Icma.az
close
up
RU
İlk dəfə mədəniyyət bu qədər geniş çərçivədə təqdim olunur Milli Məclisin sədr müavini

İlk dəfə mədəniyyət bu qədər geniş çərçivədə təqdim olunur Milli Məclisin sədr müavini

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mədəniyyət konsepsiyası üzərində uzun illərdir iş aparılsa da, sənədin real fəaliyyət mərhələsinə keçməsi məhz bu ildən başlayır. Bu, Azərbaycanın müstəqil dövlət kimi mədəni inkişafında yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Konsepsiya mədəniyyəti ayrıca sahə deyil, vahid sistem kimi təqdim edir və onu milli kimlik və dövlət siyasəti ilə birbaşa əlaqələndirir".
Demokrat.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədrinin müavini Rəfael Hüseynov “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyasında deyib. 
O bildirib ki, sənəddə mədəniyyət siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğu açıq şəkildə göstərilir:
"Bu istiqamətdə indiyədək Milli Məclis tərəfindən qəbul edilmiş qanunlar və normativ aktlar mövcuddur. Lakin ilk dəfədir ki, mədəniyyət bu qədər geniş və kompleks şəkildə konseptual çərçivədə təqdim olunur.
Konsepsiyanın icrası altı əsas istiqamət üzrə dövlət proqramlarının hazırlanması ilə həyata keçiriləcək. Əsas hədəflərdən biri yeni dövrün çağırışlarına cavab verən, eyni zamanda milli irsi qoruyan mədəni mühit formalaşdırmaqdır. Mədəni irsin qorunması və davamlılığı konsepsiyanın prioritet istiqamətlərindəndir".
O qeyd edib ki, Azərbaycan uzun illər işğal şəraitində qalmış ərazilərdə mədəni irsin dağıdılması ilə üzləşib. 
"Beynəlxalq təşkilatlarda bu məsələnin gündəmə gətirilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılıb. İşğal dövründə yüzlərlə tarixi və mədəni abidə məhv edilib və ya ciddi zərər görüb. Ərazilərimizin azad edilməsindən sonra mədəni irsin bərpası və qorunması üçün yeni imkanlar yaranıb. Bu gün mədəniyyət sahəsində görülən işlər təkcə mövcud irsin qorunmasına deyil, onun gələcək nəsillərə ötürülməsinə də xidmət edir. Konsepsiya bu baxımdan uzunmüddətli və strateji əhəmiyyət daşıyır"- deyə o bildirib. 
Əfsanə Kamal 
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Yanvar 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri