İlk dəfə velosiped sürdü, üzərindən maşın keçib öldürdü VİDEO
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, hadisə noyabrın 6-da saat 22 radələrində Pirəyir kəndi ərazisində qeydə alınıb. Belə ki, Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi Vasif Həbilovu vurub.
İşıqlandırma cihazı olmayan velosipedlə sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan yolda hərəkət edən V.Həbilov zərbənin təsirindən yolun hərəkət hissəsinə düşüb və arxadan gələn "Mercedes" markalı avtomobil onun üzərindən keçib.
Velosipedçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə, 62 yaşlı V.Həbilovun velosiped sürmək vərdişləri olmayıb, lakin o, həmin gün ilk dəfə işə getdiyi müəssisədən evə qayıtmaq üçün velosiped götürüb.
Məlumatda Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini sözügedən faciəli hadisədən düzgün nəticə çıxarmağa, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində hərəkət edərkən işıq cihazlarını işlək vəziyyətdə saxlamağa, işıqqaytarıcı elementlərin yerində olmasına və təmizliyinə nəzarət etməyə, yolun sağ kənar zolağı ilə getməyə, sürmə vərdişləri olmadığı halda yaşayış zonalarından kənara çıxmamağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 07 Noyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















