Icma.az
close
up
RU
İlk oyun, ilk qələbə “Kəpəz” yenidən Gəncədə

İlk oyun, ilk qələbə “Kəpəz” yenidən Gəncədə

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kəpəz” Misli Premyer Liqasında ilk qələbəsini qazanıb. “Sarı-göylər” yenilənmiş Gəncə şəhər stadionunda əzəli rəqibi “Turan Tovuz”a minimal hesabla qalib gəlib – 1:0.

Uzun müddət sonra doğma arenasına qayıdan “Kəpəz”in derbi görüşünü 13500 tamaşaçı tribunadan izləyib. Bu, cari mövsümün rekord göstəricisidir.

Fanatların arenada yaratdığı atmosfer, açılan pankart, bir neçə fan-qrupların güclü dəstəyi ilə şaxələndi. Böyük futbol Gəncəyə qayıtdı və “Kəpəz”in bu mövsüm ilk qələbəsini də məhz burada qazanması əlavə sevinc yaratdı.

Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv ümumi oyunda “ikinci nömrə”dən çıxış etsə də, bir neçə dəfə əks-hücumlardan təhlükəli olmağı bacardı. İrəlidə sürəti ilə seçilən gəncəlilər tovuzlular üçün çətinlik yaratdı. İkinci hissənin əvvəlində yenə əks-hücuma çıxan “Kəpəz” bu dəfə dəqiq oldu. Gəncə stadionundakı ilk qola moldovalı yeni transfer Stina imza atdı.

Qoldan sonra müdafiəyə qapanan “sarı-göylər” rəqibə ciddi qol epizodu vermədi. Qapıçı Rojerio Santos uzaqdan zərbələri dəf etməklə diqqət mərkəzinə düşdü.

“Turan Tovuz”un oyununda isə eniş var. Kurban Berdıyevin yetirmələri qol epizodu yaratmaqda, qapanan müdafiəni yarmaqda çətinlik çəkir. “Kəpəz” səddini standart vəziyyətlər və uzaqdan zərbələrlə keçmək istəyən tovuzluların cəhdləri baş tutmadı.

Ardıcıl ikinci oyunda qol vura bilməyən “Turan Tovuz”da hücumçu problemi bir daha aşkara çıxdı. Klubun yaxın zamanda bu mövqeyə yeni oyunçu gətirəcəyi gözlənilir.

Avrokuboklardan kənarlaşdırılma qərarına görə planlarını dəyişən qərblilər pis gedişatı dayandırmalıdır. Artıq fanatların bir qismi Berdıyevin istefasını istəyir. Oynatdığı futbolla tənqid edilən mütəxəssis müəyyən taktiki gedişlər etməli, qarşıdakı turda artıq daha diri, qələbə arzulayan komandanı göstərməlidir. Növbəti matçda “Sumqayıt”la qarşılaşacaq “Turan Tovuz” doğma arenasında qolsuzluq və qələbəsizlik seriyasını sonlandırmağa çalışacaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 31 Avqust 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see314

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see256

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see242

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see231

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see228

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see215

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see212

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see204

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see187

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see184

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see172

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see171

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see167

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri