Icma.az
close
up
RU
Tarixin amansız soyqırımları TƏHLİL

Tarixin amansız soyqırımları TƏHLİL

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Fakt ondan ibarətdir ki, dünya tarixində çoxsaylı soyqırımı aktları, qətliamlar həyata keçirilib. Bu gün də müasir dövr olmasına baxmayaraq insan qanı axıdılır, şəhər və kəndlər yerlə yeksan olunur. Qətliamları dayandıran isə yoxdur. Çünki amansız vəhşilikləri törədənlər elə özlərini dünyanın güc mərkəzi kimi təqdim etməyə çalışan aparıcı dövlətlərdir. Eramızdan əvvəl V əsrdə yaşamış Yunan tarixçisi Fukidid baş verən qətliamlarla bağlı əsərlərində qeyd etmişdir ki, Pelopennes müharibəsi (431-404) zamanı afinalılar Melos adası sakinlərini son nəfərinədək məhv etmişdir. 849-cu ildə Salbların Bərdəyə hücumu zamanı 20 mindən çox insan öldürülmüşdür. 1221-ci ildə Çingiz xan tarixin ən dəhşətli soyqırımı aktı hesab olunan Nişapur faciəsini törətmişdir. Qaladan atılan bir oxla kürəkəninin öldürülməsindən qəzəblənən Çingiz xan Nişapurun 1, 7 milyonluq əhalisini tamamilə qətlə yetirilmişdir. Cəmi 1 saat çəkən qətliam zamanı insanlıq tarixinin ən dəhşətli halı yaşanmışdır. Belə ki, əmrə əsasən Nişapurda insanlarla yanaşı heyvanlar, quşlar da qılıncdan keçirilmişdir. Araşdırmalara görə, hər bir dəqiqədə 29 min insan öldürülüb. Ümumilikdə Çingiz xanın hökümranlığı dönəmində monqollar 40 milyona yaxın insan öldürüblər. Soyqırımı anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A saylı qətnamə ilə qəbul etdiyi "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə müəyyən edilmişdir ki, hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir: - belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; - belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli poçüunluq yetirilməsi; - hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; - belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; - uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi. Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır. Bu obyektiv soyqırımı cinayətinin digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Soyqırımı cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarıır: - məlum, milli, etnik, irqi və ya dini qrupun varlığı; - belə bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinin olması. Soyqırımı qurbanlarmın müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur; - niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırımı bütöv bir insan qrupunun mövcudluq hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırımı) ayrıca bir fərdin yaşamaq hüququnu tanımaqdan imtina kimi xarakterizə olunur.

Beynəlxalq hüquq normalarını pozan canilər

İlk dəfə olaraq, kütləvi insan qətliamlarının soyqırımı sayılması təklifini 1933-cü ildə yəhudi əsilli polşalı hüquqşünas Rafael Lemkin İspaniyada keçirilən cəza hüququnun eyniləşdirilməsinə dair V beynəlxalq konfransda irəli sürmüş və uzun müzakirələrdən sonra təklifini qəbul etdirə bilmişdir. Sonradan, yəni müharibənin Almaniyanın məğlubiyyəti ilə başa çatmasından sonra Nürnberq Beynəlxalq Hərbi Tribunalı nasistləri "insanlıq əleyhinə cinayətlərin" törədilməsi barədə qərar qəbul etdi. Qərarda "genosid" sözü ittihamnamə aktma daxil edildi. "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Konvensiya 19 maddədən ibarətdir. İndiyədək dünyanın 153 ölkəsi bu Konvensiyanı ratifikasiya etmişdir. 31 may 1996-cı ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən imzalanmış qərarla bu Konvensiyaya qoşulduğunu bəyan etmişdir. 25 iyun 1996-cı ildə isə Azərbaycan parlamenti bu qanunu ratifikasiya etmişdir. Konvensiya soyqırımını beynəlxalq hüquq normalarını pozan cinayət əməli kimi tövsif etmişdir. Həmin Konvensiyanın 1-ci maddəsində qeyd olunur ki, razılığa gələn tərəflər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımı, beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edirlər və bu cinayətin qarşısını almaq və cəza tədbirlərini həyata keçirmək öhdəliyini götürürlər. Bu sənədi imzalamış dövlətlər soyqırımının qarşısını almaq üçün tədbirlər görmək və ona görə cəzalandırmaq öhdəliklərini öz üzərlərinə götürmüşlər.

Xocalı soyqırımı tarixin ən dəhşətli qətliamıdır

Faktlara əsasən demək olar ki, Ermənistanın işğalçılıq siyasəti zamanı minlərlə azərbaycanlı qətlə yetirilmişdir. Ən dəhşətli soyqırımı aktı isə Xocalıda törədilmişdir. 7 min əhalisi olan şəhər tamamilə dağıdılmış və yüzlə insan qətlə yetirilmişdir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri kütləvi insan qətliamı soyqırımı aktları kateqoriyasına aiddir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Ermənilərin törətdiyi bu soyqırımı nəticəsində 613 nəfər azərbaycanlı, o cümlədən, 63 azyaşlı uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər yaralanmış, onlardan 76-sı uşaq, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür. Xocalı hadisələrini beynəlxalq hüquq əsasmda soyqınmıı cinayəti aktı kimi tövsif etməyə imkan verir: 1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası. 2. Nörnberq Hərbi Tribunalmın Nizamnaməsi. 3. Beynəlxalq Cinayət Tribunalınm Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4). 4. Beynəlxalq Cinayət Tribunalınm Ruanda üzrə Nizamnaməsi (maddə 1). 5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6). 6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103). 7) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı. Beləliklə, Xocalı şəhərində əhaliyə - ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırımı kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.

Xocalı soyqırımı şahidlərinin ifadələrindən və aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyitlər isə tikə-tikə doğranmışdır. Təbii ki, bu cinayət cəzasız qalmamalı idi və belə də oldu. 2023-cü il sentyabrın 19-da başlayan və cəmi 23 saat çəkən antiteror əməliyyatları ilə baş cəlladlardan olan Arutunyan, Saakyan, Qukasyan, Vardanyan və digərləri həbs edilərək istintaqa təhvil verildilər. Artıq onlar məhkəmə qarşısına çıxarılaraq layiq olduqları cəzaları alıblar. Əsas vəhşilər isə hələ ki, gizlənirlər. Bir gün Xocalıda uşaqları öldürən, ailələri məhv edən Koçaryan və Sarkisyan da məhkəmə qarşısına çıxarılacaqlar. İngilis jurnalisti Tomas de Val “Qarabağ” kitabında konkret olaraq göstərir ki, Xocalı soyqırımının törədilməsi ilə bağlı Serj Sarkisyana sual etdikdə, o, Xocalı soyqırımını bilərəkdən törətdiklərini etiraf edib: “Serj Sarkisyan dedi ki, azərbaycanlılar elə bilirdi ki, zarafat edirik, biz Xocalıda heç bir cinayət törətməyəcəyik. Amma biz azərbaycanlılara sübut etdik ki, bunu bacarırıq”.

Uşaq qatilləri Sarkisyan, Koçaryan mütləq və mütləq məhkəmə qarşısına çıxarılacaqlar. Necə ki, Qarabağda 30 il terror fəaliyyəti ilə məşğul olmuş erməni hərbi canilər həbs edilərək layiqli cəzalarını aldılar. Eləcə də Sarkisyan, Koçaryan və digər uşaq qatilləri də cəzadan heç zaman yayına bilməyəcəklər. Harada olmalarından, hansı məkanda gecələmələrindən asılı olmayaraq günün birində həbs olunaraq törətdikləri vəhşiliklərə görə cavab verəcəklər.

İ.ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 May 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see321

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see271

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see228

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see224

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see221

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see219

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see218

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see215

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see214

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see211

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see202

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see199

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see193

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see192

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see182

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see180

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see179

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see178

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri