki, Denikinə qarşı bizim birgə hərbi əməliyyat təklifindən imtina etdikləri və Xəzər dənizində bizə qarşı fəaliyyət göstərən İngiltərə hərbi qüvvələrinə xidmət göstərdiklərini nəzərə alaraq onlara qarşı böyük təmkin və etimadsızlıq siyasəti yeritsin. Buna görə də G.Çiçerin yanvarın 23-də Xoyskiyə növbəti radioqram göndərdi və onu Denikinə qarşı hərbi əməliyyatlarda birgə iştirakın zəruriliyinə inandırmağa çalışdı.

Qeyd etmək lazımdır ki, ikinci nota daha təcavüzkar xarakteri ilə seçilirdi və bu dövdə Azərbaycan Xalq Cümhuriyyətinin Antanta ölkələri tərəfindən tanınmasına baxmayaraq, notada bu barədə heç bir söz deyilməmiş və bu məsələnin üstündən keçilmişdi.

Xarici işlər üzrə xalq komissarının bu notası Bakının işğalı üçün diplomatik hazırlıq kimi görünür. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin rəhbərinin cavab notası özünü çox gözlətmədi. F.Xoyski cavabında Denikinə qarşı mübarizədə iştirakdan imtina etdiklərini, rus və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətlərinin yaradılmasının vacibliyini və Sovet Rusiyası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında danışıqların ancaq Azərbaycanın suverenliyinin Sovet Rusiyası tərəfindən hər hansı bir şərt qoyulmadan tanınması əsasında mümkünlüyünü bildirdi.

1920-ci il fevralın 21-də G.Çiçerin Azərbaycan hökumətinə növbəti notasını göndərdi. 12 fevralda G.Çiçerin İ.Stalindən Azərbaycan hökuməti ilə danışıqların aparılması barədə teleqram almışdı. Stalin bildirirdi ki, Xoyskiyə əvvəlki notaya uyğun tərzdə yeni nota göndərilsin, xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması ilə bağlı ifadənin Estoniya nümunəsi ilə dəstəklənməsi, əsas məqam kimi yenə Denikinə qarşı birgə mübarizə aparmağın vacibliyinin vurğulanması təklif edilsin. O, Azərbaycanın müstəqilliyinin qeyri-şərtsiz və qəti şəkildə tanınmasını qəbulolunmaz hesab edirdi.

Beləliklə, Sovet Rusiyasının xarici siyasətinin rəhbəri AXC tərəfinin yalnız Azərbaycanın müstəqil, suveren dövlət kimi diplomatik baxımından tanınmasından sonra birgə fəaliyyətin müzakirəsinə başlamaq tələbinə cavab verməkdən yayındı. Birgə mübarizədə əməli razılığa gəlməyin vacibliyi, iki xalq arasındakı münasibətlərə aid məsələlərin isə günün aktual mövzusu olmadığı bildirildi.

F.Xoyski 1920-ci martın 7-də göndərdiyi cavab notasında əvvəlki mövqeyini bir daha təsdiq edərək döyüşən tərəflər arasında silahlı münaqişəyə qarışmaq istəmədiklərini və bolşeviklərin Azərbaycan Respublikasının suverenliyini tanıması şərti ilə onlarla danışıqlara getməyə razı olduğunu bildirdi. Azərbaycan sosialistləri və “İttihad”çılar isə Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər naziri F.Xoyskidən G.Çiçerinin Denikinə qarşı birgə hərbi əməliyyat təklifinə razılıq verməyi tələb edirdilər.

Sovet Rusiyasının xarici işlər komissarı G.Çiçerinlə Azərbaycan xarici işlər naziri F.Xoyski arasında yazışmalar 1920-ci ilin aprelin axırlarına qədər, yəni Qırmızı Ordu tərəfindən Azərbaycanın işğalına bir neçə gün qalmışa qədər davam etmişdir. F.Xoyski 15 apreldə göndərdiyi sonuncu notada Azərbaycanın sərhədlərinə yaxın ərazilərdə sovet qoşunlarının hansı səbəblə cəmləşməsi barədə təcili məlumat verməyi həmkarından xahiş edirdi. Lakin bu nota Sovet Rusiyası tərəfindən cavablandırılmadı.

Artıq bu dövrdə Sovet Rusiyası hakim dairələri Azərbaycana silahlı müdaxiləni açıq-aşkar söyləməkdən çəkinmirdilər. V.İ.Lenin 1920-ci il 17 martda o zaman Qafqaz cəbhəsi Hərbi İnqilab Şurasına – Orconikidze və Smilqaya teleqram vuraraq bu barədə deyirdi ki, “Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səylərinizi buna verin, həm də bəyanatlarda son dərəcə diplomatik olmaq və möhkəm yerli sovet hakimiyyəti hazırlandığını tamamilə yəqin etmək lazımdır.”

Lakin az sonra həmin ünvana göndərdiyi növbəti teleqram maraq doğurur. Teleqramda yerli müsəlman əhaliyə qarşı diqqətli davranmağı xahiş edərək bildirir ki, xüsusilə müsəlmanlara, onların muxtariyyətinə, müstəqilliyinə və s. rəğbətiniz hər cür və ən təntənəli şəkildə nümayiş etdirilsin.

Rusiyanın Azərbaycana siyasi təzyiqinin gücləndiyi bir dövrdə G.Çiçerinin V.İ.Leninə göndərdiyi teleqramın mətni də maraqlı görünür. O yazırdı ki, “Azərbaycana qarşı zorakılıq aktı beynəlxalq münasibətlərdə dostlarımızı bizə qarşı qoyar. Bizi imperialist hesab etmələrinə yol verməməliyik”. Göründüyü kimi, işğalçı obrazından çıxmaq və niyyətlərini pərdələmək üçün hər üsul və vasitəyə əl atılırdı.

Budəfəki üsul birbaşa hərbi müdaxiləyə qədərki zaman kəsiyində daxildə vəziyyəti qarışdırmaq, ölkənin içində silahlı üsyan qaldırmaq idi. Lakin silahlı üsyan və çevriliş yolu ilə hakimiyyəti devirmək planları baş tutmadığından G.Çiçerinin fikirləri V.İ.Lenin tərəfindən qəbul edilmədi və Azərbaycanın hərbi istilası yolu seçildi. Az sonra Azərbaycanın işğalına başlanması isə onun Bakı və Azərbaycana aid əsl niyyət və məramını ortaya qoyurdu. Bakı nefti sayəsində Rusiyanın iqtisadi vəziyyətinin yaxşılaşacağı etiraf olunur və onun sayəsində sənayeni canlandıracaq iqtisadi bazanın olduğu vurğulanırdı.

Diqqət çəkən cəhət odur ki, Qırmızı Ordu qüvvələrinin Azərbaycana yeridilməsi ərəfəsində RSFSR və Azərbaycan Xalq Cümhuriyyəti arasında iqtisadi sahədə rəsmi danışıqlar başlanmışdı. Məsələn, aprelin 17-də Sovet Rusiyası xarici işlər kommissarının müavini L.Qaraxan Azərbaycan hökumətinə teleqram göndərərək Sovet hakimiyyətinin Azərbaycan Xalq Cümhuriyyəti ilə ticari-iqtisadi əlaqələrə hazır olduğunu bildirdi. Teleqramın mətnində, həmçinin bildirilirdi ki, “...Bununla sovet hökuməti malların, əsasən də neft məhsullarının satışı və daşınması üçün Həştərxana gələn tacirlərə maneəsiz girişə icazə verir, şəxsi və əmlak tozunulmazlığına zəmanət verir.”

Eyni zamanda, xarici ticarət üzrə xalq komissarının müavini Azərbaycan hökumətinə 30 min ton xam neft və 33 min ton mazut tədarükü üçün müraciət etmişdi. Bununla yanaşı, Sovet Rusiyasının ticarət missiyasının Bakıya gəlməsi Rusiya tərəfinin ticarət əlaqələrində maraqlı tərəf kimi göstərirdi. N.Solovyovun başçılıq etdiyi nümayəndə heyəti Həştərxan və Krasnovodskdan keçməklə neft məhsullarının Rusiyaya daşınmasının bərpa edilməsi və satış və mal mübadiləsi şərtləri barədə danışıqlara başladı.

(ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Aprel 2025 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Papa bu gün dəfn olunacaq

26 Aprel 2025 08:51see215

Tarkan sükutunu pozdu

26 Aprel 2025 05:00see137

Mançester Yunayted in sabiq futbolçusu MMA da çıxış edəcək debüt matçı

26 Aprel 2025 01:02see136

BAMF Kanadanın baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yayıb

25 Aprel 2025 19:24see135

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

27 Aprel 2025 04:00see133

BVF: Bu, qlobal iqtisadi artıma təhlükə yaradır!

26 Aprel 2025 01:11see130

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

27 Aprel 2025 05:03see129

Peruda beş min illik məzar tapılıb

26 Aprel 2025 04:38see128

Gədəbəy, Ağstafa və Tovuzda Uşaq İncəsənət Festivalı 2025 üçün seçim turu keçirilib FOTOLAR

26 Aprel 2025 13:00see127

“Trabzonspor”un finaldakı rəqibi müəyyənləşdi

26 Aprel 2025 01:25see126

Öz oğluna bıçaqla hücum edən qadın uşaq psixoloqu imiş...

26 Aprel 2025 14:30see125

Generalın ölümündə Ukraynanın əli ola bilər Zaxarova

26 Aprel 2025 00:59see124

Bakıda əvvəllər qəza törədən avtobus sürücüsü indi də piyadanı DÖYDÜ

26 Aprel 2025 02:13see123

Dubay Moskva reysi ilə uçan təyyarə Bakıya təcili eniş etdi VİDEO

25 Aprel 2025 18:52see122

Ofis işçilərinin nəzərinə Gün ərzində bu qədər addım atmasanız...

26 Aprel 2025 05:06see122

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

27 Aprel 2025 03:43see116

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

27 Aprel 2025 03:33see116

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

27 Aprel 2025 04:42see115

İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ Elə güclü ZƏLZƏLƏ olacaq ki...

26 Aprel 2025 21:57see112

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

26 Aprel 2025 19:44see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri