Icma.az
close
up
RU
İlk köç karvanı Xocalının Badara kəndinə çatdı Açarlar təqdim edildi FOTO

İlk köç karvanı Xocalının Badara kəndinə çatdı Açarlar təqdim edildi FOTO

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sentyabrın 12-də Xocalı rayonunun Badara kəndinə ilk köç baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, ilk mərhələdə kəndə 56 nəfərdən ibarət 14 ailə köçürülüb. Ailələrə tam təmir olunmuş və müasir tələblərə cavab verən fərdi yaşayış evlərinin açarları təqdim edilib. Təqdimetmə mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov kənddə sakinlər üçün yaradılan şərait barədə məlumat verib. O bildirib ki, Badara kəndində sakinlərin rahat yaşayışı və məşğulluğu üçün bütün zəruri infrastruktur qurulub, sosial və iqtisadi məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Qeyd edilib ki, Badara kəndi qısa müddət ərzində bərpa edilərək, elektrik enerjisi, içməli su və mavi yanacaqla təmin olunub. Sakinlərin qayğısız yaşayışı və dayanıqlı məskunlaşması üçün bütün imkanlar yaradılıb.Məşğulluqla bağlı məsələ də hər zamankı kimi prioritet olaraq qalır. ANAMA-nın əməkdaşları da sakinlərlə təhlükəsizliyə dair maarifləndirici söhbət aparıb.Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində bundan sonra da kəndə mərhələli şəkildə köç davam edəcək. Xatırladaq ki, Badara kəndi 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.

19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində kənd yenidən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Sentyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri